Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin 90 illik yubileyi qeyd olunub

Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin 90 illik yubileyi qeyd olunub

Naxçıvan, 6 oktyabr, AZƏRTAC

Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin 90 illik yubileyi ilə əlaqədar tədbir keçirilib. Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsini və Heydər Əliyev Muzeyini ziyarət ediblər.

AZƏRTAC xəbər verir ki, Naxçıvan Şəhər İcra Hakimiyyətinin akt zalında davam etdirilən tədbiri Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədri Ramiz Süleymanov açıb.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatı rəhbərinin müavini, Qanunçuluq və hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Cəlil Rüstəmov Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi işçilərinin təltif edilməsi haqqında” 2015-ci il 2 oktyabr tarixli Sərəncamını oxuyub, 90 illik yubiley münasibətilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Fəxri Fərmanı ilə təltif olunduğunu bildirib.

Cəlil Rüstəmov Fəxri Fərmanı oxuyub təqdim etdikdən sonra çıxış edərək deyib ki, Naxçıvan Muxtar Respublikasında məhkəmə-hüquq sistemi böyük bir yol – təşkilatlanma mərhələsi keçib. Bu inkişafın ötən əsrin 70-80-ci illərini əhatə edən mərhələsi xüsusilə əlamətdardır. Ulu öndər Heydər Əliyevin həmin dövrdə elan etdiyi “Qoy ədalət zəfər çalsın!” prinsipi cəmiyyətin digər sahələri kimi, məhkəmə-hüquq sisteminin də yeni tələblər səviyyəsində qurulmasını nəzərdə tuturdu.

Bildirilib ki, Ümummilli Liderimizin Azərbaycana rəhbərliyinin ikinci dövründə də ədalət mühakiməsinin təmin olunması, ali prinsip olan insan və vətəndaş hüquqlarının qorunması diqqət mərkəzində saxlanılıb. Bu diqqətin nəticəsidir ki, məhkəmə-hüquq sistemində islahatlar keçirilib, ölkəmizdə, o cümlədən Naxçıvan Muxtar Respublikasında məhkəmələrin səlahiyyətləri artırılıb və fəaliyyətlərinin müasirləşdirilməsi üçün tədbirlər görülüb.

Bu gün Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsi səmərəli hüquqi təsisat kimi formalaşıb, muxtar respublikanın dövlət hakimiyyəti sistemində özünəməxsus yer tutub. Ali Məhkəmə muxtar respublikada apelyasiya qaydasında ədalət mühakiməsinin və Konstitusiya nəzarətinin həyata keçirilməsi, məhkəmə-hüquq sistemində aşkarlıq və operativliyin təmin edilməsi, eləcə də insan hüquq və azadlıqlarının qorunması sahəsində qarşıya qoyulan vəzifələrin icrasında mühüm rola malikdir.

Qeyd olunub ki, muxtar respublikada bütün sahələr kimi, məhkəmələr də qayğı ilə əhatə olunub. Bu qayğının nəticəsidir ki, Ali Məhkəmə başda olmaqla, muxtar respublikanın bütün məhkəmələri üçün yeni inzibati bina tikilib və müasir iş şəraiti yaradılıb. Eyni zamanda hakimlərin və məhkəmə işçilərinin əməyinin qiymətləndirilməsi də diqqət mərkəzində olub. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2015-ci il 2 oktyabr tarixli Sərəncamı ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi işçilərinin bir qrupunun təltif olunması, eləcə də Ali Məhkəmənin bütün kollektivinin mükafatlandırılması bu orqanın fəaliyyətinə göstərilən diqqətin daha bir ifadəsidir. Cəlil Rüstəmov Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin 90 illik yubileyi münasibətilə kollektivi bir daha təbrik edib.

Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədri Ramiz Süleymanov məhkəmənin yaranma tarixinə nəzər salaraq bildirib ki, Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsi Rəyasət Heyətinin 1925-ci il 3 oktyabr tarixli qanunu ilə Azərbaycan SSR Ali Məhkəməsinin Naxçıvan MSSR bölməsi yaradılıb. Bölmə 1934-cü ildə Naxçıvan MSSR Baş Məhkəməsi, 1937-ci ildə isə Naxçıvan MSSR Ali Məhkəməsi adlandırılıb.

