Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

Naxçıvan Muxtar Respublikasında əldə olunmuş bütün nailiyyətlərin əsasında ulu öndər Heydər Əliyevin inkişaf konsepsiyası dayanır

Naxçıvan, 11 dekabr, AZƏRTAC

Heydər Əliyev dövlətçilik məktəbinin Naxçıvan modeli

Xalqımızın ümummilli lideri, görkəmli dövlət xadimi Heydər Əliyev ölkəmizə çox böyük tarixi nailiyyətlər, uğurlar və tükənməz dövlətçilik təcrübələri – müstəqil Azərbaycan, əbədi azadlıq bəxş edib. Naxçıvan Muxtar Respublikasının bugünkü sürətli sosial-iqtisadi inkişafı, milli-mənəvi və ideoloji dəyərlərimizin ən yüksək səviyyədə yaşadılması, mədəni, elmi, etno-kulturoloji sahələrdə mühüm irəliləyişlərin əldə olunması da Heydər Əliyev siyasi kursuna münasibətdə sözlə əməlin, dərin sədaqətlə konkret işin vəhdətinin canlı örnəyi kimi diqqəti cəlb edir.

Heydər Əliyev dövlətçilik məktəbinin Naxçıvan modelinin tərkib hissəsi olan inkişaf konsepsiyasının qətiyyətlə həyata keçirilməsi muxtar respublikamızda bütün sahələrdə yeniləşməyə və tərəqqiyə doğru hərəkatın başlıca hərəkətverici qüvvəsinə çevrilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun qeyd etdiyi kimi: “Azərbaycanda və onun Naxçıvan Muxtar Respublikasında əldə olunmuş bütün nailiyyətlərin əsasında ümummilli liderimiz Heydər Əliyevin inkişaf konsepsiyası dayanır. Müstəqil ölkəmizin hər bir guşəsində olduğu kimi, Naxçıvan Muxtar Respublikasında da bu konsepsiyanın bəhrələri göz qabağındadır. Ötən illərin təcrübəsi bir daha göstərdi ki, heç bir qüvvə, kənar təsir Azərbaycanı Heydər Əliyev yolundan döndərə bilməz. Ümummilli liderimizin adı və əməlləri müstəqil Azərbaycanda bu gün olduğu kimi, gələcəkdə də yaşayacaqdır”.

Kənd təsərrüfatı məhsullarına tələbatın yerli istehsal hesabına ödənilməsi istiqamətində məqsədyönlü işlər görülür

Ulu Öndərimizin uğurlu yolunun davam etdirilməsi nəticəsində bu gün muxtar respublikada kənd təsərrüfatı məhsullarına olan tələbatın yerli istehsal hesabına ödənilməsi və ixrac imkanlarının yaradılması sahəsində həyata keçirilən ardıcıl tədbirlər davamlı xarakter alıb. Qəbul olunmuş dövlət proqramları kənd təsərrüfatının inkişafına əlavə stimul verib. Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Akademik Həsən Əliyev adına “Araz” Elm-İstehsalat Birliyinin fəaliyyətinin təşkili, bu mənada xüsusi əhəmiyyət kəsb edir. Noyabrın 1-də – Kənd Təsərrüfatı İşçiləri Günündə “Araz” Elm-İstehsalat Birliyinin, eləcə də Toxumçuluq və Bitkilərin Mühafizəsi İdarəsinin yeni inzibati binasının istifadəyə verilməsi bu sahədə yeni-yeni nailiyyətlərin əldə edilməsinə şərait yaradıb.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri açılış tədbirində iştirak edib. Ali Məclisin Sədri “Araz” Elm-İstehsalat Birliyində Naxçıvan Dövlət Universitetinin müvafiq ixtisasları üzrə təhsil alan tələbələrinin iştirakı ilə təcrübə dərslərinin keçirilməsi, Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin Bioresurslar İnstitutu ilə birlikdə yerli və məhsuldar toxum sortlarının bərpası və tətbiqinin davam etdirilməsi, qədim əkinçilik metodlarının elmi şəkildə tətbiqinə başlanılması, birliyin laboratoriyasında torpaq mülkiyyətçilərinə torpaq analizlərinin aparılması üçün lazımi şəraitin yaradılması barədə tapşırıqlar verib.

