Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

Naxçıvan Muxtar Respublikası Heydər Əliyev ideyalarının işığında yeni-yeni nailiyyətlər əldə edir

Naxçıvan, 10 iyul, AZƏRTAC

Görkəmli dövlət xadimi Heydər Əliyevin Azərbaycana rəhbərliyə gəlməsinin 50 illiyinin qeyd edildiyi bu günlərdə Ulu Öndərimizin ideyaları işığında inkişaf və tərəqqi istiqamətində yeni-yeni uğurlar qazanan Naxçıvan Muxtar Respublikası özünün yüksəliş dövrünü yaşayır. 30 ilə yaxındır blokadada yaşayan muxtar respublikanın çətin şəraitdə tərəqqiyə nail olması Heydər Əliyev siyasi kursunun təntənəsi, Heydər Əliyev yoluna dərin sədaqətin, böyük əzmkarlığın, yurda bağlılığın ən parlaq nümunəsidir. Ulu Öndərimizin strateji inkişaf konsepsiyası Naxçıvanda bu gün də uğurla davam etdirilir, bütün sahələrdə olduğu kimi, ətraf mühitin qorunması istiqamətində də ardıcıl tədbirlər görülür. İyun ayında muxtar respublikanın həyatında baş verən əlamətdar hadisələr bunun daha bir təsdiqidir.

Təbiətə, insanlara qayğı və enerji təhlükəsizliyinin təmini ön plandadır

Son illər yaşıllıqların artırılması, flora və faunanın mühafizəsi sahəsində həyata keçirilən tədbirlər öz nəticəsini verib. Belə ki, dünyada son 10 il ərzində yaşıllıqların yox edilməsi 62 faiz artdığı halda, biz muxtar respublikada bunun tam əksinin şahidi oluruq. Əgər 1995-ci ildə burada yaşıllıqlar ümumi ərazinin 0,6 faizini təşkil edirdisə, bu gün həmin rəqəm 20 faizə çatıb. Bu, naxçıvanlıların iməciliklər yolu, el birliyi və əl birliyi ilə qazandıqları və dünyaya nümunə ola biləcək yüksək nəticədir. Görülən işlərin davamı olaraq iyunun 1-də Naxçıvan Muxtar Respublikasında iməciliklər keçirilib, yaşıllıq zolaqları və meyvə bağlarına aqrotexniki qulluq göstərilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov iməcilikdə iştirak edib, meyvə bağlarına qulluğun davam etdirilməsi barədə tapşırıqlar verib.

İsti yay günlərində əhali istirahətə daha çox ehtiyac duyur. Ona görə də muxtar respublikada mövcud təbii imkanlardan səmərəli istifadə olunur, sakinlərin və turistlərin istirahətinin təşkili üçün müvafiq tədbirlər görülür. Yeni xidmət sahələri və istirahət guşələri istifadəyə verilir, çimərliklər yaradılır.

İyunun 1-də Ali Məclisin Sədri Uzunoba Su Anbarındakı çimərlik zonasına gəlib, mövsümə hazırlıqla bağlı görülən işlərlə maraqlanıb, ərazinin genişləndirilməsi, təmizliyə və təhlükəsizlik qaydalarına əməl edilməsi barədə tapşırıqlar verib.

Yuxarıda qeyd etdiyimiz kimi, muxtar respublikada yaşıllıq sahələrinin ilbəil artırılması, yeni meyvə bağlarının salınması həm də tingçilik təsərrüfatlarının inkişafını zərurətə çevirib. Bu mənada, xüsusilə müxtəlif meyvə və həmişəyaşıl tinglərə, gül və bəzək kollarına olan tələbatın yerli istehsal hesabına ödənilməsi müstəsna əhəmiyyətə malikdir. Naxçıvan Yaşıllaşdırma Xidmətinin tingçilik sahəsi üçün yeni kompleksin tikilməsi və “İqlim otağı”nın yaradılması bu sahədə uğurlu nəticələrin əldə edilməsinə yol açır. İyunun 7-də Naxçıvan Yaşıllaşdırma Xidməti üçün yeni ağacyetişdirmə sahəsi – “İqlim otağı” istifadəyə verilib.

