SİYASƏT


Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş

Naxçıvan, 18 may, AZƏRTAC

Mayın 18-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Fransa Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Zakari Qros ilə görüşüb.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Ali Məclisin Sədri Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə Fransa Respublikası arasında elm, təhsil və iqtisadi-ticarət sahəsindəki əlaqələri diqqətə çatdırıb. Muxtar respublikanın 23 məktəbində fransız dilinin tədris olunduğunu bildirən Ali Məclisin Sədri Azərbaycan-Fransa beynəlxalq ekspedisiyası tərəfindən Naxçıvanda aparılan tədqiqatlardan bəhs edib.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Vətəni Naxçıvana səfərindən məmnunluğunu bildirən Zakari Qros səmimi qəbula görə minnətdarlıq edib. Səfir ölkələrimiz arasındakı münasibətlərin uzaq keçmişə dayandığını bildirib, Fransanın Azərbaycan və onun Naxçıvan Muxtar Respublikası ilə əlaqələrinin əhəmiyyətini vurğulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.