Vurğulanıb ki, 1991-ci ildə Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsi məhkəmə quruluşunun, ədalət mühakiməsi qaydalarının köklü şəkildə dəyişdirilməsini zərurətə çevirmişdir. Lakin həmin dövrdə digər sahələr kimi, məhkəmə orqanlarının fəaliyyəti də diqqətdən kənarda saxlanılıb, bu sahədə əsaslı islahatlar həyata keçirilməyib. Yalnız 1993-cü ildə ümummilli liderimiz Heydər Əliyevin yenidən ölkəmizdə siyasi hakimiyyətə qayıdışından sonra məhkəmə hakimiyyəti sistemində də köklü dəyişikliklər baş verib. “Biz hüquqi dövləti, demokratik dövləti yaradırıq. Bunun da ən prinsipial bir hissəsi məhkəmə sistemində islahatların keçirilməsi, onun beynəlxalq hüquq normalarına uyğunlaşdırılmasıdır”, – deyən Ulu Öndərin müəllifi olduğu Azərbaycan Respublikasının Konstitusiyasında məhkəmə hakimiyyətinin ədalət mühakiməsi yolu ilə yalnız məhkəmələr tərəfindən həyata keçirilməsi müəyyən olunub.

Qeyd edilib ki, ulu öndər Heydər Əliyevin dövlətçilik konsepsiyasını uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə məhkəmə sisteminin inkişaf etdirilməsi və müasirləşdirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Həyata keçirilən məhkəmə-hüquq islahatları ölkəmizin digər regionları ilə yanaşı, Naxçıvan Muxtar Respublikasında da fəaliyyət göstərən məhkəmə orqanlarını əhatə edib. Ölkə Prezidentinin müvafiq fərmanlarından sonra Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Ağır Cinayətlərə dair işlər üzrə birinci instansiya kollegiyası ləğv olunaraq ağır və xüsusilə ağır cinayətlərə baxmaq səlahiyyəti yeni yaradılmış Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsinə verilib. Eyni zamanda Ali Məhkəmədə daha iki kollegiya – iqtisadi mübahisələrə dair işlər üzrə və hərbi məhkəmələrin işləri üzrə kollegiyalar fəaliyyətə başlayıb, muxtar respublikada fəaliyyət göstərən bütün rayon (şəhər) və ixtisaslaşdırılmış məhkəmələrin hökm və qərarlarından apelyasiya şikayəti və protestlərinə baxılması səlahiyyəti Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə verilib.

Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən məhkəmələrin fəaliyyətinin müasir tələblər səviyyəsində təşkil olunmasında “Naxçıvan Muxtar Respublikasında hüquq institutlarının inkişafı haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 2 noyabr tarixli Fərmanının mühüm əhəmiyyətə malik olduğunu bildirən Ramiz Süleymanov deyib ki, Fərmana əsasən, muxtar respublikanın hüquq institutlarının inkişaf etdirilməsi, məhkəmə hakimiyyəti orqanlarının fəaliyyətinin müasir standartlar səviyyəsində qurulması, onların maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində mühüm işlər görülüb, məhkəmələr üçün yeni inzibati binalar tikilib. Hazırda muxtar respublikanın bütün məhkəmə orqanları müasir binalarda fəaliyyət göstərir.

Ali Məhkəmənin sədri bildirib ki, muxtar respublikada məhkəmə hakimiyyəti orqanlarının hakim korpuslarının formalaşdırılması zamanı ən mütərəqqi və şəffaf qaydaların tətbiq olunması, yüksək bilik və mənəvi keyfiyyətlərə malik olanların hakim seçilməsi diqqət mərkəzində saxlanılır. Ötən müddətdə Naxçıvan Dövlət Universitetinin hüquq fakültəsinin məzunu olan 16 hüquqşünas muxtar respublikada fəaliyyət göstərən məhkəmələrə hakim vəzifələrinə təyin edilib. Bundan başqa, peşəkarlıq və hüquqi hazırlıq nümayiş etdirən 4 hakim Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə, 5 hakim məhkəmə sədri vəzifəsinə irəli çəkilib, habelə 1 hakim Məhkəmə-Hüquq Şurasının, 1 hakim isə Hakimlərin Seçki Komitəsinin üzvü seçilib. Əvvəllər muxtar respublikanın məhkəmə orqanlarında fəaliyyət göstərmiş 3 hakim hazırda Azərbaycan Respublikası Ali Məhkəməsində, 6 hakim isə ölkəmizin digər regionlarının müxtəlif məhkəmə orqanlarında hakimlik fəaliyyətlərini davam etdirirlər.

Qeyd olunub ki, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin kollektivi bundan sonra da muxtar respublikada ədalət mühakiməsinin həyata keçirilməsi, insan hüquq və azadlıqlarının qorunması sahəsində səmərəli fəaliyyət göstərəcək, bu sahədə üzərinə düşən vəzifələri layiqincə yerinə yetirəcəkdir.

Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri İlham Cəfərov və İslam Əliyev, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin təqaüddə olan hakimi Şamxal Hüseynov, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi Qabil Məmmədov, Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsinin sədri Qasım Əliyev, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi Aparatının şöbə müdiri Mehdi Əliyev çıxış edərək məhkəmə orqanlarına göstərilən dövlət qayğısından danışıb, kollektivi 90 illik yubiley münasibətilə təbrik ediblər.

Sonda Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamı ilə təltif olunmuş Xasa Seyidovaya “Rəşadətli əməyə görə” nişanı təqdim olunub, Ali Məhkəmənin bir qrup işçisinə qiymətli hədiyyələr verilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Paytaxtda müxtəlif təyinatlı kəsici-deşici alətlər satan şəxslər saxlanılıblar

DİN: Ötən gün ölkə ərazisində 63 cinayətin üstü açılıb

“Toyota” ötən maliyyə ilində avtomobil istehsalında rekord vurub

Azərbaycan nefti bahalaşıb

Azərbaycan-Rusiya münasibətləri yeni hədəflərimizə çatmağa töhfə verəcək – ŞƏRH

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur - SİYAHI

Blinken: ABŞ və Çin ikitərəfli münasibətlərə məsuliyyətlə yanaşmalıdır

Dövlət Departamenti: ABŞ hərbçilərinin Nigerdən çıxarılması ilə bağlı müzakirələr başlayır

Vaşinqtonda “erməni soyqırımı” yalanlarına qarşı dinc aksiya keçirilib

“Gəncə və gəncəlilər” layihəsi növbəti dəfə Xalq artisti Fikrət Verdiyevə həsr olunub

Türkiyə kosmik düşərgəsində Vətən müharibəsinin şəhid uşaqları üçün kvota ayıracaq

Ağ ev: Rusiya nüvə başlığı daşıya bilən peyk hazırlayır

Londonda süvari birliyindən qaçan atlar dörd nəfəri yaralayıb

Yaşıl zonalardakı həyat həyəcan və depressiya riskini azaldır

Avropa Komissiyası Ukraynaya 1,5 milyard avroluq daha bir tranş ayırıb

Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib

Türk dövlətlərinin peykləri bütün TDT ölkələrinin xeyrinə istifadə edilə bilər

“İrs” jurnalının xorvat dilində ilk buraxılışının təqdimatı olub

Türkiyə Kuboku: “Trabzonspor” cavab matçına sərfəli nəticə ilə yollanacaq

İtaliya Kubokunda ikinci finalçının adı məlum olub

Premyer Liqa: “Liverpul” çempionluq yolunda vacib xal itirib

Husilər tərəfindən iki ticarət gəmisi və bir Amerika esminesi hücuma məruz qalıb

“Məhşər Divanı: Yalanın 17 anı” kitabında yalançı erməni tarixindən bəhs edilir

Tərtərdə “Şahin” hərbi-idman oyununun zona birinciliyinin qalibi müəyyənləşib

Bakıda Rusiya Kinosu Günlərinin təntənəli açılış mərasimi olub

Üzgüçülük üzrə açıq Azərbaycan çempionatı start götürüb

COP29 Sədrliyi ölkə pavilyonlarının təşkili üzrə müraciətlərin qəbuluna başlayıb

XİN: Azərbaycan BMT-nin insan hüquqları sahəsində müvafiq müqavilə qurumları ilə əməkdaşlığa böyük önəm verir

Qurban Qurbanov: Finala vəsiqə qazanmaq xoş hissdir

DOST Agentliyində Keniya nümayəndə heyəti ilə görüş olub

“Neftçi”nin baş məşqçisi: Birinci oyundakı nəticə hər iki komandaya təsir etmişdi

Milli İncəsənət Muzeyində “Gizli və aşkar” adlı fərdi sərgi açılıb

Daha bir boksçumuz Avropa çempionatında yarımfinala vəsiqə qazanıb

Azərbaycan Kuboku: “Qarabağ” “Neftçi”ni cavab oyununda da məğlub edərək finala yüksəlib

Bakıda Qırğız Mədəniyyəti Günlərinin açılış mərasimi olub

Qırğız Mədəniyyəti Günləri çərçivəsində Heydər Əliyev Mərkəzində sərgi açılıb

Özbəkistan media nümayəndələri DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olublar

Azərbaycanın daha bir paraüzgüçüsü Avropa çempionatında qızıl medal qazanıb

ABŞ-ın Ukraynaya yeni hərbi yardım paketinin dəyəri bir milyard dollardır

Azərbaycan-Rusiya münasibətlərində yeni formatın konturları ŞƏRH

ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev forumda iştirak edib YENİLƏNİB -2 VİDEO

