Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Naxçıvan Muxtar Respublikası Avtomobil Yolları Dövlət Agentliyinin yeni inzibati binası istifadəyə verilib

Naxçıvan, 17 aprel, AZƏRTAC

Aprelin 17-də Naxçıvan Muxtar Respublikası Avtomobil Yolları Dövlət Agentliyinin yeni inzibati binası istifadəyə verilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsib.

Naxçıvan Muxtar Respublikası Avtomobil Yolları Dövlət Agentliyinin direktoru Bəhruz Əsgərov çıxış edərək deyib ki, muxtar respublikada yol infrastrukturunun idarəçiliyi sistemi böyük inkişaf yolu keçib, yol təsərrüfatının yenidən qurulması istiqamətində kompleks tədbirlər görülüb. Müasir avadanlıqlarla təmin olunmuş yeni asfalt-beton zavodları, qum-çınqıl karxanaları və bitum anbarları istifadəyə verilib. Avtomobil Yolları Dövlət Agentliyi və onun tabeliyində olan yol istismar idarələrinin maddi-texniki bazası möhkəmləndirilib, yol çəkilişində istifadə üçün 38 müxtəlif təyinatlı texnika alınıb. Yaradılan şərait muxtar respublikada keyfiyyətli avtomobil yollarının çəkilməsinə imkan verir.

Bəhruz Əsgərov agentliyin əməkdaşlarının iş şəraitinin yaxşılaşdırılmasını göstərilən dövlət qayğısının daha bir ifadəsi olduğunu bildirib, yaradılan şəraitə görə kollektiv adından minnətdarlıq edib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tədbirdə çıxış edərək deyib: 2018-ci il fevralın 14-də Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq Fərmanı ilə Avtomobil Yolları Dövlət Şirkətinin bazasında Naxçıvan Muxtar Respublikası Avtomobil Yolları Dövlət Agentliyi yaradılıb. Bu gün isə agentlik üçün ayrılan bina əsaslı yenidənqurma işlərindən sonra istifadəyə verilir.

Ali Məclisin Sədri bu münasibətlə Avtomobil Yolları Dövlət Agentliyinin kollektivini təbrik edib və deyib: Ölkəmizdə avtomobil yollarının çəkilişinə xüsusi diqqət yetirilir. Naxçıvan Muxtar Respublikasında da hər il 100 kilometrə yaxın yeni avtomobil yolları çəkilərək və müasir standartlar səviyyəsində yenidən qurularaq əhalinin istifadəsinə verilir. Bu il də muxtar respublikada avtomobil yollarının tikintisi davam etdirilir. Muxtar respublikada həm birinci dərəcəli yollar, həm də kənd yolları üçün layihələr hazırlanaraq tikinti işlərinə başlanılıb.

Ali Məclisin Sədri deyib: Yol tikintisi üçün, ilk növbədə müasir avadanlıqlar, keyfiyyətli asfalt materialı və mütəxəssislər olmalıdır. Bu gün istifadəyə verilən binada yol tikintisi sahəsində çalışan mütəxəssislər üçün lazımi iş şəraiti yaradılıb. Hazırda keyfiyyətli asfalt istehsalını həyata keçirmək üçün müasir asfalt zavodu qurulur. Həmçinin bu il yeni yol-tikinti texnikalarının alınıb gətirilməsi nəzərdə tutulur. Yaxşı iş şəraiti, müasir texnika və keyfiyyətli asfalt təminatı avtomobil yollarının keyfiyyətlə çəkilməsinə və uzun müddət istismarına imkan verəcəkdir.

Ali Məclisin Sədri qeyd edib ki, bu gün Naxçıvan Muxtar Respublikası Avtomobil Yolları Dövlət Agentliyinin qarşısında duran əsas vəzifələr avtomobil yollarının, körpülərin və digər yol qurğularının layihələndirilməsi, tikintisi, saxlanması və yenidən qurulması işlərini həyata keçirməkdən ibarətdir. Həmçinin layihə və smeta sənədlərinin ekspertizası, görülən işlərin pasportlaşdırılması və istismarı da agentliyin qarşısında duran əsas vəzifələrdir. Ona görə də Avtomobil Yolları Dövlət Agentliyinin kollektivi keyfiyyət amilinə xüsusi diqqət yetirməlidir ki, iş vaxtını çəkilmiş yolların yenidən bərpasına deyil, yeni yolların tikintisinə sərf etsinlər. Qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi üçün dövlətimiz tərəfindən lazımi işlər həyata keçirilir, vəsait ayrılır, yeni texnikalar alınır. Bütün bunlar da muxtar respublikada istənilən yol-tikinti işlərinin Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən həyata keçirilməsinə imkan verəcəkdir. Agentliyin maddi-texniki bazasının möhkəmləndirilməsi də məhz muxtar respublikada keyfiyyətli yolların çəkilməsinə hesablanıb. Ona görə də mütəxəssis hazırlığına diqqət yetirilməli, alınan avadanlıqlar qorunmalı, onlardan səmərəli və uzun müddət istifadə olunmalı, tikinti işləri keyfiyyətlə aparılmalıdır.

