Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Naxçıvan Muxtar Respublikası Ali Məclisində müşavirə keçirilib

Naxçıvan Muxtar Respublikası Ali Məclisində müşavirə keçirilib

Naxçıvan, 26 avqust, AZƏRTAC

Avqustun 26-da Naxçıvan Muxtar Respublikası Ali Məclisində 2016-2017-ci illərin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar müşavirə keçirilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov müşavirəni açaraq deyib ki, muxtar respublikada enerji təhlükəsizliyinin təmin olunması sahəsində ardıcıl tədbirlər görülür. Azərbaycan Respublikası Prezidentinin qayğısı ilə muxtar respublikaya təbii qazın verilməsi bu sahədəki problemləri həll etmiş, enerji təhlükəsizliyi tam təmin olunmuşdur. Vaxtilə elektrik enerjisi idxal edən Naxçıvan Muxtar Respublikası bu gün elektrik enerjisi ixracatçısına çevrilmişdir. Muxtar respublikanın kəndlərində quruculuq işləri aparılarkən elektrik və qaz xətləri də yenilənir, sabit enerji təchizatının həyata keçirilməsi diqqət mərkəzində saxlanılır. İstehlakçıların sayının ilbəil artması isə elektrik enerjisi və təbii qaza olan tələbatı artırır. Bu mənada hər il payız-qış mövsümünə əvvəlcədən hazırlıq işlərinin görülməsi mühüm əhəmiyyətə malikdir.

Naxçıvan Muxtar Respublikasının baş naziri Əlövsət Baxşıyev, Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Agentliyinin baş direktoru Yasin Səfərov, “Naxçıvanqaz” İstehsalat Birliyinin direktoru Ramin İsmayılov və Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Səfərov payız-qış mövsümünə hazırlıqla əlaqədar çıxış ediblər.

Müşavirədə Naxçıvan Muxtar Respublikasının fövqəladə hallar naziri Şamı Abdullayev, Dövlət Gömrük Komitəsinin sədri Asəf Məmmədov, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Bəxtiyar İsmayılov, Naxçıvan Muxtar Respublikasının ekologiya və təbii sərvətlər naziri Hafiz Yaqubov, Əlahiddə Ümumqoşun Ordu Komandanı Kərəm Mustafayev və Naxçıvan Beynəlxalq Hava Limanının direktoru Mənşur Gülməmmədli payız-qış mövsümünə hazırlığın vəziyyəti və görülən işlər barədə məlumat veriblər.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov müşavirədə çıxış edərək deyib: Muxtar respublikada həyata keçirilən tədbirlər nəticəsində bütün yaşayış məntəqələri ilboyu fasiləsiz elektrik enerjisi və təbii qazla təchiz olunur. Lakin bunlar arxayınlaşmaq üçün əsas vermir. Ona görə də muxtar respublikada payız-qış mövsümünə hazırlıq işləri hər il diqqət mərkəzində saxlanılır. Energetika sahəsinə diqqət hər il artırılır. Bunun bir səbəbi də muxtar respublikada məskunlaşma səviyyəsinin ilbəil artması, yeni yaşayış məhəllələrinin salınması, sənaye və digər enerji tutumlu müəssisələrin istifadəyə verilməsidir. Bu da elektrik enerjisinə olan tələbatı artırır. Bu tələbatı ödəmək üçün isə yeni elektrik stansiyalarının yaradılması, ənənəvi enerji mənbələri ilə yanaşı alternativ və bərpa olunan enerji mənbələrindən istifadə də diqqət mərkəzində saxlanılır. Bütün bunlarla yanaşı energetika infrastrukturu da yenilənir.

Qeyd olunub ki, ötən dövr ərzində qaz infrastrukturunun yenilənməsi istiqamətində də bir sıra tədbirlər görülüb, istehlakçıların təbii qazla təminatının daha da yaxşılaşdırılmasına nail olunub. Muxtar respublikada yay mövsümündə elektrik enerjisinə olan gündəlik tələbat 80-85 meqavat, təbii qaza olan tələbat 700 min kubmetrdir. Qış mövsümündə elektrik enerjisi tələbatı 45-50 meqavat, təbii qaz tələbatı isə 1 milyon 700 min kubmetr təşkil edir. Əhalinin və təsərrüfat subyektlərinin elektrik enerjisinə, təbii qaza və istiliyə olan tələbatının ödənilməsi, eləcə də digər infrastruktur sahələrinin qış mövsümündə normal fəaliyyət göstərməsi üçün hazırlıq işlərinə indidən başlanmalı, lazımi mal-material ehtiyatı yaradılmalıdır.