Ali qonağın şərəfinə dövlət ziyafəti  YENİLƏNİB VİDEO

Ərdoğan: Müdafiə sənayesinin inkişafı yolunda məhdudiyyətlər mövzusu gündəlikdən çıxarılmalıdır

ABŞ Prezidenti Ukraynaya hərbi yardım haqqında qanunu imzalayıb

Konstitusiya Məhkəməsinin Plenumunun iclasında Nəsimi Rayon Məhkəməsinin müraciəti əsasında konstitusiya işinə baxılıb

İraq Prezidenti COP29-da iştirak etməyə dəvət olunub

Azərbaycanın diplomatik nümayəndəliyi “El País” qəzetində Ermənistan səfirliyinin əsassız ittihamlarına cavab verib

Qazaxın 4 kəndinin qaytarılması tariximizə növbəti Zəfər səhifəsi yazdı - RƏY

Prezident İlham Əliyev və Prezident Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak ediblər  YENİLƏNİB-2 VİDEO

Abbasqulu Ağa Bakıxanovun “Riyazül-Qüds” əsəri nəşr olunub

Baş nazirin müavini: Azərbaycan hər zaman özünü etibarlı tərəfdaş kimi göstərib

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 15 iyul tarixli 308 nömrəli Qərarı ilə təsdiq edilmiş “İlkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə haqqın və digər xərclərin məbləği”ndə və 2019-cu il 5 sentyabr tarixli 385 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mediasiya prosesinin həyata keçirilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 6 noyabr tarixli 177 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət müəssisə və təşkilatlarının, habelə nizamnamə kapitalında dövlətin payı olan müəssisələrin balansında olan yararsız hala düşmüş, həmçinin oğurlanmış və ya naməlum şəraitdə itmiş əsas vəsaitlərin (fondların) silinməsi və bu vəsaitlərin söküntüsündən əldə edilən material qiymətlilərinin satışı üzrə Qaydalar”da dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsinin yaxşılaşdırılması tədbirləri haqqında” 2001-ci il 7 noyabr tarixli 179 nömrəli, “Dövlət məktəbəqədər təhsil müəssisələrində təhsilalanların sosial müdafiəsi Qaydası”nın təsdiq edilməsi haqqında” 2017-ci il 29 dekabr tarixli 622 nömrəli, “Uşaqların dövlət və bələdiyyə tərəfindən yaradılan ailə tipli kiçik qrup evlərinə qəbulu, qrup evlərini tərk etməsi, qrup evlərində xidmətin təşkili, həmçinin qrup evlərində uşaqların təminatı və yaşayış şəraitinə dair Qaydalar”ın təsdiq edilməsi haqqında” 2021-ci il 26 aprel tarixli 111 nömrəli və “Uşaqların dövlət və bələdiyyə tərəfindən yaradılan uşaq evləri sosial xidmət müəssisələrinə qəbulu, həmin müəssisələri tərk etməsi, uşaq evlərində xidmətin təşkili, həmçinin uşaq evlərində uşaqların təminatı və yaşayış şəraitinə dair Qaydalar”ın təsdiq edilməsi haqqında” 2021-ci il 26 aprel tarixli 112 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Uşaqların dövlət və bələdiyyə tərəfindən yaradılan ailə tipli kiçik qrup evlərinə qəbulu, qrup evlərini tərk etməsi, qrup evlərində xidmətin təşkili, həmçinin qrup evlərində uşaqların təminatı və yaşayış şəraitinə dair Qaydalar”ın təsdiq edilməsi haqqında” 2021-ci il 26 aprel tarixli 111 nömrəli və “Uşaqların dövlət və bələdiyyə tərəfindən yaradılan uşaq evləri sosial xidmət müəssisələrinə qəbulu, həmin müəssisələri tərk etməsi, uşaq evlərində xidmətin təşkili, həmçinin uşaq evlərində uşaqların təminatı və yaşayış şəraitinə dair Qaydalar”ın təsdiq edilməsi haqqında” 2021-ci il 26 aprel .tarixli 112 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Azərbaycan Dövlət Aqrar Universiteti” publik hüquqi şəxsin nəzdində “Gəncə Dövlət Aqrar Kolleci” publik hüquqi şəxsin yaradılması haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycanlı mütəxəssislər Beynəlxalq Kosmik Stansiyaya uçan ilk türk kosmonavtın elmi təcrübələri ilə maraqlanırlar