Naxçıvan Beynəlxalq Hava Limanının maddi-texniki bazası gücləndirilir

Artıq 30 ilə yaxındır ki, blokada vəziyyətində yaşayan muxtar respublika üçün hava nəqliyyatının inkişafı böyük əhəmiyyət kəsb edir. Digər tərəfdən coğrafi cəhətdən əlverişli mövqedə yerləşməsi, müasir inkişafı və turizm potensialı qədim diyarımızda hava nəqliyyatına tələbatı daha da artırır. Ona görə də bu gün Naxçıvan Beynəlxalq Hava Limanının maddi-texniki bazası gücləndirilir, mülki aviasiya sahəsində müasir infrastruktur yaradılır. Görülən tədbirlərin davamı olaraq, noyabrın 2-də hava limanına yeni maşın-mexanizmlər və xidməti avtomobillər təqdim edilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov və “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin prezidenti Cahangir Əsgərov maşın-mexanizmlərə və xidməti avtomobillərə baxıb, limanın inşası davam etdirilən yeni uçuş-enmə zolağında aparılan tikinti işləri ilə maraqlanıblar.

Ali Məclisin Sədri tikinti işlərinin keyfiyyətlə aparılması, eləcə də aviasiya təhlükəsizliyi ilə bağlı tələblərə əməl edilməsi barədə müvafiq tapşırıqlar verib.

Əlaqələr genişləndirilir

Muxtar respublikada hərtərəfli inkişaf sayəsində xarici ölkələrlə iqtisadi-ticarət, elmi-mədəni, təhsil, hava nəqliyyatı, turizm sahələrində əlaqələrin genişləndirilməsinə hərtərəfli şərait yaradılıb.

Noyabrın 7-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Rusiya Federasiyasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Mixail Boçarnikov, noyabrın 12-də Norveç Krallığının ölkəmizdəki səfirliyinin müvəqqəti işlər vəkili Olav Nils Thue, noyabrın 16-da Türkiyə Böyük Millət Məclisinin deputatı, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım, noyabrın 29-da isə Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Uilyam Qil ilə görüşüb.

“Ailə təsərrüfatı məhsulları” festivalı böyük maraqla qarşılanıb

Muxtar respublikada müxtəlif istiqamətlər üzrə festivalların təşkili davamlı xarakter alıb. Yaradılan şəraitin nəticəsidir ki, ailə təsərrüfatlarının sayı getdikcə artır, ailə biznesi genişlənir. Bu gün muxtar respublikada ailə təsərrüfatları daha çox hey¬vandarlıq, quşçuluq, arıçılıq, bağçılıq və əkinçilik sahələri üzrə fəaliyyət göstərir. Sahibkarlara güzəştli şərtlərlə kreditlərin, müxtəlif təyinatlı kənd təsərrüfatı texnikası və texnoloji avadanlıqlarının verilməsi, arıçılıq avadanlıqlarının lizinq yolu ilə əhaliyə çatdırılması, subsidiyaların ödənilməsi, arıçılıq təsərrüfatlarının müxtəlif dərman preparatları ilə pulsuz təmin edilməsi, yerli məhsulların satışı üçün əlverişli imkanın olması və keçirilən “Ailə təsərrüfatı məhsulları” festivalları muxtar respublikada ailə təsərrüfatlarının inkişafına hərtərəfli şərait yaradır. Bunun nəticəsidir ki, hazırda qədim diyarda 800-dən çox kiçik və böyük ailə təsərrüfatı mövcuddur.

