REGİONLAR


Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Orta İxtisas Polis Məktəbinin kursantları təcrübə keçiblər

Naxçıvan, 7 mart, AZƏRTAC

Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Orta İxtisas Polis Məktəbinin kursantları Məhkəmə Ekspertizası Mərkəzində təcrübə keçiblər.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, mərkəzin rəisi, ədliyyə müşaviri Rafiq Cəfərov kursantlara ədliyyə fəaliyyətinin əsas istiqamətlərindən olan məhkəmə ekspertizası fəaliyyətinin tarixi inkişaf yolundan bəhs edib, cinayətkarlıqla mübarizədə və ədalət mühakiməsinin həyata keçirilməsində ekspertizaların mühüm rolundan danışıb. Bildirib ki, ötən ildə mərkəzə müasir texniki avadanlıqlar alınıb.

Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Orta İxtisas Polis Məktəbinin rəisi, polis-polkovniki Kamil Məmmədəliyev polis kursantlarının Məhkəmə Ekspertiza Mərkəzində keçirilən ekspertizalarla əyani formada tanış olmalarının onların biliklərinin artırılmasına və gələcək peşə fəaliyyətinə müsbət təsir edəcəyini vurğulayıb.

Sonra kursantlar mərkəzin fəaliyyət istiqamətləri ilə yaxından tanış olub, aparılan ekspertiza tədqiqatlarını müşahidə edib, mərkəzdə aparılan ekspertizalar barədə ətraflı məlumat alıblar. Burada onlara baş vermiş cinayətlərlə bağlı daxil olan odlu silahlardan eksperimental atəşlərin keçirilməsi üçün istifadə edilən avadanlıqların iş prinsipi haqqında dolğun məlumat verilib.

Kursantlar mərkəzin digər laboratoriyalarında olub avadanlıqlarla tanış olublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.