REGİONLAR


Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin yeni saytı fəaliyyətə başlayıb

Naxçıvan, 6 iyun, AZƏRTAC

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi, gənclər və idman sahəsində həyata keçirilən tədbirlərin daha geniş işıqlandırılması məqsədilə yeni www.naxgin.az saytı yaradılıb.

Muxtar respublikanın Gənclər və İdman Nazirliyindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, oxucular müasir dizaynda yaradılan və 8 bölmədən ibarət olan saytda muxtar respublikada keçirilən tədbirlər, turnirlər, yarışlar barədə ətraflı məlumat əldə edə, idman və gənclər sahəsi ilə bağlı bütün suallara cavab tapa biləcəklər.

Saytda, eyni zamanda, şəhər və rayonlarda fəaliyyət göstərən Gənclər və İdman idarələri, nazirliyə tabe olan təşkilatlar barədə də məlumatlar yerləşdirilib. Buradan onların sosial şəbəkələrdəki rəsmi səhifələrinə birbaşa keçid etmək mümkündür.

Sayt vacib mövzularla bağlı oxucuların suallarını cavablandıracaq, bu sahədə araşdırma, təhlillər aparılacaq. Daha bir yenilik isə muxtar respublikada fəaliyyət göstərən idman federasiyaları ilə bağlıdır. Belə ki, nazirliyin rəsmi saytında federasiyaların sayt linkləri adları ilə qeyd olunub və bura daxil olmaqla, istənilən idman federasiyasının fəaliyyəti barədə məlumat toplamaq mümkündür. Saytın üst hissəsində isə nazirliyin sosial şəbəkələrdəki səhifələri yer alıb.

Gənclər və İdman Nazirliyi bu saytı yaratmaqla, həm də bir yeniliyə imza atıb. Belə ki, nazirliyin keçirəcəyi muxtar respublika, ölkədaxili və beynəlxalq turnirlər sayt vasitəsilə canlı yayımlanacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.