Noyabrın 10-da “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində növbəti “Ailə təsərrüfatı məhsulları” festivalı keçirilib. Festivala muxtar respublikanın bütün rayonlarından olan 319 ailə təsərrüfatı tərəfindən 418 növdə 23 mindən çox qablaşdırılmış məhsul çıxarılmışdı. Builki festivalda ailə təsərrüfatlarının istehsalı olan müxtəlif əl işləri də nümayiş etdirilib.

Ali Məclisin Sədri festivalda iştirak edib, ailə təsərrüfatlarına bundan sonra da dəstək göstərilməsinin vacibliyini bildirib. Muxtar respublika rəhbəri ailə təsərrüfatlarında istehsal olunan məhsulların ixrac imkanlarının yaradılması, həmin məhsulların kənd təsərrüfatı məhsulları və bayram yarmarkalarında, şəhər və rayon mərkəzlərindəki mağazalarda, kəndlərdəki xidmət mərkəzlərində, eləcə də ölkəmizin digər bölgələrindəki “Naxçıvan məhsulları” mağazalarında satışının təşkili, muxtar respublikanın bütün rayonlarında ailə təsərrüfatı festivallarının keçirilməsi və nümunəvi ailə təsərrüfatlarının iş təcrübəsinin yayılması barədə tapşırıqlar verib.

Ətraf mühit qorunur

Ötən əsrin 90-cı illərinin əvvəllərində ümummilli liderimiz Heydər Əliyev tərəfindən Naxçıvan Muxtar Respublikasında həyata keçirilən tədbirlər, qəbul olunan qərarlar müstəqil Azərbaycanın əsas inkişaf istiqamətlərini müəyyənləşdirdi. Ulu Öndərin rəhbərliyi ilə üçrəngli bayrağımızın Naxçıvanda qaldırılması, muxtar respublikanın adının dəyişdirilməsi, ordu quruculuğuna və iqtisadi islahatlara başlanılması müstəqil dövlətçilik tariximizdə mühüm mərhələ təşkil edir. Həmin dövrdə muxtar respublikada təbiətin qorunması istiqamətində də tədbirlər görülüb, iməciliklər keçirilib, yaşıllıqlar salınıb. Bu gün dahi şəxsiyyətin ideyaları muxtar respublikada uğurla reallaşdırılır, bütün sahələrdə olduğu kimi, ətraf mühitin qorunması istiqamətində də ardıcıl tədbirlər görülür. Noyabrın 17-də – Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı Günündə muxtar respublikada iməcilik keçirilib.

Ali Məclisin Sədri iməcilikdə iştirak edib, meyvə tingləri əkib, hava şəraitinə uyğun olaraq iməciliklərin davam etdirilməsi, yeni meyvə, xüsusilə üzüm bağlarının salınması və bərpa əkinin aparılması barədə tapşırıqlar verib.

Ərzaq təhlükəsizliyi təmin olunur

Muxtar respublikada ərzaq təhlükəsizliyinin təmin olunması istiqamətində davamlı tədbirlər görülür. Bunun üçün torpaq ehtiyatından səmərəli istifadə olunur, mütərəqqi suvarma metodları tətbiq edilir, yeni torpaq sahələri əkin dövriyyəsinə qatılır. Bu işlərin həyata keçirilməsində meliorasiya və irriqasiya tədbirləri xüsusi yer tutur. Noyabrın 20-də Kəngərli rayonunun Böyükdüz kəndində qapalı suvarma şəbəkəsinin istifadəyə verilməsi də həyata keçirilən tədbirlərin davamıdır. Bununla da 600 hektar torpaq sahəsi yeni əkin dövriyyəsinə qatılıb.