“Bu gün ölkəmizdə, eyni zamanda, muxtar respublikada əhalinin həyat səviyyəsinin yaxşılaşmasının nəticəsidir ki, avtomobillərin sayı günbəgün artır. Bu da yeni avtomobil yollarının çəkilməsini və tikinti işlərinin keyfiyyətlə yerinə yetirilməsini zəruri edir”, - deyən Ali Məclisin Sədri qarşıya qoyulan vəzifələrin icrasında kollektivə uğurlar arzulayıb.

Sonra binaya baxış olub. Məlumat verilib ki, Avtomobil Yolları Dövlət Agentliyinin yeni inzibati binası zirzəmi ilə birlikdə 4 mərtəbədən ibarətdir. Binada 21 iş otağı, 50 yerlik akt zalı, arxiv, anbar, 8 ehtiyat otaq və bufet yerləşir. Binada agentliyin aparatı ilə yanaşı, “Siqnal” ixtisaslaşdırılmış layihə istehsalat qrupu üçün də iş şəraiti yaradılıb. İş otaqları kompüter dəstləri və digər avadanlıqlarla təmin olunub.

Binada istilik sistemi qurulub, həyətdə abadlıq işləri aparılıb və 5 qaraj istifadəyə verilib.

Ali Məclisin Sədri Avtomobil Yolları Dövlət Agentliyi üçün alınan yeni texnikalara baxıb. Bildirilib ki, 2 ədəd “CAT” markalı qazıcı və yükləyici, 3 ədəd yol nişanları vuran avtomobil yol-tikinti işlərində yüksək iş göstəricilərinə malikdir. Yeni texnikalar Naxçıvan şəhərində, eləcə də muxtar respublikanın rayon və kəndlərində yol tikintisi zamanı istifadə olunacaq.

Ali Məclisin Sədri yeni texnikalardan səmərəli istifadə olunması barədə tapşırıqlar verib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Prezidentin xüsusi nümayəndəsi: Cəbrayılda hazırda 109 kəhriz inşa olunur

Bəzi dağlıq və dağətəyi rayonların magistral avtomobil yollarında görmə məsafəsi məhdudlaşacaq

Nəsib Quliyevin intihar etməsilə bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma aparılır

Prezident: Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun Nizamnamə fondu 4 dəfə - 100 milyon dollaradək artıb

Washington Post: ATACMS döyüş meydanında vəziyyəti Ukraynanın xeyrinə dəyişə bilər

Prezident İlham Əliyev: Azərbaycanla Qırğızıstan arasında ticarət dövriyyəsinin artması tendensiyası mövcuddur

On minə yaxın şagird Qərbi Azərbaycan mövzusunda olimpiadada yarışacaq

Bu il Çində satılacaq avtomobillərin 45 faizi elektromobillərin payına düşəcək

“Nokia” Özbəkistanda 5G şəbəkələri quracaq

Azərbaycan-Qırğızıstan sənədlərinin imzalanması mərasimi olub YENİLƏNİB-2

BDU-nun Fizika fakültəsi ilə “Azərbaycan British College” əməkdaşlıq edəcək

Azərbaycan avarçəkənləri lisenziya turnirində iştirak edəcəklər

Prezident İlham Əliyev: Azərbaycan Qırğızıstan ilə bütün istiqamətlərdə fəal qarşılıqlı əlaqələri davam etdirmək əzmindədir

Beynəlxalq elmi-praktik konfrans: “Yaşıl iqtisadiyyat - davamlı inkişafın modeli kimi”

Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının 2-ci iclası keçirilib YENİLƏNİB-2 VİDEO