Ali Məclisin Sədri müşavirədə aidiyyəti təşkilatlara tapşırıqlar verərək deyib: Dövlət Energetika Agentliyi enerji təchizatı sisteminin dayanıqlığını, ötürücü və paylayıcı şəbəkələrdə avadanlıqların normal işləməsini təmin etməli, elektrik enerjisinin ötürülməsində yaranan texniki itkinin minimum həddə saxlanılması üçün müvafiq tədbirlər görməli, enerji israfçılığına yol verilməsinin, elektrik enerjisindən qanunsuz istifadənin qarşısının alınması üçün aid orqanlarla birlikdə həyata keçirilən nəzarət tədbirlərini davam etdirməlidir. Qış mövsümünə hazırlıqla əlaqədar mövcud transformator və yarımstansiyaların texniki baxışdan keçirilməsi oktyabrın 20-dək başa çatdırılmalıdır. İstismara yararsız olan, standartlara uyğun gəlməyən, bir çox hallarda qəza yaradan elektrik avadanlıq və xətlərinin müəyyən edilərək yenilənməsinə diqqət artırılmalıdır. Energetika Agentliyi Naxçıvan şəhərində elektrik enerjisinin yeratlı kabellərlə verilməsini və SMART-kart tipli sayğacların quraşdırılmasını davam etdirməli, tələb olunan mal-materialın, avadanlıqların alınıb gətirilməsini və zəruri ehtiyatın yaradılmasını diqqət mərkəzində saxlamalıdır. İşçilərin qış mövsümünə uyğun xüsusi geyimlə təminatı üçün tədbirlər görülməli, qəza-bərpa briqadalarının komplektləşdirilməsini və onların təlimatlandırılmasını oktyabr ayının sonuna kimi başa çatdırmalıdır.

“Naxçıvanqaz” İstehsalat Birliyi oktyabr ayının 20-dək qaz təchizatı sistemində texniki baxış tədbirlərini başa çatdırmalı, mövcud nasazlıqları vaxtında aşkar edərək aradan qaldırılması üçün tədbirlər görməlidir. Təbii qaz nəqlinin soyuq hava şəraitinə uyğun texnoloji rejimdə həyata keçirilməsi təmin olunmalı, yerlərdə istismara yararsız vəziyyətə düşmüş qaz xətlərinin və avadanlıqların müəyyən edilərək yenilənməsinə nəzarəti artırmalıdır. Naxçıvan şəhərində mövcud sayğacların SMART-kart tipli sayğaclarla əvəzlənməsi davam etdirilməli, qaz təsərrüfatında, xüsusilə qəza xidmətində çalışanların peşəkarlıq səviyyəsini artırmaq məqsədilə onların ixtisas hazırlığına cəlb olunması davam etdirilməli, işçilərin qış mövsümünə uyğun xüsusi geyim və avadanlıqlarla təmin olunması üçün tədbirlər görülməlidir.

Müşavirədə şəhər və rayon icra hakimiyyətlərinə tapşırılıb ki, cari il noyabr ayının 1-dək qazanxanalarda elektrik enerjisi, təbii qaz və su təchizatı sahəsində mövcud problemləri araşdırıb, nöqsanları aradan qaldırsınlar. İctimai yaşayış binalarının giriş qapı və pəncərələrinin, zirzəmilərindən keçən istilik, su və kanalizasiya xətlərinin istismara yararlılığını araşdırsınlar, onlardan təmirə və ya yenilənməyə ehtiyacı olanlarının qısa müddətdə dəyişdirilməsi üçün müvafiq tədbirlər görsünlər. Qış mövsümündə yolların vaxtında təmizlənməsi üçün kommunal xidmət texnikalarının saz vəziyyətdə olmasını diqqət mərkəzində saxlasınlar.