Ali Məclisin Sədri bu münasibətlə keçirilən tədbirdə iştirak edib. Ali Məclisin Sədri deyib: “Qapalı suvarma şəbəkəsinin quraşdırıldığı ərazilər əkin dövriyyəsinə qatılmış yeni torpaqlardır. Ərazidən torpaq nümunələri götürülərək araşdırılmış, 2 min hektarı əhatə edən toxumçuluq təsərrüfatı yaradılmış, təsərrüfat lazımi texnikalarla təmin edilmiş, mütərəqqi suvarma şəbəkəsinin qurulmasına başlanılmışdır. Həyata keçirilən tədbirlər torpağa ikinci həyat verir. Bu gün muxtar respublikanın ərzaq təhlükəsizliyinin təmin olunmasında yeni torpaq sahələrinin əkin dövriyyəsinə qatılması və dəmyə əkinçiliyinə üstünlük verilməsi mühüm yer tutur. Çünki hər il muxtar respublikada əhali artımı müşahidə olunur. Əhalinin ərzaqla təminatı isə kənd təsərrüfatının inkişafından asılıdır. Bu gün qapalı suvarma şəbəkəsinin istifadəyə verilməsi ilə 600 hektar torpaq sahəsi əkin dövriyyəsinə qatılmışdır. Digər bir tərəfdən isə bu torpaqlarda istehsal olunmuş məhsuldan muxtar respublikada hər bir ailə istifadə edəcəkdir. Bununla yanaşı, daxili bazar qorunacaq, vəsait ölkəmizdə qalacaq, yeni iş yerləri açılacaqdır”.

Ali Məclisin Sədri qapalı suvarma şəbəkəsinin tikintisinin yerli mütəxəssislər tərəfindən keyfiyyətlə aparıldığını bildirib, bu işdə əməyi olanlara təşəkkür edib və onları hədiyyələrlə mükafatlandırıb.

Sonra Ali Məclisin Sədri qapalı suvarma şəbəkəsini işə salıb, muxtar respublikada belə şəbəkələrin qurulmasının davam etdirilməsi, toxumçuluq təsərrüfatında “Araz” Elm-İstehsalat Birliyi tərəfindən yeni toxum sortlarının sınaq əkininin aparılması və ərazidə yaşıllıq zolaqlarının salınması barədə tapşırıqlar verib.

Təhsilin inkişafına xüsusi diqqət yetirilir

Cəmiyyətin inkişafında təhsilin rolu əvəzolunmazdır. Hansı ölkələrdə ki, təhsil fəaliyyəti və qurumları üçün kifayət qədər resurs səfərbər edilməyib, həmin ölkələrdə bütün sahələrdə geriləmələr qeydə alınıb. Bu, təhsilin gələcəyimiz baxımından əhəmiyyətli rolunu bir daha ortaya qoyur. Praktik fəaliyyət üçün gərəkli olan biliklərin və müvafiq bacarıq və səriştələrin məcmusu olan təhsilin muxtar respublikanın kənd yaşayış məntəqələrində də inkişafının təmin edilməsi istiqamətində görülən məqsədyönlü işlər böyük önəm daşıyır. Çünki bu gün muxtar respublikada əhalinin 70 faizi həmin yaşayış məntəqələrində yaşayır. Bu, muxtar respublika rəhbərinin, hətta ən ucqar kəndlərimizdə belə şagird və müəllimlər üçün hərtərəfli təhsil şəraitinin yaradılması istiqamətində gördüyü işlərin necə böyük bir perspektivə hesablandığını göstərir.

Noyabrın 21-də – inkişaf, sabitlik və yüksək rifah prinsiplərini fəaliyyətinin əsas istiqamətləri kimi müəyyənləşdirən Yeni Azərbaycan Partiyasının yaradılmasının 26-cı ildönümündə Şərur rayonunun Kosacan kənd tam orta məktəbinin yeni binasının açılışı olub. Ali Məclisin Sədri açılış tədbirində iştirak edib.