® “Bakcell” bütün ölkəni bulvardakı konsertə çağırır

Bərdə Peşə Liseyində orta məktəblərin rəhbərləri üçün infotur təşkil edilib

Azərbaycanın turizm imkanları Qazaxıstanda nümayiş olunur

Keniya “ASAN xidmət” konsepsiyası ilə maraqlanır

“Özbəkkosmos” kosmik texnologiyaları sahəsində Azərbaycanla əməkdaşlıq etməyə maraqlıdır

Azərbaycan Kubokunda ilk finalçı bəlli olub

“COP29 və Azərbaycan üçün Yaşıl Baxış” beynəlxalq forumu çərçivəsində Laçında keçirilən konfrans yekunlaşıb

Qırğızıstan Prezidenti Sadır Japarov Bakıda şəhidlərin xatirəsini anıb

BDU-da Karyera Festivalı keçiriləcək

Türk Dövlətləri Təşkilatının kosmik agentlik rəhbərlərinin üçüncü toplantısı keçirilir

Fransa aviaşirkətinə məxsus təyyarə Bakıya qəza enişi edib

Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzində “Açıq qapı” günü keçiriləcək

UNEC-də “Qondarma erməni soyqırımı: iddialar və faktlar” mövzusunda beynəlxalq konfrans keçirilir

Prezident İlham Əliyev və Prezident Sadır Japarov mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB-2 VİDEO

Qırğızıstan Prezidenti Sadır Japarov Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

Dövlət Proqramı çərçivəsində xaricdə bakalavriat və magistratura təhsili – vebinar

Naxçıvanda mobil rabitə siqnalları, televiziya və FM radio yayımlarının qəbul vəziyyəti monitorinq edilib

Mərkəzi Bankın sədri ABŞ-da maliyyə sahəsi ilə bağlı bir sıra görüşlər keçirib

Xarəzmli Şairə Şəmsin “Gözlərindəki bahar” poetik tablosu

ADPU-da Pedaqoji-psixoloji xidmət laboratoriyası açılıb

Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib

“COP29 və Azərbaycan üçün Yaşıl Baxış” beynəlxalq forumunun iştirakçıları Laçında Həkəri Balıq Təsərrüfatı ilə tanış olublar

Prokurorluq əməkdaşları Mir Cəlal Paşayevin İçərişəhərdə yaşadığı evi ziyarət ediblər

UNEC-in nəzdində Sosial İqtisadi Kollecdə qlobal istiləşmənin yaratdığı problemlər müzakirə olunub

Qazaxıstanda HTP çərçivəsində təqaüdlə təhsil imkanı

İsrail aviasiyası Livanın cənubuna 14 hava hücumu həyata keçirib

Ombudsman: Böyük Britaniyanın minatəmizləmə sahəsində Azərbaycana göstərdiyi dəstək yüksək qiymətləndirilir

Özbək şairin “Söz lətafəti” əsəri Azərbaycan dilində nəşr olunub

Azərbaycan və Gürcüstan voleybol sahəsində əməkdaşlığı genişləndirir

Aparılan monitorinq nəticəsində 53 baş heyvanda bruselyoz xəstəliyinin törədicisi aşkarlanıb

Bosniya və Herseqovina Rəyasət Heyətinin üzvü COP29-da iştiraka dəvət edilib

Respublikanın sabiq baş pediatrının intiharı ilə bağlı cinayət işi başlanılıb YENİLƏNİB

Xətai rayonunda restoranın fəaliyyəti məhdudlaşdırılıb

ƏƏSMN ictimai iştirakçılığın təmin edilməsi sahəsində fəaliyyətinə görə fəxri fərmanla təltif edilib

“COP29 və Azərbaycan üçün Yaşıl Baxış” forumu Bolqarıstan mətbuatının diqqət mərkəzində olub

Azərbaycan avarçəkəni Türkiyədə iki medal qazanıb

Fövqəladə Hallar Nazirliyinin yeni internet informasiya resursu istifadəyə verilib

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin komitə iclasında hökumətin hesabatı müzakirə olunub

Region Liqası: Final oyununun yeri və başlama saatı açıqlanıb

Şəmkir və Gəncə şəhərlərində “Güclü cəmiyyətin zərif simaları" layihəsi çərçivəsində görüşlər keçiriləcək

Qədim pullar - FOTOREPORTAJ

Bakı Mühəndislik Universitetində “Mübariz” filminin təqdimatı olub

İşıqforu az, bəzəkli avtobuslarının sirri olan 30 milyonluq Kəraçi şəhərindən - REPORTAJ