Ali Məclisin Sədri “İqlim otağı”nın istifadəyə verilməsi münasibətilə kollektivi təbrik edib, tələbata uyğun tinglərin və gül kollarının yetişdirilməsi, eləcə də yerli sortlara üstünlük verilməsi və fəaliyyətin genişləndirilməsi barədə tapşırıqlar verib.

Muxtar respublikanın davamlı inkişafını xarakterizə edən amillərdən biri də enerji təhlükəsizliyinin təmin olunması və müasir elektroenergetika infrastrukturunun yaradılmasıdır. Yeni elektrik stansiyalarının istifadəyə verilməsinin və energetika təsərrüfatının müasir tələblər səviyyəsində qurulmasının nəticəsidir ki, istehlakçılar dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təmin olunurlar. Babək Rayon Elektrik Şəbəkəsinin yeni inzibati binasının və yarımstansiyasının istifadəyə verilməsi də muxtar respublikada elektroenergetika sisteminin inkişafı sahəsində görülən işlərin davamıdır. İyunun 7-də yeni inzibati bina və yarımstansiya istifadəyə verilib.

Açılış tədbirində iştirak edən Ali Məclisin Sədri inzibati binanın tikilməsində və yarımstansiyanın qurulmasında əməyi olanlara təşəkkür edib, qarşıya qoyulan vəzifələrin icrasında kollektivə uğurlar arzulayıb.

Sarsılmaz qardaşlığın təzahürü olan səfər və Azərbaycan-Türkiyə birgə hərbi təlimi

Bu gün mühüm strateji tərəfdaş olan, eyni tarixə, eyni dilə, eyni dinə malik Azərbaycan ilə Türkiyə arasındakı əlaqələr sürətlə inkişaf edir. Ölkələrimiz arasındakı sarsılmaz qardaşlığa söykənən bu münasibətlərin inkişafında Naxçıvan Muxtar Respublikasının mühüm yeri var. Xüsusilə muxtar respublika ilə qardaş ölkə arasındakı hərbi əməkdaşlıq məmnunluq doğurur. 1997-ci ildən bu günə qədər Naxçıvanda 600-ə yaxın Türkiyə hərbçisi xidmət keçib. Eyni zamanda, Heydər Əliyev adına Hərbi Liseyi bitirən 80-ə yaxın kursant Türkiyənin ali hərbi məktəblərində təhsillərini davam etdirib. Türkiyə Silahlı Qüvvələri Naxçıvan Muxtar Respublikasında ordu quruculuğu istiqamətində həyata keçirilən tədbirlərdə dəstəyini əsirgəməyib. Ötən ay Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akarın Azərbaycan-Türkiyə birgə döyüş atışlı taktiki təlimlərində iştirak etmək üçün Naxçıvan Muxtar Respublikasına səfərə gəlməsi də bu gün həmin münasibətlərin yüksək səviyyədə olduğunu bir daha göstərir.

İyunun 10-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akar ilə görüşüb.

Ali Məclisin Sədri Naxçıvana səfərlə bağlı qəbul etdiyi qərara görə Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akara hörmət və ehtiramını bildirib, bu tarixi səfəri muxtar respublikanın həyatında mühüm hadisə kimi dəyərləndirib. Söhbət zamanı qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Muxtar respublikada ordu quruculuğu sahəsində mühüm işlər görülür. Ordu, birləşmə və hissələrin döyüş qabiliyyəti və maddi-texniki bazası gücləndirilməklə yanaşı, hərbi qulluqçuların mənzil-məişət şəraitinin yaxşılaşdırılması da diqqətdə saxlanılır. İyunun 11-də Kəngərli rayonunun Qıvraq qəsəbəsindəki hərbi hissədə zabit-gizir ailələri üçün 44 mənzilli yeni yaşayış binasının, həmçinin hərbçi ailələri və sakinlər üçün yeni istirahət parkının istifadəyə verilməsi də görülən işlərin davamıdır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov, Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akar və Azərbaycan Respublikasının Müdafiə naziri, general-polkovnik Zakir Həsənov tədbirdə iştirak edib, parkda yaradılan şəraitlə tanış olublar.