Ali Məclisin Sədri ümummilli liderimiz Heydər Əliyevin “Hər bir xalqın səviyyəsini onun təhsil səviyyəsi müəyyən edir”, - fikrini xatırladıb, bir mühüm məsələyə də toxunaraq deyib: “Müasir tədris şəraiti təkcə yeni məktəb binası tikməkdən ibarət deyil. Müasir tədris şəraiti məktəbdə elektron lövhələrin quraşdırılması, internetə çıxışı olan kompüter siniflərinin, şahmat otaqlarının, idman zalının, zəngin fonda malik kitabxananın və ixtisaslı müəllim kollektivinin olması deməkdir. Bu şərait gələcəyimiz olan gənclərin təhsilli böyüməsində və ölkəmiz üçün yararlı vətəndaşlara çevrilməsində əsas amildir. Məktəbdə şagirdlər maraqlarına uyğun peşələrə yönləndirilməli, hər bir şagird özünə peşə seçməlidir. Bu vəzifələrin yerinə yetirilməsi üçün ölkəmizdə hər cür şərait yaradılıb. Təhsilin inkişafı üçün qəbul olunmuş dövlət proqramları bu sahədə geniş imkanlar açır. Ölkəmizdə, eləcə də onun Naxçıvan Muxtar Respublikasında müasir şəraitlə təmin olunmuş peşə məktəbləri, orta ixtisas və ali təhsil müəssisələri fəaliyyət göstərir. Məktəbin kollektivinin qarşısında duran əsas vəzifə də ondan ibarətdir ki, gələcəyimiz olan gəncləri təhsilli, peşə sahibi olan, dünyagörüşlü və vətənpərvər böyütsünlər”.

Kəndlər abadlaşdırılır

Muxtar respublikanın tarixiliyi saxlanılmaqla bütün şəhər, qəsəbə və kəndlərində genişmiqyaslı quruculuq işləri aparılır, müasir infrastruktur qurulur.

Noyabrın 21-də Kosacanda kənd tam orta məktəbinin yeni binası ilə birlikdə yeni kənd və xidmət mərkəzi, kənd avtomobil yolu da istifadəyə verilib. Bununla, Kosacan kəndi müasir yaşayış məntəqələrinin sırasına daxil olub.

Culfa rayonunun Qazançı kəndində də müasir infrastruktur yaradılıb. Noyabrın 30-da Qazançı kənd tam orta məktəbinin yeni binası, kənd və xidmət mərkəzləri, həkim ambulatoriyası, mərasim evi, həmçinin Qazançı körpüsü tarixi-memarlıq abidəsi bərpadan sonra istifadəyə verilib.

Bu münasibətlə keçirilən tədbirlərdə iştirak edən Ali Məclisin Sədri sakinləri təbrik edərək deyib: “Bu gün Qazançı kəndi abad yaşayış məntəqəsinə çevrildi. Kəndlərin inkişafı, müasirləşməsi, abadlaşması ölkəmizin inkişafı deməkdir. Bu işlərin həyata keçirilməsində məqsəd ondan ibarətdir ki, insanlarımız rahat yaşasın. Yaradılan şərait sakinlərə öz işlərini rayon mərkəzinə getmədən kənddə həll etməyə imkan verəcəkdir. Şagirdlərin yaxşı təhsil alması üçün məktəb, sakinlərin sağlamlığının qorunması üçün lazımi avadanlıqlarla təchiz olunmuş ambulatoriya, kənd və xidmət mərkəzləri istifadəyə verilib. Culfa şəhərindəki, Naxçıvan şəhərindəki məktəblərdə yaradılan tədris şəraiti Qazançı kənd tam orta məktəbində də vardır. Həmçinin kənd daimi rabitə xidməti, sürətli internet, su, təbii qaz və elektriklə təmin olunub”.

Bu gün təmiz havaya, səfalı təbiətə və müasir infrastruktura malik olan Kosacan və Qazançı kəndlərində yaşamaq və işləmək üçün bütün imkanlar mövcuddur. Həmin yaşayış məntəqələrinin sakinlərinin daimi işığı, qazı, interneti, bir sözlə, hərtərəfli şəraiti var. Kəndlərdə görülən quruculuq işləri dövlətimizin öz vətəndaşlarına qayğısının əyani ifadəsidir. Muxtar respublikada aparılan quruculuq işləri, abadlaşan kəndlər, insanların rahat yaşayışının təmin olunması ən böyük vətənpərvərlik nümunəsidir.