Ali Məclisin Sədri deyib: Muxtar respublikanın təhsil, səhiyyə və mədəniyyət obyektlərinin əksəriyyəti, idman müəssisələrinin isə hamısı istilik sistemi ilə təchiz olunub. Lakin hələlik bəzi müəssisə və təşkilatların binalarının qızdırılmasında maye qaz və neft məhsullarından istifadə olunur. Neft və Qaz Məhsulları Təminatı Müəssisəsi bu müəssisələrin qış mövsümündə normal fəaliyyətini təmin etmək məqsədilə tələb olunan maye qaz və neft məhsullarının tədarükünü və satışını davam etdirsin, muxtar respublikada zəruri yanacaq ehtiyatlarının yaradılmasına diqqəti artırsın. Nəqliyyat Nazirliyi qış aylarında marşruta buraxılan nəqliyyat vasitələrinin qrafikə uyğun hərəkətini və texniki sazlığını diqqətdə saxlasın. Avtomobil Yolları Dövlət Şirkəti qış mövsümü üçün qum ehtiyatı yaradılmasını təmin etsin.

Qeyd olunub ki, Naxçıvan Beynəlxalq Hava Limanı uçuşların təhlükəsizliyi üçün bütün maşın-mexanizmlərin, elektrik-işıq sisteminin, rabitə qurğularının texniki baxışını həyata keçirməli, tələbata uyğun yanacaq və mal-material ehtiyatının yaradılmasını nəzarətdə saxlamalıdır. “Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyəti dəmiryolu nəqliyyatında qış aylarında hərəkətin təhlükəsizliyini təmin etməli, vaqonlara və lokomotivlərə texniki baxış keçirməli, yol təsərrüfatının saxlanmasına, material ehtiyatının yaradılmasına diqqəti artırmalıdır. Fövqəladə Hallar, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri qazanxanalarda işləyən mövsümi işçilərin təlimatlandırılması üçün müvafiq tədbirlər görməlidirlər. Payız-qış mövsümündə təhsil, səhiyyə, mədəniyyət və idman müəssisələrinin fasiləsiz fəaliyyəti aid nazirliklər və yerli icra hakimiyyətləri tərəfindən təmin olunmalıdır. Muxtar respublikanın ali, orta ixtisas və peşə təhsili müəssisələri ilə aid təşkilatlar arasında əlaqələr yaradılmalı, müvafiq ixtisaslar üzrə mütəxəssislərin hazırlanmasına diqqət artırılmalıdır. Təhsil Nazirliyi bu ilin noyabr ayınadək peşə məktəblərində qazanxana operatoru ixtisası üzrə kursların təşkilini təmin etməlidir.

Ali Məclisin Sədri tapşırıb ki, Səhiyyə Nazirliyi əhaliyə keyfiyyətli xidmət göstərilməsi üçün səhiyyə müəssisələrinin yanacaq və dərman preparatları ilə təmin olunmasına nəzarəti gücləndirsin. İqtisadiyyat Nazirliyi qış aylarında ərzaq məhsullarına olan tələbatın daha çox yerli və keyfiyyətli məhsullar hesabına ödənilməsini təmin etmək üçün mövsüm ərzində istehsal olunmuş kənd təsərrüfatı məhsullarının soyuducu anbarlara tədarükünə nəzarəti artırmalıdır. Kənd Təsərrüfatı Nazirliyi Dövlət Baytarlıq Xidməti ilə birlikdə heyvandarlıq, quşçuluq və arıçılıqla məşğul olan sahibkarlıq subyektlərinin qışlamaya hazırlığı ilə əlaqədar maarifləndirmə tədbirlərini həyata keçirməli, xəstəliklərə qarşı tələb olunan dərman vasitələri ehtiyatının yaradılmasını diqqətdə saxlamalıdırlar.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində olan bərpa müəssisələrinin, eləcə də Ahıllar Evinin təminatı üçün tədbirlər görməlidir. Hərbi hissələr üçün yun corabların toxunması işi bu il də davam etdirilməlidir. Rabitə və Yeni Texnologiyalar Nazirliyi qış aylarında abonentlərə keyfiyyətli xidmət göstərilməsi üçün xətt təsərrüfatının etibarlığını daha da artırmalı, mal-material ehtiyatının yaradılmasını təmin etməlidir. Fövqəladə Hallar Nazirliyi yanğın təhlükəsizliyi üçün elektrik enerjisi, təbii qaz və neftdən istifadə ilə bağlı əhali arasında və təhsil müəssisələrində maarifləndirmə işini davam etdirməlidir. Fövqəladə Hallar Nazirliyi, Dövlət Gömrük və Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət komitələri standarta uyğun olmayan və sənaye üsulu ilə hazırlanmayan qızdırıcı elektrik və qaz cihazlarının muxtar respublikaya gətirilməsinə və istismarına yol verməməlidirlər. Bu barədə istehlakçılar və sahibkarlar əvvəlcədən məlumatlandırılmalıdır.

