REGİONLAR


Naxçıvan Muxtar Respublikasında Koronavirusla Mübarizəyə Dəstək Fonduna onlayn ödəniş etmək imkanı yaradılıb

Naxçıvan, 10 aprel, AZƏRTAC

Naxçıvan Muxtar Respublikasında Koronavirusla Mübarizəyə Dəstək Fondunun rəsmi internet saytından istifadə etməklə vətəndaşlar ödəniş kartları vasitəsi ilə asan yolla vəsaitlərin ödənilməsini həyata keçirə bilərlər.

Muxtar respublikanın Maliyyə Nazirliyindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, əvvəlcədən nəzərdə tutulduğu kimi, artıq Fondun saytında “İanə et” bölməsi aktivləşdirilib və onlayn ödənişlərin qəbul edilməsi təmin olunub. Beləliklə, istənilən ünvandan könüllülərin ödəniş aksiyasına rahat qoşulmasına şərait yaradılıb.

Onlayn ödənişi həyata keçirmək üçün Naxçıvan Muxtar Respublikasında Koronavirusla Mübarizəyə Dəstək Fondunun rəsmi internet saytına http://covid19fundnmr.az daxil olduqdan sonra əsas səhifədən “İanə et” bölməsi seçilir, sonra açılan səhifədə müvafiq xanalara vətəndaşın soyadı, adı, atasının adı, şəxsiyyət vəsiqəsinin fin kodu, seriyası, nömrəsi və ödənilməsi nəzərdə tutulan pul vəsaitinin məbləği daxil edilərək “davam et” xanası seçilir. Açılan növbəti səhifədə ödəniş kartının 16 rəqəmli kodu, kartın üzərindəki istifadə müddətini bildirən tarix (ay, il) və kartın arxa tərəfindəki 3 rəqəmli kod daxil edilir. Əməliyyatın düzgünlüyünə tam əmin olduqdan sonra ekrandakı “Təsdiq edin” xanası seçilir. Beləliklə ödəniş həyata keçirilmiş olur. Uğurlu əməliyyatdan sonra ekranda ödəniş məlumatları ilə bağlı qəbz əks olunur.

Xatırladaq ki, martın 26-da Naxçıvan Muxtar Respublikasında Koronavirusla Mübarizəyə Dəstək Fondunun rəsmi internet saytı http://covid19fundnmr.az fəaliyyətə başlayıb. Sayt Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi tərəfindən idarə olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.