Onu da qeyd edək ki, həmin kəndlərdə əkinçilik, maldarlıq, heyvandarlıq və arıçılıq da inkişaf etdirilir. Dövlət ailə təsərrüfatlarına kömək göstərir, kreditlər verilir, istehsal olunmuş məhsulların bazarda satışına şərait yaradılır. Bu da sakinlərin rifah halını yaxşılaşdırır, onların yurda, torpağa bağlılığını artırır.

Tibbi xidmətin səviyyəsi daim yüksəldilir

Naxçıvanda əhalinin sağlamlığının qorunması və tibbi xidmətin səviyyəsinin yüksəldilməsi istiqamətində də ardıcıl tədbirlər görülür. Səhiyyə infrastrukturunun yenidən qurulması və müasir standartlara uyğunlaşdırılması əhalinin bütün təbəqələrinin sağlamlığının qorunması işində əsaslı dönüş yaradıb. Noyabrın 24-də Naxçıvan Muxtar Respublikasının səhiyyə müəssisələrinə 15 təcili tibbi yardım avtomobilinin verilməsi də diyarımızda səhiyyənin inkişafı sahəsində görülən işlərin ardıcıl xarakter daşıdığını göstərir.

Ali Məclisin Sədri muxtar respublikanın səhiyyə işçilərinin yaradılan şəraitdən səmərəli istifadə edəcəklərinə əminliyini bildirib, onlara fəaliyyətlərində uğurlar arzulayıb və təcili tibbi yardım avtomobillərinin açarlarını təqdim edib.

Naxçıvan daha bir ilkə imza atıb - Türk Şurası Gənc Liderlərinin ilk forumu qədim diyarda keçirilib

Qədim sivilizasiyanın məkanı olan, bu gün bütün sahələrdə inkişaf edərək Türk dünyasının elm, mədəniyyət və maarifçilik mərkəzinə çevrilən Naxçıvan noyabrın 26-da daha bir ilkə imza atıb – həmin gün Naxçıvan şəhərində Türk Şurası Gənc Liderlərinin ilk forumu keçirilib.

Forumun açılışında iştirak edən Ali Məclisin Sədri Türk Şurası Gənc Liderlərinin Naxçıvan Forumunun bütün iştirakçılarını salamlayıb, forumun işinə uğurlar arzulayıb. Ali Məclisin Sədri deyib: “Elm, təhsil və mədəni inkişaf tarixən türk xalqlarını birləşdirib. “Kitabi-Dədə Qorqud” və “Manas” dastanları, Orxan-Yenisey, Qobustan və Gəmiqaya yazılı abidələri türk xalqlarının milli varlığının, təfəkkürünün və birliyinin ifadəsidir. Mövlana Cəlaləddin Rumi, Xoca Əhməd Yasəvi, Baba Nemətullah Naxçıvani kimi görkəmli mütəfəkkirlər ümumtürk mədəniyyətinin möhkəmlənməsinə öz töhfələrini vermişlər. Bu mədəniyyətdə payı olan Naxçıvan coğrafi cəhətdən də türk toplumlarının mərkəzində yerləşir. 2009-cu ildə Türkdilli ölkələrin dövlət başçılarının doqquzuncu zirvə görüşünün, bu gün isə Türk Şurası Gənc Liderlərinin ilk forumunun Naxçıvanda keçirilməsi mərkəz kimi Naxçıvanın əhəmiyyətini daha da artırır”.

Ali Məclisin Sədri bütün bunları nəzərə alaraq, Naxçıvanda Türk Universitetinin yaradılması təşəbbüsünü irəli sürüb.

