REGİONLAR
Naxçıvan Muxtar Respublikası Güləş Federasiyasının idmançıları daha iki medal qazanıblar
Naxçıvan, 12 fevral, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Güləş Federasiyasının idmançıları Şağan Olimpiya İdman Kompleksində Minbulaq Hüseynovun xatirəsinə həsr olunmuş 2005-2006-cı illər təvəllüdlü idmançılar arasında sərbəst güləş üzrə IV açıq respublika turnirində uğurlu nəticələr əldə ediblər.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, federasiyanın idmançılarından 38 kiloqram çəki dərəcəsində mübarizə aparan Ramil İsmayılov yalnız final görüşündə məğlub olaraq turnirin gümüş medalını qazanıb. 52 kiloqram çəki dərəcəsində isə Tuncay Məmmədov turnirin üçüncüsü olub.
İdmançılar təşkilatçılar tərəfindən mükafatlandırılıblar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [15:06]
Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaqatalada vətəndaşlarla görüşüb
- 19.04.2024 [12:08]
“Aqroservis” ASC-nin İdarə Heyətinin sədri İmişlidə vətəndaşlarla görüşəcək
- 19.04.2024 [11:42]
Şirvan elektrik şəbəkəsi yenidən qurulur
- 19.04.2024 [10:27]
Ağdərə-Ağdam avtomobil yolunun inşasına başlanılıb VİDEO
- 19.04.2024 [09:30]
Xankəndidə silah-sursat aşkarlanıb
- 19.04.2024 [09:12]