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında imzalanan hərbi əməkdaşlıq haqqında sazişə əsasən Naxçıvanda iki ölkənin Silahlı Qüvvələrinin “Sarsılmaz qardaşlıq – 2019” birgə döyüş atışlı taktiki təlimləri keçirilib.

İyunun 11-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov, Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akar və Azərbaycan Respublikasının Müdafiə naziri, general-polkovnik Zakir Həsənov birgə döyüş atışlı taktiki təlimi izləyiblər.

Ali Məclisin Sədri əsgər və zabitləri salamlayıb, onları və tədbir iştirakçılarını Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin birgə təlimlərinin uğurla başa çatması münasibətilə təbrik edib. Ali Məclisin Sədri deyib: “Ordu quruculuğu tədbirləri sırasında hərbi təlimlərin əhəmiyyəti böyükdür. Çünki təlimlər əsgər və zabitlərdə hərbi vərdişləri formalaşdırır, onların döyüş hazırlığını artırır. Türkiyə dövlətinin qurucusu Mustafa Kamal Atatürk deyirdi ki, “Hər hansı bir ordunun dəyəri onun əsgər və komandan heyətinin dəyəri ilə ölçülür”. Azərbaycan-Türkiyə birgə hərbi təlimində qarşıya qoyulmuş tapşırıqların uğurla yerinə yetirilməsi bir daha əminlik yaratdı ki, təlimə cəlb olunmuş şəxsi heyətlərdə yüksək döyüş hazırlığı vardır”.

Ali Məclisin Sədri əsgər və zabitləri salamlayıb, onları və tədbir iştirakçılarını birgə təlimlərin uğurla başa çatması münasibətilə təbrik edib.

Sonra təlimdə fərqlənən zabit, gizir və əsgərlər qiymətli hədiyyələrlə mükafatlandırılıb.

Gənclərin təhsili və sosial-məişət şəraitinin yaxşılaşdırılması diqqətdə saxlanılır

Bu gün ölkəmizdə, eləcə də muxtar respublikada sağlam gənc nəslin yetişdirilməsi ilə yanaşı, onların sosial-məişət şəraitinin yaxşılaşdırılması da diqqətdə saxlanılır. Çünki gənclərimizin təhsil alması və peşə öyrənməsi, mənzil şəraitlərinin yaxşılaşdırılması ölkəmizin gələcəyinə xidmət edən məsələdir. Bu gün muxtar respublikamızda 457 mindən çox əhali yaşayır ki, onların da 140 mini və yaxud 30 faizdən çoxu gənclərdir. Ona görə də gənclərin mənzil şəraitinin yaxşılaşdırılmasına xüsusi diqqət yetirilir. İyunun 12-də – Milli Qurtuluş Günü ərəfəsində Naxçıvan şəhərində yeni “Gənclər Yaşayış Kompleksi”nin təməlatması olub.

Ali Məclisin Sədri beton qarışığı bünövrəyə töküb, yaşayış kompleksinin təməli qoyulub.

Bu gün muxtar respublikamızda müasir səhiyyə infrastrukturunun yaradılması və yeni xəstəxanaların istifadəyə verilməsi ixtisaslı tibbi kadrların hazırlanmasını zərurətə çevirib. İyunun 14-də – Milli Qurtuluş Günü ərəfəsində Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsinin yeni tədris kompleksinin istifadəyə verilməsi və fakültənin yaranmasının 20 illiyinin qeyd olunması bu istiqamətdə əlamətdar hadisə kimi yadda qalıb.

Ali Məclisin Sədri fakültədə yaradılan tədris şəraiti ilə tanış olub, müəllimlərlə görüşüb, fakültə ilə muxtar respublikanın səhiyyə müəssisələri arasında onlayn tədris mərkəzinin qurulması və aparılan əməliyyatların auditoriyalarda birbaşa izlənilməsi barədə tapşırıqlar verib.