Ali Məclisin Sədri deyib: Ədliyyə Nazirliyi cəzaçəkmə müəssisələrinin fasiləsiz istiliklə təmin olunmasını, məhkumların isti geyim və ərzaqla təchizatını diqqətdə saxlamalıdır. Muxtar respublika ərazisindəki hərbi hissələrdə qış mövsümü üçün tələb olunan ehtiyatın yaradılması diqqətdə saxlanmalı, sərhəd zonalarındakı hərbi hissələrin yanacaqla təchizatı və ərzaq ehtiyatının yaradılması vaxtında başa çatdırılmalıdır. Şəhər və rayon icra hakimiyyətləri, Ekologiya və Təbii Sərvətlər Nazirliyi qurumuş ağacların kəsilərək hərbi hissələrə verilməsini davam etdirməli, payız mövsümündə yeni yaşıllıqların salınmasını təşkil etməlidirlər. Muxtar respublikanın bitki və heyvanat aləminin qış aylarında qorunması üçün müvafiq tədbirlər görülməlidir. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti istilik sistemi olmayan təhsil, səhiyyə və mədəniyyət müəssisələrində payız-qış mövsümü üçün tələb olunan yanacağın bölgüsünü təsdiq etməli, zəruri yanacaq və avadanlıqların alınmasını təmin etməli, payız-qış mövsümünə hazırlıqla bağlı verilmiş tapşırıqların icrası üçün tədbirlər planı hazırlamalı və icrası barədə cari ilin oktyabr ayının sonunadək Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə məlumat verməlidir.

Ali Məclisin Sədri qarşıya qoyulan vəzifələrin icrasında müşavirə iştirakçılarına uğurlar arzulayıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Ədliyyə işçilərinə və ailə üzvlərinə mənzil kirayəsi ilə bağlı pul kompensasiyası ödəniləcək

Hesablama Palatasının builki hesabatında Dayanıqlı İnkişaf Məqsədləri prioritet olub RƏY

Aİ Rusiyaya qarşı 14-cü sanksiyalar paketi üzərində işləyir

FHN: Sumqayıtda qanunsuz tikili sökülüb VİDEO

Türkiyə gələn il Somalidə neft kəşfiyyatına başlamağı planlaşdırır

“Netflix” bu il daha 9,3 milyon abunəçi qazanıb

“Ağ-qaralar”ın idman direktoru: Klubu sevən azarkeş hər zaman stadionda olmalıdır

Səhiyyə naziri respublikanın bütün şəhər və rayonlarında “İmmunlaşdırma həftəsi”nin keçirilməsi ilə bağlı Əmr imzalayıb

İsveçli funksioner: Transfer işləri ilə skaut komandası maraqlansa da, son qərarı mən verirəm

Xocavənd rayonunda fermada xeyli sayda partlayıcı maddə aşkarlanıb

Tarix Muzeyində tədbir: Molla Nəsrəddin güldürür və düşündürür

Məktəblilər ölkəmizi Avropada təmsil edəcəklər

Naxçıvan Muxtar Respublikası Ali Məclisinə yeni hüquq verilir

İnzibati xəta haqqında iş üzrə icraat zamanı foto və ya video çəkilişin mediaya təqdim edilməsi inzibati məsuliyyətə səbəb olacaq

