Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Naxçıvan Muxtar Respublikası - 90
Naxçıvan: işğal təhlükəsindən strateji inkişaf hədəflərinə doğru

Bakı, 17 mart (AZƏRTAC, Sabir Şahtaxtı). Birinci Dünya müharibəsinin yaratdığı qlobal proseslər nəticəsində Qafqaz regionunun siyasi xəritəsində də dəyişikliklərin əsası qoyulmuş və çar Rusiyasının regiondakı mövqeyi xeyli zəifləmişdi. Lakin böyük Rusiya imperiyası bu məğlubiyyətlə barışmaq istəmirdi. 1918-ci ildə müsəlman Şərqində yaradılan ilk demokratik respublika - Azərbaycan Xalq Cümhuriyyətinin iki il sonra hərbi işğala məruz qalması imperiya siyasətini davam etdirən sovet Rusiyasının təcavüzkar niyyətlərinin nəticəsi idi.

Çar Rusiyası kimi, sovet Rusiyası da erməni millətçilərindən istifadə etməklə Azərbaycana qarşı hərbi-siyasi təzyiqləri artırırdı. Ermənilər gah əzilən irq adı altında silahlandırılır, gah da rusların müttəfiqi kimi təqdim olunurdu. Bütün bu proseslər Naxçıvan bölgəsində də ictimai-siyasi sabitliyi pozurdu. Belə olan şəraitdə Naxçıvanın ziyalıları, siyasi və dövlət xadimləri yaranmış təhlükələri dəf etmək üçün çıxış yolları axtarırdılar. 1918-ci ildə paytaxtı Naxçıvan şəhəri olmaqla Araz-Türk Respublikasının yaradılması da məhz bu istiqamətdə atılmış mühüm tarixi addımlardan idi. Tarixi araşdırmalar təsdiq edir ki, Azərbaycan Xalq Cümhuriyyətinin hökuməti ilə Araz-Türk Respublikası rəhbərliyi arasında Azərbaycan torpaqlarının birləşdirilməsi və təhlükələrin qarşısının alınması məsələlərinə dair heç bir fikir ayrılığı olmamışdı. Bu respublikanın yaradılmasında yeganə məqsəd Naxçıvanın üzləşdiyi təhlükələri aradan qaldırmaq məqsədi daşıyırdı.

Tanınmamış Araz-Türk Respublikasının Azərbaycan Xalq Cümhuriyyətinin tərkibinə daxil edilməsi ilə regiondakı təhlükələr tədricən aradan qaldırılırdı. Lakin 1920-ci il aprelin 28-də sovet Rusiyasının hərbi təcavüzü nəticəsində Azərbaycan Xalq Cümhuriyyətinin süqut etməsi Naxçıvan üçün yeni işğal təhlükələri yaratdı. Bundan dörd il sonra isə Naxçıvan Muxtar Sovet Sosialist Respublikası təsis edildi.

SSRİ-nin yaranmasından sonra erməni millətçiləri və təcavüzkar Ermənistan dövlətinin rəhbərləri sovetlər birliyində daim dəyişən ictimai-siyasi proseslərdən yararlanaraq Naxçıvana qarşı əsasız ərazi iddialarını gerçəkləşdirməyə cəhdlər etmişlər. Ötən əsrin 60-cı illərində SSRİ-yə rəhbərlik etmiş N.S.Xuruşovun siyasi hakimiyyəti dövründə bu təhlükələr daha da şiddətlənmişdi. Lakin 1969-cu ildə ümummilli lider Heydər Əliyevin Azərbaycan KP MK-nın birinci katibi seçilməsi ermənilərin Naxçıvanla bağlı mənfur planlarını pozdu.

SSRİ-nin süqutu ərəfəsində ermənilərin Naxçıvana qarşı əsassız iddiaları yenidən siyasi gündəmə gətirildi. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet qoşunlarının Bakıda törətdiyi qanlı cinayətdən daha təhlükəlisi Naxçıvanın işğalına hesablanmış planlar idi. Həmin gecə erməni basqınçıları Ermənistandakı sovet ordusunun hərbi hissələrinin birbaşa köməyi ilə bütün imkanlardan istifadə edərək Naxçıvanın ən strateji yüksəkliklərindən sayılan Sədərək məntəqəsinə hücum etdilər.