Bugünkü xoş və firavan həyatımız Milli Qurtuluşun bəhrələridir

Ümummilli liderimiz Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı xidmətləri misilsiz və əvəzsizdir. Ulu Öndərin 1969-cu il iyulun 14-də ölkəmizdə birinci dəfə hakimiyyətə gəlməsi Azərbaycanın inkişaf və tərəqqi, 1993-cü il iyunun 15-də xalqın tələbi ilə siyasi hakimiyyətə qayıdışı isə Milli Qurtuluş tarixinə çevrilib. 15 iyun və 14 iyul Azərbaycanın ən yeni tarixinə xilas və dönüş günləridir. Milli Qurtuluş Günü Azərbaycanın dövlətçilik tarixində mühüm mərhələ təşkil edir. Ölkəmizin və xalqımızın bugünkü xoş və firavan həyatı Milli Qurtuluşun bəhrələridir.

İyunun 14-də Naxçıvan şəhərindəki Heydər Əliyev Sarayında Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin Milli Qurtuluş Gününə və ümummilli liderimiz Heydər Əliyevin ölkəmizə rəhbərliyinin 50 illiyinə həsr edilmiş konserti olub.

Ali Məclisin Sədri konsertə baxıb, konsertdən sonra orkestrin üzvləri ilə görüşüb, onları Milli Qurtuluş Günü və uğurlu konsert münasibətilə təbrik edib.

Ordu quruculuğu sahəsində ixtisaslı hərbçi kadrların hazırlanması xüsusi yer tutur. Ali Məclis Sədrinin təşəbbüsü ilə yaranan, diqqət və qayğı ilə əhatə olunaraq mətinlik məktəbinə çevrilən Heydər Əliyev adına Hərbi Liseyin keçdiyi inkişaf yolu və malik olduğu müasir təlim-tədris bazası burada gələcəyin hərbçilərinin yüksək təhsil almalarına hərtərəfli şərait yaradır. İyunun 17-də liseyin 2019-cu il buraxılışı münasibətilə tədbir keçirilib.

Tədbirdə iştirak edən Ali Məclisin Sədri bu münasibətlə liseyin kursant, zabit və müəllimlərini, valideynləri və tədbir iştirakçılarını təbrik edib, əlaçı kursantlara attestatları təqdim edib, zabit, müəllim və kursantları mükafatlandırıb.

Son illər istifadəyə verilən yeni inzibati və yaşayış binaları, xidmət sahələri, salınan park və küçələr qədim Naxçıvan şəhərinin simasını tamamilə dəyişib. Əhalinin yaşayışı, məşğulluğu və istirahətinin səmərəli təşkili istiqamətində ardıcıl tədbirlər görülüb, yeni istehsal və xidmət sahələri fəaliyyətə başlayıb. Naxçıvan şəhərinin arxitektura quruluşunu daha da zənginləşdirən növbəti ərməğan isə iyunun 21-də istifadəyə verilən “Saat Meydanı” turistik istirahət mərkəzi olub.

Tədbirdə iştirak edən Ali Məclisin Sədri kollektivə işlərində uğurlar arzulayıb, əməyi olanlara təşəkkürünü bildirib və yaradılan şəraitlə tanış olub.

Bütün sahələrdə baş verən yeniliklər və inkişaf günün reallığıdır

Muxtar respublikada kənd təsərrüfatının inkişafı sahəsində görülən işlər öz nəticələrini verir. Mütərəqqi suvarma şəbəkələrinin qurulması, yeni torpaq sahələrinin əkin dövriyyəsinə qatılması, texnika və gübrə təminatı, istehsal olunmuş məhsulun satışı üçün hərtərəfli şəraitin yaradılması taxılçılığın da inkişafına səbəb olub. İyunun 10-dan etibarən muxtar respublikada taxıl biçininə başlanılıb.