Yen Andersson: Növbəti mövsümün əvvəlində "Neftçi" yeni bazasından istifadə edə biləcək

Ölkə ərazisində havanın temperaturu 30 dərəcəyə yüksələcək

Azərbaycan Təhsil Cəmiyyətinin İdarə Heyəti yeni tərkibdə təsdiqlənib

Qərbi Azərbaycanda milli maarifçilik tariximiz – Araşdırma

“Apple” Çində “WhatsApp” və “Threads” proqramlarını “App Store”dən çıxarıb

Zərərli maddələrin miqdarı normadan çox olan avtomobillərin sürücülərinə qarşı tədbirlər görülüb VİDEO

“Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” elan edilir

ÜST quş qripi ilə bağlı həyəcan təbili çalır

“Science” jurnalı: Çinin iri şəhərlərinin təxminən yarısı çökür

ATMU nümayəndələri “Erasmus+” layihəsi çərçivəsində Avstriyada təlimdə olublar

Binəqədi rayonunda tanışlarını kafedə qəsdən öldürən şəxs barədə cinayət işi məhkəməyə göndərilib

Hesablama Palatasının sədri: 2024-cü ildə bir neçə mövzuda ekoloji audit keçiriləcək

Bərdə Peşə Liseyinin tələbəsi ABŞ-da keçirilən yarışda ölkəmizi təmsil edəcək

Vüqar Gülməmmədov: Ötən il obyektlər tərəfindən məsuliyyətə cəlbetmə istiqamətində fəaliyyət əvvəlki illərə nisbətən yetərli olub

“Sony” və “Apollo” kompaniyaları “Paramount” şirkətini satın almaq niyyətindədir

Yens Andersson: Başlıca məqsəd "Neftçi"yə xarakteri yaxşı olan futbolçular cəlb etməkdir

Azərbaycan, Rusiya və Qazaxıstanın Hindistanın neft idxalında payı 13 faiz artıb

"Neftçi"nin idman direktoru: Azərbaycanın ən böyük klubunda işləmək qürurverici hissdir

Məleykə Abbaszadə gənclərə çağırış etdi: Özlərini aldatmasınlar

FHN: Ötən sutka ərzində ikisi azyaşlı olmaqla 4 nəfər xilas edilib

Rusiyanın qəzaya uğrayan hərbi təyyarəsinin pilotlarından biri həlak olub

Şri-Lanka Rusiyaya çay ixracını 14 faiz artırıb

TDT diplomatiya akademiyalarının toplantısı Bakıda keçiriləcək

NASA süni intellekt sayəsində iqlim dəyişikliyi ilə mübarizəyə töhfə verəcək

“Aqroservis” ASC-nin İdarə Heyətinin sədri İmişlidə vətəndaşlarla görüşəcək

Bakıda bədii gimnastika üzrə Dünya Kuboku start götürüb

Sudanda 390-dan çox insan vəba və “denge” qızdırmasından ölüb

Narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü ifşa edilib

Şərqşünas alim Ege Universitetində XX əsrdə azərbaycanlılara qarşı törədilmiş soyqırımlar haqqında məruzə deyib

AQTA sədri istehlakçılara çağırış edib

Mərkəzi Seçki Komissiyasının nümayəndə heyəti Maldiv Respublikasında parlament seçkilərini müşahidə edəcək

Ukraynaya daha bir hava hücumu: 8 nəfər ölüb, 25 nəfər yaralanıb VİDEO

Deputat: Rusiya sülhməramlılarının Azərbaycandan çıxarılması yeni mərhələ deməkdir

Şirvan elektrik şəbəkəsi yenidən qurulur

Qərbi Azərbaycanın iqtisadi inkişaf potensialı: retrospektiv təhlil və gələcəyə baxış - AzMİU-da konfrans

AZƏRBAYCANIN GƏNC MUSİQİÇİLƏRİ
Kənan Bağırov

Dövlət Xidməti Şamaxıda maarifləndirici tədbir keçirib

Parlamentdə Hesablama Palatasının 2023-cü ildə fəaliyyəti ilə bağlı hesabatı müzakirə olunur