Silahlı basqınlar əsasən Türkiyə ilə Naxçıvan arasındakı sərhəd istiqamətində aparılırdı. Məqsəd, ilk növbədə, Türkiyə ilə Azərbaycan arasında yeganə quru əlaqəsi olan həmin ərazini ələ keçirmək idi. Bunun üçün Sədərəkin müdafiəsinə səfərbər edilmiş muxtar respublikanın qüvvələrini yayındırmaq üçün düşmənin Şada, Buzqov, Axura, Havuş, Günnüt və digər kəndlər istiqamətində hücumları daha da intensivləşdi. Sədərək kəndinin yüksəklikləri isə bir neçə saatlığa erməni daşnaklarının əlinə keçsə də, sonradan düşmən geri oturduldu. Belə bir vaxtda Naxçıvan MSSR Ali Soveti SSRİ-nin tərkibindən çıxmaq barədə qərar qəbul etdi. Naxçıvanın muxtar statusu ilə bağlı 1921-ci ildə imzalanmış “Qars müqaviləsi”nin şərtləri Naxçıvanın SSRİ-nin tərkibindən çıxması barədə Naxçıvan MSSR Ali Sovetinin bu qərarına hüquqi əsaslar verirdi.

Qeyd etmək yerinə düşər ki, Naxçıvanın erməni yaraqlılarından təmizlənməsində Osmanlı ordusunun sərkərdəsi Kazım Qarabəkir paşanın, “Qars müqaviləsi”nin hazırlanmasında isə dövrünün nüfuzlu siyasi və dövlət xadimi Behbud Ağa Şahtaxtinskinin misilsiz tarixi xidmətləri olmuşdur. Naxçıvana muxtar status alınmasının “Qars müqaviləsi”nə daxil edilməsi istiqamətində B.Şahtaxtinskinin apardığı bütün danışıqlarda bölgənin qədim Azərbaycan torpağı olması, əhalinin mütləq əksəriyyətini müsəlman azərbaycanlıların təşkil etməsi və onların heç bir halda Azərbaycan dövlətindən ayrı yaşamağa razılaşmayacağı kimi ciddi həqiqətləri önə çəkilmiş və bütün bunlar öz bəhrəsini vermişdi.

Məlumat üçün bildirək ki, 1990-cı il yanvarın 15-də Şərur rayonunun Kərki kəndi SSRİ Müdafiə Nazirliyinin 7-ci ordusunun köməyi ilə ermənilər tərəfindən işğal olunmuşdur.

1988-1993-cü illərdə Azərbaycanda yaranmış hərbi-siyasi gərginlik, hərtərəfli böhran Naxçıvanda da normal həyat tərzini pozmuşdu. Ermənistan tərəfi muxtar respublikanı işğal etmək üçün bütün imkanlarını işə salmışdı. Ulu öndər Heydər Əliyev məhz belə bir ağır vəziyyətdə özünü Naxçıvanın harayına çatdırdı. Prezident İlham Əliyev bu barədə danışarkən demişdir: "...O vaxt naxçıvanlılar Heydər Əliyevin rəhbərliyi altında böyük qəhrəmanlıq və şücaət göstərmişdilər. Ermənistan tərəfindən edilən bütün hücumlara çox layiqli cavab verilmişdi və düşmən yerinə oturdulmuşdu. O anlarda, o aylarda, o illərdə Naxçıvanın taleyi həll olunurdu və bir daha o tarixə nəzər salaraq görürük ki, əgər Heydər Əliyev o vaxt Naxçıvanda olmasaydı, yəqin ki, Naxçıvanın taleyi çox acınacaqlı ola bilərdi”.