İyunun 25-də Ali Məclisin Sədri “Bərəkət Toxumçuluq” Məhdud Məsuliyyətli Cəmiyyətinin Kəngərli rayonunun Böyükdüz kəndindəki taxıl əkini sahəsinə gəlib, taxıl biçininin gedişi ilə maraqlanıb. Növbəti əkin mövsümündə dəmyə əkininə daha çox üstünlük verilməsi, eləcə də torpaq mülkiyyətçilərinin sifarişlərinə uyğun texnikaların alınıb gətirilməsi barədə tapşırıqlar verib.

Reallıq budur ki, dəqiq statistik məlumatlar istənilən ölkənin, diyarın inkişafı ilə bağlı düzgün qərarların qəbul olunmasına imkan verir. Eyni zamanda, düzgün statistik məlumatlar inkişaf göstəricilərinə, əhali artımına uyğun ehtiyatların yaradılmasında mühüm rol oynayır. Bu mənada, statistikanın vacibliyi nəzərə alınaraq “2018-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında rəsmi statistikanın inkişafına dair Dövlət Proqramı”na uyğun olaraq Dövlət Statistika Komitəsində Statistik Məlumatlar Sistemi yaradılıb. İyunun 27-də sistemin təqdimatı olub.

Ali Məclisin Sədri Statistik Məlumatlar Sistemini işə salıb, illik statistik məcmuənin hazırlanması, qəbul olunmuş dövlət proqramlarının icrası barədə hesabatların təqdim olunması, eləcə də digər müvafiq təşkilatlarda da elektron məlumat sistemlərinin qurulması barədə tapşırıqlar verib.

2019-cu ilin ilk 6 ayı muxtar respublikanın sosial-iqtisadi, ictimai həyatında mühüm hadisələrlə yadda qalıb. Bu dövrdə iqtisadi inkişafın əsas göstəricisi olan ümumi daxili məhsul istehsalı ötən ilin müvafiq dövrünə nisbətən 1,4 faiz artaraq 1 milyard 278 milyon 115 min manat olub. Həmçinin tikinti və yenidənqurmadan sonra, ümumilikdə, 67 obyekt istifadəyə verilib, 157 obyektin tikintisi və ya yenidən qurulması isə davam etdirilir. İlin birinci yarısında muxtar respublikada 1173 yeni iş yeri açılıb ki, bunun da 99 faizi daimi iş yerləridir.

Muxtar respublikanın inkişafının yüksələn xətt üzrə davam etdiyini göstərən bu və digər əhəmiyyətli faktlar iyunun 28-də beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin onuncu sessiyasında qeyd olunub.

Sessiyada məruzə ilə çıxış edən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov deyib: “2019-cu ilin birinci yarısının nəticələri onu deməyə əsas verir ki, ulu öndər Heydər Əliyevin siyasi xəttinə sədaqət Naxçıvan Muxtar Respublikasında inkişaf dinamikasını qoruyub saxlamışdır. Bu inkişafın davam etdirilməsində və qarşıya qoyulan vəzifələrin icrasında Sizə və muxtar respublika əhalisinə uğurlar arzulayır, çıxışımı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin fikirləri ilə tamamlayıram: “Biz bütün istiqamətlərdə uğurla inkişaf edirik. Bizim inkişafımızın təməlində ulu öndər Heydər Əliyev siyasəti dayanır. Biz bu siyasətə sadiqik, tutduğumuz yoldan dönməyəcək və daim irəli gedəcəyik”.

Ali Məclisin Sədri 2019-cu ilin birinci yarısında muxtar respublikanın sosial-iqtisadi inkişafında əməyi, sabitliyin və təhlükəsizliyin qorunmasında xidməti olanlara təşəkkürünü bildirib.

