SİYASƏT


Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş olub

Naxçıvan, 9 may, AZƏRTAC

Mayın 9-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Türkiyə Respublikasının Ərzurum Atatürk və Van Yüzüncü İl universitetlərinin rektorları ilə görüşüb.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Ali Məclisin Sədri qonaqları salamlayıb, vaxtilə hər iki universitetdə olduğunu xatırladıb. Azərbaycan-Türkiyə əlaqələrindən bəhs edən Ali Məclisin Sədri təhsil sahəsindəki əməkdaşlığa diqqəti çəkib, Naxçıvanda Türkiyədən olan tələbələrin təhsil aldığını bildirib, universitetlər arasında qarşılıqlı təcrübə, eləcə də müəllim-tələbə mübadiləsinin, ikili diplom layihələrinin həyata keçirilməsinin əhəmiyyətini vurğulayıb.

Səmimi qəbula görə minnətdarlıq edən Ərzurum Atatürk Universitetinin rektoru, professor Ömər Çomaklı Naxçıvan Dövlət Universiteti ilə qarşılıqlı əlaqələrdən bəhs edib, səfərin universitetlər arasındakı əməkdaşlıqda faydalı olacağını bildirib.

Van Yüzüncü İl Universitetinin rektoru, professor Həmdullah Şevli də səfərin təhsil sahəsindəki əlaqələrə mühüm töhfə verəcəyini qeyd edib, ali təhsil müəssisələri arasındakı əməkdaşlıqdan danışıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.