1991-ci il sentyabrın 3-də Heydər Əliyevin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçilməsi dünyanın nəzərini Naxçıvana yönəltdi. Ulu Öndərimizin siyasi fəaliyyətinin çoxşaxəliyi və dəqiq strategiyası Naxçıvanın gələcək işıqlı həyatını təmin etdi, işğal təhlükəsi arxada qaldı. Heydər Əliyev 1992-ci il yanvarın 19-da qardaş Türkiyənin, aprelin 1-də ATƏM-in (hazırda ATƏT), mayın 27-də Birləşmiş Millətlər Təşkilatının Naxçıvana göndərdiyi xüsusi nümayəndə heyətlərini, iyunun 17-də ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili R.Maylsı, iyulun 23-də Rusiya Prezidentinin xüsusi tapşırıqlar üzrə səfiri, Dağlıq Qarabağ münaqişəsinin dinc yolla aradan qaldırılması üzrə rusiyalı vasitəçi nümayəndəliyinin rəhbəri Vladimir Kazimirovu, 1993-cü il martın 5-də Böyük Britaniyanın Azərbaycandakı daimi nümayəndəsi Harold Fomstoku və Fransanın Azərbaycandakı səfiri Jan Perreni qəbul etdi. Bu görüşlərin hər birində Naxçıvanın təcavüzkar Ermənistan tərəfindən tam blokadaya alınması, işğalçı dövlətin hərbi hücumlarının yaratdığı təhlükələr Heydər Əliyev tərəfindən qabardılır və beynəlxalq KİV vasitəsi ilə dünya birliyinin diqqətinə çatdırılırdı.

Heydər Əliyev Naxçıvana rəhbərlik etdiyi dövrdə özünün uzaqgörən siyasəti ilə muxtar respublikanın başı üstünü almış işğal təhlükəsini əzmlə aradan qaldırır, əhalinin minimum tələbatını təmin edirdi. O dövrdə müdafiə resursları son dərəcə zəif olan Naxçıvan Ulu Öndərin parlaq zəkasının, dəqiq hədəflərə hesablanmış siyasi gedişlərinin və polad iradəsinin gücü ilə qorunurdu. Ermənistan silahlı qüvvələrinin Naxçıvana basqınlarının ciddiliyini, hətta kimyəvi tərkibli mərmilərdən istifadə olunmasının yaratdığı təhlükələri nəzərə alaraq 1992-ci il mayın 22 və 23-də Heydər Əliyev yaranmış vəziyyətlə bağlı yerli televiziya ilə muxtar respublika əhalisinə müraciət etdi. Məlum oldu ki, görülən diplomatik tədbirlər nəticəsində 57 dövlət Ermənistanın Naxçıvana qarşı təcavüz cəhdlərini rəsmi şəkildə pisləmişdir. Ulu Öndərimizin 1993-cü ilin iyunun 15-də Azərbaycanda siyasi hakimiyyətə qayıdışı isə ölkəmizin hər yerində olduğu kimi, Naxçıvanda da yeni inkişaf mərhələsinin əsasını qoydu.

Dövlət müstəqilliyimizin bərpası ərəfəsində Naxçıvan Muxtar Respublikasında mövcud vəziyyət və Heydər Əliyevin müəyyən etdiyi uzaqgörən strategiya nəticəsində sonrakı illərdə muxtar respublikada baş vermiş inkişaf dinamikası haqqında aydın təsəvvür yaratmaq məqsədi ilə 20 ilin (1991-2011) statistikasından bəzi məqamlara nəzər yetirək. Naxçıvanın iqtisadi inkişafının xarakterik xüsusiyyətlərindən biri ondan ibarətdir ki, iqtisadiyyata investisiya qoyuluşlarının davamlılığı və proporsional bölgüsü təmin olunmuşdur. Əgər 1989-cu ildə muxtar respublikanın tikinti sektorunda bir ay ərzində 2535 ton beton istifadə olunurdusa, hazırda bu göstərici bir gün ərzində inşaat işlərinə sərf olunan betonun ümumi həcminə bərabərdir.

Təhsilə göstərilən yüksək qayğı hazırda Azərbaycanın dövlət siyasətinin başlıca prioritetlərindəndir. Bu qayğı Naxçıvan Muxtar Respublikasında da açıq-aydın hiss olunur. Belə ki, ötən 20 ildə muxtar respublikada 189 məktəb tikilərək və ya yenidən qurularaq istifadəyə verilmişdir. Sovetlər Birliyi dövründə bu qədər məktəbi inşa etmək üçün 44 il vaxt lazım gəlmişdi. Naxçıvanın qızıl dövrü kimi xarakterizə olunan son 20 il ərzində muxtar respublikada 188 səhiyyə ocağı tikilərək və ya yenidən qurularaq istifadəyə verilmişdir. Qeyd edək ki, muxtar respublika ərazisində bu sayda tikilini təhvil vermək üçün keçmiş sovetlər birliyində 50 il vaxt sərf olunmuşdu.