AFR-in vitse-kansleri saat yarım Kiyevdə bomba sığınacağında qalıb

Səməd Seyidov: Türk dövlətləri arasında münasibətlər intensivləşməkdədir

Yevlaxda genişzolaqlı internetə çıxış 71 faiz təşkil edir

ABŞ Fələstinin BMT-yə tamhüquqlu üzv olmasını əngəlləyib

İsi Məlikzadə yaradıcılığı Almaniya elektron ədəbiyyat jurnalında

Premyer Liqada XXXI turun hakimləri bəlli olub

Türkiyə ordusu üçün daha 40 ədəd Hürkuş-B təlim təyyarəsi sifariş edilib

"Xəzər səması-2024" birgə taktiki təlimi keçirilib VİDEO

Famil Ağayev: Məşqçilik karyeramın ən böyük həyəcanını keçirdim

Azərbaycan ərazisində ekoloji streslərə davamlı bitki növlərinin artırılması – elmi seminar

TDT-yə üzv ölkələrin parlamentlərinin beynəlxalq münasibətlər üzrə komitələrinin Bakıda konfransı keçiriləcək

Üç ayda DSMF-də 69 mindən çox vətəndaş müraciəti cavablandırılıb

XRİTDX-nin nümayəndə heyəti Türkiyədə “Müdafiə və Havaçılık sahəsində” keçirilən tədbirdə iştirak edir

Keniyalı general helikopter qəzasında ölüb

Baş prokuror Ağdaşda vətəndaşları qəbul edəcək

Milli Məclis 14 məsələnin müzakirəsinə başlayıb

İsmayıllıda fəaliyyət göstərən bazarda nöqsanlar aşkarlanıb

Avstraliya öz vətəndaşlarını İsrail və Fələstini tərk etməyə çağırır

Beynəlxalq Muğam Mərkəzində “Sərhədsiz Puşkin” adlı konsert keçiriləcək

Azərbaycanda böyrək əməliyyatı icbari tibbi sığorta ilə qarşılanır

İsrail İrana raket zərbəsi endirdiyini təsdiqləyib

Azərbaycanın stolüstü tennisçisi beynəlxalq turnirdə bürünc medal qazanıb

“Fotolarda canlanan tarix” sərgisi başa çatıb

Dubayda qastronomiya festivalı açılır

Azərbaycan Premyer Liqası: XXXI tura Tovuzda start veriləcək

“Turan Tovuz” klubunun rəsmisi: Avropanı Tovuz şəhərinə gətirmək istəyirik

Azərbaycanın voleybol çempionatlarında final və üçüncülük oyunlarının tarixləri bəlli olub

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə test imtahanına qeydiyyat davam edir

Ağdərə-Ağdam avtomobil yolunun inşasına başlanılıb VİDEO

Dünya birjalarında neft bahalaşıb

Bu gün tanınmış şair Tofiq Bayramın anım günüdür

“ASAN xidmət” BMT ilə yeni layihəyə başlayır

DİN: Ötən gün 5 tüfəng təhvil götürülüb

Yaşıl dünya naminə həmrəy Azərbaycan

® “AlatBay” Logistik Mərkəzi “Edge Advanced Green” sertifikatına layiq görülüb

Azərbaycan neftinin qiyməti 88 dollara enib

Polis 6 kiloqramdan çox narkotik vasitə aşkar edib

Xankəndidə silah-sursat aşkarlanıb

Axtarışda olan 80 nəfər saxlanılıb

Göyçayda vətəndaşlardan avtomat və tüfənglər götürülüb

Salyanda minik avtomobilləri toqquşub, yaralılar var

Qəbiristanlıqdan oğurluq edən keçmiş məhkumlar saxlanılıb

Azərbaycanla KAICIID-in gələcək əməkdaşlıq imkanları müzakirə olunub

Zərdabda sənədsiz silahlar aşkar edilib

Avropanın ən təhsilli xalqları Şimal zonasında yaşayır

Qubada yerin təkindən qanunsuz istifadə ilə bağlı tədbir keçirilib

ABŞ İsrailin İrana hücumu barədə məlumatlandırılıb

Qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub