REGİONLAR


Naxçıvan Muxtar Respublikası Aşıqlar Birliyinin konserti keçirilib

Babək, 17 fevral, AZƏRTAC

Naxçıvan Muxtar Respublikası Aşıqlar Birliyinin konserti olub.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, konsert Babək Rayon Mədəniyyət Sarayında təşkil edilib. Rayonun ictimaiyyət nümayəndələri və mədəniyyət işçilərinin qarşısında çıxış edən birliyin üzvləri, qədim el sənətimizi yaşadan aşıqlar “Ovşarı”, “İsfəndiyar gözəlləməsi”, “Kərəmi”, “Naxçıvani”, “Qəmərcan”, “Göyçə gülü” aşıq havalarını və ustad aşıqların yaradıcılığından nümunələr səsləndiriblər.

Naxçıvan Muxtar Respublikası Aşıqlar Birliyinin sədri, Əməkdar artist Tural Bağırovun, birliyin üzvlərindən Aydın Cəfərovun və qızlar qrupu üzvlərinin ifaları izləyicilər tərəfindən maraqla qarşılanıb.

Bir saatdan artıq davam edən konsert proqramında aşıqları balabanda Əməkdar artist Əli İsmayılov müşayiət edib.

Qeyd edək ki, muxtar respublikanın ayrı-ayrı bölgələrində təşkil olunan bu cür konsert proqramları qədim el sənətimiz olan aşıq sənətinin yaşadılması və təbliğinə xidmət edir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.