Artıq muxtar respublikada il ərzində istehsal olunan sənaye məhsulu kənd təsərrüfatı məhsulunun həcmini orta hesabla 2 dəfə üstələyir. Əgər 20 il əvvəl muxtar respublikada istehsal olunan ümumi daxili məhsulda aparıcı yeri kənd təsərrüfatı və ticarət tuturdusa, hazırda üstünlük sənaye və tikinti sahələrinə məxsusdur. Bu da muxtar respublika iqtisadiyyatının sənaye təmayüllü baza üzərində inkişafını təsdiqləməkdədir.

Ötən 20 ildə muxtar respublika ərazisində təkcə dövlət strukturlarının dəstəyi ilə 10462 hektar sahədə yaşıllıqlar - meşə massivləri, meyvə bağları, yaşıllıq zolaqları salınmışdır. Hazırda muxtar respublikanın ümumi ərazisinin 8 faizini yaşıllıqlar əhatə edir. Halbuki 1990-cı ilin əvvəllərində bu göstərici 0,6 faiz həddində olmuşdur.

Naxçıvanda 2993 kilometr uzunluğunda yeni avtomobil yolları salınmış, 5 yeni avtovağzal kompleksi inşa olunmuş, 125 körpü tikilərək və ya əsaslı təmir olunaraq istifadəyə verilmişdir. Bu müddət ərzində şəhər nəqliyyatı işinin yaxşılaşdırılması istiqamətində tədbirlərə uyğun olaraq 142 ədəd yeni müasir tipli avtobus alınaraq muxtar respublikaya gətirilmiş və istismara buraxılmışdır.

Türkdilli ölkələrin dövlət başçılarının zirvə görüşünün 2009-cu ilin oktyabrında Naxçıvan şəhərində keçirilməsi, Naxçıvan Ali Məclisinin Sədri Vasif Talıbovun Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlunun dəvəti ilə 2010-cu il aprelin 26-dan 29-dək qardaş ölkəyə səfərinə Çankaya köşkündə xüsusi diqqət göstərilməsi, İran tərəfi ilə ali rəhbərlik səviyyəsində qarşılıqlı səfərlərin təşkili və birgə iqtisadi layihələrin davam etdirilməsi, beynəlxalq missiyalı müşahidəçilərin və səfirlərin Naxçıvana ardıcıl səfərləri, İqtisadi Əməkdaşlıq Təşkilatının “İpək Yolu yük avtomobilləri karvanı” layihəsi əsasında 2010-cu il sentyabrın 22-də Tehran şəhərindən yola salınan maşın karvanının oktyabrın 20-də Sədərək sərhəd-buraxılış məntəqəsindən Türkiyə ərazisinə daxil olması kimi mühüm məqamlar Naxçıvan Muxtar Respublikasının hərtərəfli inkişafına, müasir həyatına güzgü tutan xarakterik faktlardır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Superliqa: "Beşiktaş" doğma meydanda qalib gəlib

Bakı Kitab Mərkəzində “Azərbaycan İrəvanı” sənədli filmi təqdim olunub

“Bloomberg”: Almaniya yeni “Patriot” batareyaları almağı düşünür

Beynəlxalq Bərpa Olunan Enerji Mənbələri Agentliyinin Assambleyasının 14-cü sessiyası başa çatıb

NATO müttəfiqləri Ukraynaya hava hücumundan müdafiə sistemi vermək barədə razılığa gəliblər

Gürcüstanda fəaliyyət göstərən QHT-lərin 90 faizi xaricdən maliyyələşir

BDU-da “Gələcəyin alimləri” adlı tələbələrin IX elmi konfransı keçirilib

ADAU-da keçirilən fakültələrarası futbol turniri yekunlaşıb

Cəfər Cabbarlının 125 illik yubileyi qeyd olunub

Sərnişin ehtiyatsızlıq səbəbindən metronun stansiya yoluna düşüb

İstanbulda torpaq sürüşməsi baş verib

Cenevrədə keçiriləcək “Türk həftəsi”ndə türkdilli dövlətlərin mədəni irsi tanıdılacaq

Azərbaycan və Qazaxıstanın Xarici İşlər nazirlikləri arasında növbəti konsulluq məsləhətləşmələri keçirilib