“Taliban” İŞİD-ə qarşı mübarizə üçün xüsusi bölmə yaradacaq

Qırğızıstan Qarabağda məktəb tikintisində iştirak edən üçüncü ölkə olacaq

Azərbaycan Prezidenti qırğızıstanlı həmkarını COP29-a dəvət edib

Azərbaycan-Başqırdıstan biznes-forumunda əməkdaşlıq haqqında 2 sənəd imzalanıb

Prezident İlham Əliyev: Qırğızıstan Prezidentinin Azərbaycana səfəri iki ölkə arasında dostluq və qardaşlıq münasibətlərinin möhkəmlənməsinə töhfə verəcək

İspaniya Baş nazirinin həyat yoldaşına qarşı istintaq başlayıb

Qırğızıstan tərəfindən Ağdamda məktəb binası inşa ediləcək

Azərbaycan tennisçisi beynəlxalq yarışda medal qazanıb

Gələn aydan Şuşada elektrik avtobuslar istifadəyə veriləcək

Prezident İlham Əliyev və Prezident Sadır Japarov mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB VİDEO

Prezident İlham Əliyev: Biz ənənəvi tərəfdaşlarımızla, qardaş ölkələrlə münasibətləri inkişaf etdiririk

Pakistanlı alim Nizami Gəncəvi məqbərəsini ziyarət edib

Şuşada həyata keçirilən və planlaşdırılan işlər açıqlanıb

Azərbaycan-Rusiya əməkdaşlığı üçüncü tərəfə qarşı yönəlməyib ŞƏRH

Hərbi Dəniz Qüvvələri və FHN-in “Dalğa-2024” birgə taktiki təlimi keçirilir

“Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin fəaliyyətinin təmin edilməsi və Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında” 2011-ci il 20 iyul tarixli 472 nömrəli, “Sumqayıt şəhərində avtomobil nəqliyyatı ilə sərnişin daşınması sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” 2015-ci il 7 dekabr tarixli 704 nömrəli və “Gəncə şəhərində avtomobil nəqliyyatı ilə sərnişin daşınması sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” 2016-cı il 25 yanvar tarixli 750 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 8 sentyabr tarixli 1842 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi və bəzi sərəncamlarının ləğv edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

® “STP Şirkətlər Qrupu” ağacəkmə aksiyası keçirib

İdarə direktoru: Azərbaycanın istehsal sahələri və ixrac potensialı bizdə maraq doğurur

“Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 9 iyun tarixli 906-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və sərəncamlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

İlon Mask Hindistanda avtomobil zavodu tikilməsini təxirə salıb

Məsim Məmmədov: Laçın aeroportu istifadəyə verildikdən sonra buraya turist axını çox olacaq

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu

ABŞ nümayəndələri “ASAN xidmət”də olub

A.İ.İsmayılovun 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

® “Jolly Joker”in ilk qlobal məkanı “Jolly Joker Bakı”da Yıldız Tilbe izdihamı

Misir Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb

“Azərreyl”in voleybolçusu: Fantastik mövsüm və gözəl sonluq oldu

Naxçıvanda ticarət obyektlərində saxta alkoqollu içkilər aşkarlanıb

IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir

Al Paçino və Den Stivens “The Ritual” filmində əsas rolları canlandıracaqlar

Otuz ölkəni təmsil edən xarici ekspertlərin iştirakı ilə Laçında konfrans işə başlayıb

“COP29 və Azərbaycan üçün Yaşıl Baxış” forumu çərçivəsində gənclərlə görüş keçirilib

® Mərkəzi Gömrük Hospitalında “Son mərhələ qaraciyər xəstəliyi və viral hepatitlər" mövzusunda elmi konfrans keçirilib

AQTA bazar rəhbərlərinə xəbərdarlıq edib

BDU-da tanınmış jurnalist, yazıçı-publisist Bahəddin Həzi ilə görüş

“Neftçi”nin iki futbolçusu “Qarabağ”la matçı buraxacaq

Regional sabitliyə əsaslanmış Azərbaycan-Rusiya münasibətləri ŞƏRH

Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub YENİLƏNİB VİDEO

“Zəfər” respublika yaradıcılıq festival-müsabiqəsi keçirilir

Cənubi Koreyanın dörd avtomobil istehsalçısı 206 mindən çox avtomobilini geri çağırır

Samir Abasov: “El-Klasiko”nu analiz etmək mənə düşməz

Ankarada Türk dövlətlərinin kosmik texnologiyalar sahəsində əməkdaşlığı müzakirə edilir

