REGİONLAR
Naxçıvan Muxtar Respublikası Atletika Federasiyasının idmançısı ölkə çempionu olub
Naxçıvan, 17 iyun, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Atletika Federasiyasının idmançısı Miryusif Seyidov Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda 2006-2007-ci il təvəllüdlü yeniyetmələr arasında keçirilən atletika üzrə Azərbaycan birinciliyinin qalibi olub.
Muxtar respublika Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, yarışda 8 komandanın heyətində 100-dən çox atlet birincilik uğrunda mübarizə aparıb. Çempionatda atletlər 100, 200, 400, 800, 1500 və 3000 metr məsafələrə qaçış, 4x100 metr məsafəyə estafet qaçışı, uzunluğa, hündürlüyə və üçtəkanla tullanma, eləcə də nüvəitələmə, lövhəatma, nizəatma yarışlarında qüvvələrini sınayıblar.
1500 metr məsafədə bürünc medal əldə edən Miryusif Seyidov 3000 metrdə bütün rəqiblərini geridə qoyub. Finiş xəttinə 11 dəqiqə 3,78 saniyə ərzində çatan Miryusif bu göstərici ilə qızıl medal qazanıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [21:36]
Naxçıvandan Qarabağa yollanan şəhid ailələri Füzuli rayonunda olublar
- 28.03.2024 [20:40]
Növbəti aqrar biznes festivalı Qubada təşkil olunub
- 28.03.2024 [20:22]
Naxçıvanda sel sularından səmərəli istifadə təmin edilib
- 28.03.2024 [18:23]
Naxçıvanda saxta zeytun yağları satış dövriyyəsindən kənarlaşdırılıb
- 28.03.2024 [15:46]
Lənkəranda baş verən qəzada 3 nəfər xəsarət alıb
- 28.03.2024 [11:44]