Rus evində “Bakı. Sevgi. Bahar.” festivalı keçirilir

Azərbaycan parabadmintonçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib

İlin ilk üç ayında ARDNF-in aktivləri 2,3 faiz artıb

“G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddir” – BƏYANAT

Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə keçirilən buraxılış imtahanının nəticələri açıqlanıb

Venesiya Biennalesində Azərbaycan pavilyonunun açılışı olub VİDEO

Tanınmış şair, tərcüməçi Sabir Almazovun xatirəsi anılıb

Energetika naziri: Bu il Azərbaycanda daha 5 günəş-külək stansiyasının inşasına başlanacaq

Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi olub

Dövlət Agentliyinin İdarə Heyətinin sədri Daşkəsən və Göygöl rayon sakinlərinin müraciətlərini dinləyib

Güclü külək Ağstafada bir sıra fəsadlar törədib VİDEO

Azərbaycan və Qazaxıstan Xəzər dənizinin dibi ilə fiber-optik rabitə xəttinin çəkilməsini müzakirə edib

Xalq rəssamı Aydın Rəcəbovun 80 illik yubileyinə həsr olunmuş “Bir ömrün naxışları” sərgisi açılıb

Premyer Liqa: “Sumqayıt” Tovuzda vacib üç xalı qazanıb

Milli Məclisdə 14 məsələ müzakirə olunub, müvafiq qərarlar verilib YENİLƏNİB

Çin mütəxəssisləri Türkmənbaşı limanının imkanları ilə tanış olublar

Gürcüstan və AİB arasında əməkdaşlığın perspektivləri müzakirə edilib

Ceyhun Bayramov Əlcəzair səfirini bölgədəki cari vəziyyət barədə məlumatlandırıb

® “Bakcell”in baş icraçı direktoru Xankəndidə jurnalistlərlə görüşüb

Azərbaycanda icra edilən ürək əməliyyatı barədə məqalə ABŞ-ın nüfuzlu jurnalında dərc olunub

Hərbi liseyin 53 illik yubileyinə həsr olunmuş təntənəli mərasim keçirilib VİDEO

Gürcüstanda yaşayan azərbaycanlılar dövlət proqramları və xidmətlər barədə məlumatlandırılıb

İqtisadiyyat nazirinin müavini Naxçıvanda vətəndaşların müraciətini dinləyib

ADSEA sədri Zaqatalada vətəndaşlarla görüşüb

Bakıda keçiriləcək beynəlxalq elmi konfransın iştirakçıları Qarabağa səfər ediblər

Əqli Mülkiyyət Agentliyində ixtiraçılıq və patent analitikası mövzusunda təlim keçirilib

® “Azercell”in dəstəyi ilə tələbələr arasında “Techcell” hakatonu keçiriləcək

Tbilisidə mitinqlər zamanı beş polis əməkdaşı yaralanıb

“Azərbaycan Hava Yolları” Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olub

AzTU əməkdaşları beynəlxalq konfransda çıxış ediblər

® “Global Finance” “Kapital Bank”ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görüb

İranın Parisdəki konsulluğuna girən şübhəli şəxs saxlanılıb

Azərbaycan-İtaliya çoxölçülü strateji tərəfdaşlıq münasibətləri müzakirə edilib

Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Göyçayda vətəndaşların müraciətlərini dinləyəcək

® Mərkəzi Gömrük Hospitalında “Abbott” şirkətinin nümayəndələri ilə onlayn görüş keçirilib

ADPU-da “Heydər Əliyev dərsləri” davam edir

EMTA ETRA ilə birgə Bakıda beynəlxalq seminar təşkil edib

Naxçıvanda “Sağlam həyat tərzi etibarlı gələcəyin təminatıdır” mövzusunda tədbir təşkil edilib

Kənd Təsərrüfatı Nazirliyi 2024-cü il üçün doktorantura və dissertanturaya qəbul elan edir

Qazaxıstanda yaşayan Qərbi azərbaycanlılar tarixi vətəni görmək arzusunu dilə gətiriblər

Gürcüstanın müdafiə naziri ABŞ generalı ilə görüşüb

Azərbaycan ilə Yaponiya arasında turizm əlaqələrinin perspektivləri müzakirə olunub

“Güclü cəmiyyətin zərif simaları” layihəsinə start verilib

ADPU ilə Rusiya İnformasiya və Mədəniyyət Mərkəzi əməkdaşlıq məsələlərini müzakirə edib

FHN-nin qurumları arasında stolüstü tennis üzrə çempionata yekun vurulub

“60 çiçək - bir çələng” almanaxının təqdimatı olub

Sahibkarlarla görüşdə quşçuluğun inkişaf perspektivləri müzakirə olunub

“Məhəmməd Füzuli və Şərq folkloru” - elmi konfrans

Türkiyə və İranın xarici işlər nazirləri regiondakı son vəziyyəti müzakirə ediblər

Fransanın səfirini geri çağırması Brüssel görüşündəki gizli razılaşmada nəzərdə tutulanların reallaşdırılmasına xidmət edir - RƏY

“World Weather Attribution”: Qərbi Afrikanı görünməmiş istilər bürüyüb

İsveçrədə “tarakanabənzər dron” hazırlanıb

® “PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “INMerge İnnovasiya Sammiti”ndə yutubun həmtəsisçisi çıxış edəcək

İranın Parisdəki konsulluğu polisdən müdaxilə tələb edib

Nyu-Yorkda azərbaycanlı gənclərlə şəbəkələşmə görüşü baş tutub

Xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

Ürək xəstəliklərinə qalib gəlməyin təbii yolları

“Sabahın alimləri” XIII respublika müsabiqəsinin bağlanış mərasimi keçirilib

Konfrans Liqası: Türkiyəli futbolçunun vurduğu qol ən yaxşı seçilib

“Gənc istedadlar” liseyinin şagirdləri “Sabahın alimləri” XIII Respublika müsabiqəsinin qalibləri sırasında

Sumqayıtda “Heydər Əliyev irsi” kitabının təqdimatı keçirilib

“Qarabağ atları”, “Böyük alma”, “Əjdaha”... – AĞ ŞƏHƏRDƏN FOTOREPORTAJ

Rəsədxanada ustad dərsi: Günəş sisteminin kiçik göy cisimləri, kometalar

“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıb

DİM: 20 dövlət orqanında mövcud olan 43 vakant vəzifə daxili müsahibəyə çıxarılıb

Ödənişi gecikdirilmiş 35 min manatdan çox vəsaitin işçilərə ödənilməsi təmin edilib

BDU-da çiçəkəkmə aksiyası

Elm və təhsil naziri Samuxda vətəndaşları qəbul edib

Bu il DİN və prokurorluq üzrə qeydə alınan 8 min 930 cinayətin 85 faizi açılıb

CFCM: Fransada islamofobiya halları son dərəcə artıb

Ombudsman fərdi qaydada vətəndaşların müraciətlərini dinləyib

Gəncədə regional müşavirə: Meşə və meşəətrafı ərazilərdə yanğın təhlükəsizliyi

Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi Komissiyasının 8-ci görüşünün yekunlarına dair mətbuat açıqlaması VİDEO

Bu il Ağgöl Milli Parkında 78 minə yaxın ornitofauna nümunəsi qeydə alınıb

Faktiki hava: Xınalığa dolu düşüb

Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 15 iyul tarixli 305 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Miqrasiya orqanlarına qulluğa qəbul olunmaq üçün namizədlərlə müsabiqə və müsahibənin keçirilməsi qaydaları haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Qazax, Ağstafa və Tovuz sakinlərinin uşaq hüquqları ilə bağlı müraciətlərinə baxılıb

Lavrov: Rusiya Ukrayna ilə bağlı danışıqlara hazırdır, lakin danışıqlar müddətində hərbi əməliyyatlara ara verməyəcək

“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 9 iyun tarixli 900-VIKQD nömrəli Konstitusiya Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Sergey Lavrov: Avropa İttifaqının Ermənistandakı müşahidə missiyası NATO-nun missiyasına çevrilir

Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 dekabr tarixli 907 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 29 mart tarixli 1114-VIQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və həmin Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 25 avqust tarixli 387 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Professor Kamran İmanov beynəlxalq konfransda çıxış edib

Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu

Türkiyə Prezidenti gündəmdəki məsələlərlə bağlı açıqlama verib

Dubay aeroportu təyyarələrin qəbulunu 48 saatlıq məhdudlaşdırıb

Təsisçi Bakı Fransız Liseyi Təhsil Kompleksinin ləğv olunmasının səbəbini açıqlayıb