Ali Məclisin Sədri Türk Şurası Gənc Liderlərinin Naxçıvan Forumuna mühüm əhəmiyyət verildiyini, forumun səmərəli olacağına inamını bildirib, təşkilatçılara və iştirakçılara təşəkkür edib, çıxışını ölkə Prezidenti İlham Əliyevin fikirləri ilə tamamlayıb: “Gələcəkdə gənclər ölkəmizi idarə edəcəklər. Bunun yeganə yolu ondan ibarətdir ki, gənclər vətənpərvərlik ruhunda tərbiyə alsınlar, öz Vətəninə bağlı olsunlar, öz Vətənini sevsinlər və dövlət müstəqilliyini hər şeydən üstün tutsunlar”.

Qeyd edək ki, Türk Şurası Gənc Liderlərinin ilk forumunun Naxçıvanda keçirilməsi mühüm əhəmiyyət daşıyır. Çünki 2009-cu ildə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının əsası məhz Naxçıvanda qoyulub. Bu il Naxçıvan şəhəri Azərbaycanın Gənclər Paytaxtı, həmçinin İslam Mədəniyyətinin Paytaxtı kimi yüksək statusa malikdir. Qədim diyarda əsası qoyulan bu forum eyni soykökə, ortaq mədəniyyətə və tarixə malik olan türkdilli ölkələrin gəncləri arasında əlaqələrin daha da möhkəmləndirilməsinə və inkişafına geniş imkanlar açır.

Naxçıvan tarixi Azərbaycan dövlətçiliyi ənənələrinin, Heydər Əliyev ideyalarının yaşadıldığı bir məkan kimi şöhrət qazanır

Bu gün muxtar respublikamızda quruculuq və müasirləşmə siyasəti uğurla həyata keçirilir, dayanıqlı sabitlik hökm sürür. İnkişaf və yüksəliş muxtar respublikanın hər bir bölgəsində aydın hiss olunur. Bir ölkənin, diyarın gələcəyi isə onun köklərinə bağlılığı, dahilərinə, tarixi şəxsiyyətlərinə hörmət və ehtiramı, gələcəyə inamı və birliyi ilə birbaşa əlaqəlidir. Qürurla deyə bilərik ki, bütün dövrlərdə olduğu kimi, bu gün də Naxçıvan Azərbaycan dövlətçiliyi ənənələrinin, Heydər Əliyev ideyalarının yaşadıldığı bir məkan kimi şöhrət qazanır, keçmişi ilə bu gününün vəhdətindən güc alaraq inkişafına yeni çalarlar qatır, sürətli yüksəlişi ilə dosta sevinc bəxş edir, düşmənin gözdağına çevrilir.

Rauf Kəngərli

AZƏRTAC-ın Naxçıvan bürosunun rəhbəri

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

DİN: Martın 18-də aşkarlanan silah və sursatların sayı acıqlanıb

Fransuaza Jilonun rəssamlıq irsi Pikasso Muzeyində

Novruz bayramı ilə əlaqədar yanğın təhlükəsizliyi qaydalarına dair Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edib

Kəngərli rayonunun yaradılmasının 20 illiyinə həsr olunan virtual sərgi təqdim edilib

Bakının abad məhəllələrində Novruz şənlikləri davam edir

Hərbi Prokurorluq işçiləri Müdafiə Nazirliyinin yüksəkrütbəli vəzifəli şəxsləri ilə birgə Novruz bayramı ərəfəsində hərbi hissələrdə olublar

® Monteneqronun sabiq prezidenti Milo Cukanoviç “Azərbaycanın dostu” qızıl ordeni ilə təltif olunub

Dünya Bankı Misirə 6 milyard dollar yardım edəcək

Baş Dövlət Yol Polisi İdarəsi qeyri-iş günlərində səfərə hazırlaşan sürücülərə müraciət edib