Türkiyənin Kahramanmaraş Sütcü İmam Universitetinin nümayəndə heyəti UNEC-də olub

Mirhəsən Həsənov: Metsamor Atom Elektrik Stansiyası region dövlətləri üçün böyük təhlükə mənbəyidir

BANM-də beynəlxalq elmi konfransların açılışı olub

Tərbiyəçi-müəllimlərin vakant yerlər üzrə qeydiyyatına start verilir

“Könüllülərə yol açırıq” - satış sərgisi

Artan dövlət borcu yükü Afrikanı yol ayrıcında qoyur - UNECA

Famil Ağayev: Bəlkə də mövsüm ərzində "Azərreyl"ə qalib gəlməyimiz bizi arxayınlaşdırdı

COP29 Azərbaycanın malik olduğu imkanların təqdimatı olacaq ŞƏRH

Azərbaycanda vergiödəyicilərinin sayı 7 faizdən çox artıb

Musiqili Teatr özbək yazıçısının komediyasını təqdim edəcək

Moskva məhkəməsi Rusiya müdafiə nazirinin müavinini həbs edib

Başqırdıstan istehsal etmədiyi məhsulları Azərbaycandan idxal etmək istəyir

Fövqəladə Hallar Nazirliyi avtonəqliyyat vasitələrində yanğınlarla bağlı əhaliyə müraciət edib

Aprelin 25-də hava əsasən yağmursuz keçəcək

Beynəlxalq təşkilat Fransanı nümayiş hüququnu məhdudlaşdırmaqda günahlandırır

Yaponiya arxeoloqları Romada imperator Avqustun sarayını aşkar ediblər

Ekoloji təhlükəsizliyin milli və beynəlxalq hüquqi təminatı - elmi-praktik konfrans

Danimarkada Makedoniyalı İsgəndərin təsviri olan qədim bəzək əşyası aşkarlanıb

Qırğızıstan Prezidenti Sadır Japarovun rəsmi qarşılanma mərasimi olub VİDEO

Şahmat üzrə Azərbaycan çempionatında ikinci finalçı bəlli olub

İsveç səfiri “Avroviziya-2024” təmsilçilərimizlə görüşüb

Aprelin 24-dən 30-dək Ümumdünya İmmunlaşdırma Həftəsi keçirilir

Avropa Parlamenti Balkanlarda ofis açmağı planlaşdırır

Milli Kitabxana “Qədim diyarın bir əsrlik yolu” adlı virtual sərgi hazırlayıb

İşğaldan azad edilən ərazilərimizdə ilk dəfə peşə yarmarkası keçiriləcək

Faktiki hava: Ötən gün Aran rayonlarında 31 dərəcə isti qeydə alınıb

“Azərbaycanın müasir müdafiə sənayesi” - BMU-da tələbələrlə görüş

Beynəlxalq forumun iştirakçılarının işğaldan azad olunmuş ərazilərə səfəri başlayıb VİDEO

Filippində istidən altı nəfər ölüb

Birinci sinfə elektron qeydiyyatla bağlı görüş keçirilib

Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycana dövlət səfərinə gəlib

ASAN könüllülərinin “Qarabağ” mədəniyyət sərgisi keçirilib

KOBİA sədri: Başqırdıstan iş adamlarına tenderlərdə iştirak etməsi üçün imkan yarada bilərik

“Azərreyl”in amerikalı voleybolçusu: Çempionluğa layiq idik

“AzerGold”da keniyalı iş adamları ilə görüş keçirilib

Qazaxıstanda daşqınlar səbəbindən 8,5 min insan təxliyə məntəqələrində qalır

Azərbaycan Çernobıl Əlilləri İttifaqının üzvləri Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib

Havaya normadan artıq tullantı atan restoranların səlahiyyətli nümayəndələri barədə akt və protokol tərtib olunub

Fukuşima AES-dən suyun okeana axıdılması dayandırılıb

BMT-nin Baş katibi: Bəşəriyyət iqlim dəyişikliyi ilə mübarizədə daha sıx birləşməlidir

Azərbaycan-Qırğızıstan münasibətləri Türk dünyasının birliyinə mühüm töhfələr verir

AMEA-da yeni şöbələr yaradılıb

Azərbaycan Kuboku: Bu gün finalçılar məlum olacaq