REGİONLAR


Naxçıvan Muxtar Respublikası Hərbi Prokurorluğunda məlumatlandırıcı dərs keçirilib

Naxçıvan, 13 fevral, AZƏRTAC

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyi və Hərbi Prokurorluğunun birgə təşkilatçılığı ilə Naxçıvan Muxtar Respublikası Hərbi Prokurorluğunda mülki müdafiə qüvvələrinin iştirakı ilə məlumatlandırıcı dərs keçirilib.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, dərsin məqsədi mülki müdafiə qüvvələrinə muxtar respublika ərazisində baş verə biləcək təbii və texnogen xarakterli fövqəladə hallar zamanı ilkin qəza-xilasetmə və digər təxirəsalınmaz tədbirlərin yerinə yetirilməsində təcrübə qazandırmaqdan ibarət olub.

Dərs zamanı sanitar postun heyətinə qanaxmalar, zədələnmələr, sınıq və çıxıqlar, yanıqlar, donvurmalar zamanı ilk yardım qaydaları, radioaktiv zəhərlənmə zamanı davranış və fəaliyyət, fərdi mühafizə vasitələrindən istifadə, ilkin yanğınsöndürmə vasitələri və onlardan istifadə qaydaları əyani olaraq göstərilib. Həmçinin qazanxanada baş verə biləcək hadisələr və bu zaman davranış qaydaları haqqında qazanxana ocaqçısı təlimatlandırılıb.

Sonda iştirakçılar tərəfindən verilən suallar cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.