Ulu Öndərimizin Naxçıvanla bağlı arzuları inamla reallaşdırılır

Bu gün görkəmli dövlət xadimi Heydər Əliyevin Naxçıvanla bağlı arzuları inamla reallaşdırılır. İldən-ilə, aydan-aya daha da müasirləşən doğma diyarımızda 24 ildir ki, həyata keçirilən dövlətçilik konsepsiyası çoxkomponentli olmaqla, bütün makroiqtisadi və makrososial sferaların əsas seqmentlərini əhatə edir, quruculuq, idarəetmə sahəsində toplanmış zəngin təcrübə yüksəlişin davamlı xarakter almasını şərtləndirir. Muxtar respublikada aqrar siyasət, sənayeləşmə uğurla reallaşdırılır, ən ucqar kəndlər belə abadlaşır, şəhərlər daha da inkişaf edir, əhalinin sosial problemləri həllini tapır. Bu gün Naxçıvan şəhəri Avrasiyanın inkişaf etmiş regional mərkəzləri ilə müqayisə olunur. Əldə edilən nəticələr düzgün siyasi xəttin bəhrəsi olmaqla yanaşı, həm də Rəhbər amilinin real siyasi fəaliyyətdə təsdiqidir. Tarixi şəxsiyyətlərin həyatda qoyduğu iz, keçdiyi şərəfli ömür yolu isə gələcək nəsillər üçün nümunə, yaşadığı dövrün inkişaf salnaməsidir.

Rauf Kəngərli

AZƏRTAC-ın Naxçıvan bürosunun rəhbəri

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Lənkəranda Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd edilib

Sahibə Qafarova: Fransa tarixində qara ləkə olan kolonializmi Cənubi Qafqaz regionunda da davam etdirmək niyyətindədir

Bloomberg: Rusiya sanksiyalardan yayınmaq üçün nəqliyyat dəhlizlərinin modernləşməsinə 25 milyard dollar sərmayə yatırmağa hazırlaşır

BDU aliminin yeni monoqrafiyası nəşr olunub

Kreml Fransanın mülkiyyət hüququnu pozmaqda ittiham edib

“İraq türkmanlarının ictimai, siyasi və fəlsəfi görüşləri” - dəyirmi masa

Azərbaycan ilə Çin baş prokurorluqları arasında hüquqi sahədə əməkdaşlıq genişlənir

BDU-da Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunmuş sərgi keçiriləcək

Ukrayna bu il silah-sursat alınmasına 4 milyard dollar xərcləyib

Dendrologiya İnstitutu Qazaxıstanın Botanika və Fitointroduksiya İnstitutu ilə əməkdaşlıq edəcək

Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edib

Audiovizual Şura BDU-da “Media subyektləri” mövzusunda seminar keçirib

Tural Gəncəliyev: Fransa öz gözündə tiri görmək istəmir

Şizofreniyanın müalicəsində yeni imkanlar araşdırılıb

Karlo Ançelotti Qvardiolaya qarşı unikal göstəriciyə imza atıb

Sülhməramlıların Qarabağdan çıxarılması Azərbaycanın Liderinin zərgər dəqiqliyi ilə tətbiq etdiyi diplomatiyanın məntiqi yekunudur - ŞƏRH

Komitə sədri: Fransa demokratik ideyaları məhv edir

Polşalı professorlar BMU tələbələrinə mühazirə oxuyublar

Tələbələr Dendrologiya İnstitutunda istehsalat təcrübəsinə başlayıblar

® Kreditlərinizi “Kapital Bank”a gətirin, nağdlaşdırma komissiyası olmadan kredit əldə edin

“SpaceX” daha 23 internet peykini orbitə çıxarıb

C vitamini qan təzyiqini aşağı salmağa kömək edir

Tatarıstan Azərbaycanla birgə kimya sənaye müəssisəsinin yaradılmasında maraqlıdır

Aşqarlar Kimyası İnstitutuna yaradıcı gənclərin ekskursiyası təşkil olunub

Ramana qəsəbəsində iki nəfər dəm qazından zəhərlənərək ölüb

Abbas Abbasov: Azərbaycan neokolonializmlə bağlı xalqların mübarizəsini dəstəkləyir

Türkiyəli nazir: Bakıda keçiriləcək COP29 sessiyası bütün dünya üçün əhəmiyyətlidir

Naxçıvanın su təchizatının yaxşılaşdırılması məqsədilə memorandum imzalanıb

Yeni Kaledoniya Senatın üzvü: Azərbaycan bizim üçün böyük qardaş rolunu oynayır

Almaniyada mənzil oğrularına qarşı ehtiyat tədbirləri açıqlanıb

Senat üzvü: Kanak xalqı öz müstəqillik mübarizəsini axıradək davam etdirəcək

Azərbaycan Hərb Tarixi Muzeyində “Şövqiyar Abdullayev – 55 il” anım tədbiri keçirilib

Nazir: Məktəb psixoloqu terapiya aparan şəxs deyil

® Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!

