SİYASƏT


Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Naxçıvan şəhərindəki 4-15 saylı seçki məntəqəsində səs verib

Naxçıvan, 23 dekabr, AZƏRTAC

2019-cu il dekabrın 23-ü ölkəmizdə növbəti bələdiyyə seçkiləri günüdür. Muxtar respublikada bələdiyyə seçkilərinin qanunvericiliyin tələblərinə uyğun keçirilməsi üçün zəruri tədbirlər görülüb, 7 seçki dairəsi üzrə 316 seçki məntəqəsi yaradılıb, 2122 namizəd qeydə alınıb. Bələdiyyə seçkilərində 170 bələdiyyəyə 1452 üzv seçilməsi nəzərdə tutulur.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov 4 saylı Naxçıvan şəhər seçki dairəsinin Heydər Əliyev adına tam orta məktəbdə yerləşən 4-15 saylı seçki məntəqəsində səs verdi.

Sonra Ali Məclisin Sədri seçki prosesinin gedişi ilə maraqlanıb.

Məlumat verilib ki, Naxçıvan şəhərindəki 4-15 saylı seçki məntəqəsində veb-kameralar quraşdırılıb, müşahidəçilər üçün yerlər ayrılıb. 1490 seçicinin qeydə alındığı məntəqədə fərdi qaydada və siyasi partiyalar tərəfindən namizədliyi irəli sürülən 29 namizəddən 17-si bələdiyyələrə seçiləcəkdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.