Rəqəmsal inkişaf və nəqliyyat naziri Ağdaşda vətəndaşların müraciətlərini dinləyib

Yeni kaledoniyalı parlamentari ölkəsinə dəstəyə görə Azərbaycana təşəkkür edib

Niyə “Məktəblinin dostu” layihəsinə ehtiyac yaranır?

İqtisadi Zonaların İnkişafı Agentliyinin Peşə Təhsil Mərkəzinin yeni saytı istifadəyə verilib

Kənd təsərrüfatı nazirinin müavini Lerikdə vətəndaşları qəbul edib, təsərrüfatlara baş çəkib

Manuel Noyer Çempionlar Liqasının tarixinə düşüb

Britaniyada 70 min nəfərə qarşı dələduzluq edən dəstə üzvləri həbs olunub

Milli Kitabxanada Tarixi Abidələrin Mühafizəsi Günü münasibətilə kitab sərgisi açılıb

Nazir: Xoşagəlməz hallar dünyanın bütün məktəblərində baş verir

Zahid Oruc: Rusiya sülhməramlılarının Qarabağdan çıxması nəinki Fransanı, ABŞ-ı da narahat edir

Naxçıvanda Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunub

Nazirlik rəsmisi: Valideynlər “Məktəblinin dostu” layihəsindən tam razıdırlar

Azərbaycan Milli Məclisi ilə Yeni Kaledoniya Konqresi arasında Əməkdaşlıq haqqında Memorandum imzalanıb VİDEO

“Məktəblinin dostu” layihəsinin rəhbəri: İndiyədək 700 uşaq müəyyən səbəblərə görə psixiatrlara yönəldilib

“Roma” baş məşqçisi Daniele De Rossi ilə bağlı qərarını verib

Beyləqanda çiyid səpininə başlanılıb

Mariya Zaxarova: Qərb Cənubi Qafqazda qonşuların arasını vurmağa çalışır, Ermənistana isə bu məsələdə alət rolu ayrılıb

“Bavariya”nın futbolçusu: “Arsenal”ı Çempionlar Liqasından kənarlaşdırmaq gözəl hisslər idi

Üç min illik tarixə malik Bərdə maddi-mədəniyyət abidələri ilə zəngindir

Milli Məclisdə "Yeni Kaledoniya: Tarix, müasir çağırışlar və gözlənilən gələcək" mövzusunda konfrans keçirilir

HONOR Magic6 Pro İstanbulda təqdim olunub

Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü Qobustan Milli Tarix-Bədii Qoruğunda qeyd olunub

Rusiya XİN: Aİ Bakı ilə İrəvan arasında münasibətlərin normallaşdırılmasına müsbət töhfə vermir

“Məktəblinin dostu” layihəsi hazırda 238 ümumi təhsil müəssisəsində həyata keçirilir

Gənclər Kitabxanasında Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü ilə əlaqədar icmal hazırlanıb

Nigeriya COP29-dan əvvəl iqlim öhdəliklərini nəzərdən keçirir

Qubadakı “Günbəzli hamam” turistlərin ən çox diqqətini çəkən tarixi abidələrdəndir VİDEO

Tarixi-memarlıq abidələri milli yaddaşımızın tərkib hissəsidir

Enerjinin saxlanması və çevrilməsi üçün materiallar üzrə beynəlxalq simpoziumun 8-ci toplantısı Bakıda təşkil olunacaq

“Başlanğıcdan günümüzə Türkiyə-Azərbaycan əlaqələri” kitabı təqdim edilib

Marketdən 8 min manatlıq spirtli içki oğurlayan şəxs saxlanılıb VİDEO

® “Azercell” “GSMA M360 Eurasia” tədbirinə ev sahibliyi edəcək

Tailand hökuməti Qazaxıstan vətəndaşları üçün vizasız rejimi təsdiqləyib

Annalena Berbok: İranı təcrid etmək lazımdır

Rusiyalı ekspert: Parisin Bakıdakı səfirini geri çağırması Fransada zərərli siyasi təfəkkürün əlamətidir - ŞƏRH

Yeni Kaledoniya Konqresinin nümayəndə heyəti Bakı Təşəbbüs Qrupunun ofisində olub

Azərbaycan UNESCO Klubları Assosiasiyası Çinin müvafiq qurumu ilə süni intellekt, elektron idarəçilik sahələrində əməkdaşlıq edəcək

Şimali Qazaxıstan vilayətində daşqınların ikinci dalğası başlayıb

Azərbaycanın qadın şahmatçıları Avropa çempionatında mübarizə aparacaqlar

Azərbaycanın cüdo hakimi Paralimpiya Oyunlarına təyinat alıb

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi vətəndaşlara müraciət edib

Azərbaycan QHT-ləri, Qarabağ və Şərqi Zəngəzur sakinləri Norveç Nobel Komitəsinə açıq məktub ünvanlayıblar

İdarə rəisi: Azərbaycanda beynəlxalq səviyyəli kiberdiplomatların hazırlanması üçün təlimlər keçiriləcək

Londondakı Mərkəzi Qalereyada Karavacconun son rəsmləri nümayiş etdiriləcək

Yeni maarifləndirici təşəbbüs: “1 sual, 1 cavab”

Bakı Avropa Liseyində müəllim və şagirdlər fövqəladə hallarda davranış qaydaları barədə məlumatlandırılıb

Burkina-Faso üç fransalı diplomatı ölkədən çıxarır

Britaniyalı deputat haqqında araşdırma başlayıb

Azərbaycan ilə Türkiyə məktəbləri arasında əməkdaşlıq müqaviləsi imzalanıb

Fransada insan hüquqları açıq şəkildə tapdalanır

“Azərbaycan ədəbiyyatşünaslıq elmi müstəqillik illərində (1991-2023)” – yeni nəşr

“İnklüzivlik ayı” layihəsinə başlanılıb

Bakı Ali Neft Məktəbi ilə Özbəkistan universitetləri arasında əməkdaşlıq imkanları müzakirə olunub

Agentlik rəhbəri IV sinifdən sonra “Son zəng” keçirilməsi məsələsinə aydınlıq gətirib

“Azərreyl”in baş məşqçisi: Finala yüksəlmək fantastikdir

Dövlət agentliyinin direktoru Naxçıvanda təhsil sahəsində tətbiq ediləcək yeniliklərdən danışıb

AFFA beş klubu cəzalandırıb

Eşqi Bağırov: İşğaldan azad edilmiş ərazilərdə 5 məktəbdə 107 müəllim fəaliyyət göstərir, 762 nəfər təhsil alır

“Google” İsrail əleyhinə aksiya keçirən 28 əməkdaşını işdən çıxarıb

FHN-in Şirvanda keçirdiyi təlimə 24 texnika və 160 nəfərlik heyət cəlb olunub VİDEO

Agentlik direktoru: Kişi müəllimlərin sayında azalma müşahidə olunmur

Eşqi Bağırov: 453 məktəbdə elektron jurnaldan istifadə olunur

Agentlik rəhbəri: 345 məktəbdə monitorinq aparılıb, 55 nəfər işdən çıxarılıb

Qonşusunu öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

Eşqi Bağırov: Dövlət məktəblərində IV və VI siniflər üzrə şagirdlərin monitorinqdə iştirakı icbaridir

Türkiyə-Azərbaycan Universitetində üç məşhur təhsil müəssisəsinin pedaqoji heyəti çalışacaq