Aİ Şurası Ukraynaya yeni yardım fondunu təsdiqləyib

Folklorşünas alim: Torpaq çərşənbəsi insanın təbiətlə həmrəy olması bayramıdır

Türkiyədə fəlakət zonasındakı sakinlər hər ay 15 min evlə təmin ediləcək

DİN: Martın 19-da ölkə üzrə 40 cinayətin açılması təmin olunub

Ölkənin əksər bölgələrinə yağış, dağlıq rayonlara qar yağıb

Dünya birjalarında neft ucuzlaşıb

Zabrat qəsəbəsindəki marketdə baş verən yanğın söndürülüb

Naxçıvanın kəndlərinin içməli su təminatı yaxşılaşdırılır

MDU-da tərəfdaş universitetlərlə birlikdə Çanaqqala Zəfərinin ildönümü qeyd edilib

Azərbaycan nefti bahalaşıb

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva İlaxır çərşənbə ilə bağlı paylaşım edib

® GL 2023-cü ildə neft hasilatı artımına nail olub

Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır

Bakının bəzi yollarında sıxlıq müşahidə olunur SİYAHI

Mövcud hava şəraiti ilə bağlı sürücülərə müraciət edilib

Ukraynanın Krivoy-Roq şəhərində Novruz bayramı ilə bağlı konsert təşkil edilib

Saatlıda narkokuryerlik edən şəxs saxlanılıb

Hüquq müdafiəçisi: Azərbaycan NATO-nun uzunmüddətli tərəfdaşıdır

Türkiyə tədqiqatçıları stressin beyində “zamanın qavranılmasını” pozduğunu müəyyənləşdiriblər

Daşkəsəndə narkotik vasitələr satan şəxs saxlanılıb

Avstraliya məhkəməsi “Uber”i böyük məbləğdə təzminat ödəməyə məcbur edib

Yanlış ayaqqabı uşağın sağlamlığına zərər verə bilər - Mütəxəssis rəyi

Anaklia limanının dəniz infrastrukturunun tikintisi üçün beynəlxalq tender elan edilib

Süni intellekt və lazer əsaslı sensorla mədədəki xəstəliklər müəyyən ediləcək

Braziliyada hiss edilən temperatur 62 dərəcə Selsini keçib

Yaponiyada yaşlı insanlar əməyə cəlb edilir

İraq neft ixracını azaldacaq

Ümumdünya Buxara Yəhudiləri Konqresinin nümayəndə heyəti Qırmızı qəsəbəyə səfər edib

Budapeştdə biznes forumda Azərbaycandakı investisiya imkanlarından danışılıb

Gürcüstanın Təhsil və Elm Nazirliyinin Marneuli İctimai Kollecində təntənəli Novruz şənliyi keçirilib

Azərbaycanın Qırğızıstandakı səfirliyində Novruz bayramı qeyd edilib

Bu gün Torpaq çərşənbəsidir

Şabranda minik avtomobilləri toqquşub, yaralananlar var

“Robotexnika Klubu”nun üzvləri Türkiyədə keçiriləcək “Texnofest”ə layihə təqdim ediblər

Kəngərli rayonunun yaradılmasının 20 illiyi qeyd olunub

Türkiyə və Rusiya prezidentləri arasında telefon danışığı olub

Dövlət Komitəsində Yaponiyada yaşayan azərbaycanlı pianoçu ilə görüş olub

Amur vilayətindəki filiz mədənində qəza baş verib, dağıntılar altında qalanlar var

Media əməkdaşları arasında atıcılıq yarışının qalibləri bəlli olub

Türkiyə Prezidenti: Bu yay İraq sərhədimizin təhlükəsizliyini tam təmin edəcəyik

Naxçıvan ŞİH: Möminə Xatun türbəsinin ətrafındakı tikili ilə bağlı yayılanlar həqiqəti əks etdirmir

Azərbaycanın güləş millisi “Çempionlar” turnirini 10 medalla başa vurub

YAP Səbail rayon təşkilatında Novruz bayramı qeyd edilib

Nigeriyada daha yüz adam oğurlanıb

Azərbaycan-İraq əlaqələrinin inkişaf perspektivləri müzakirə olunub

Bakı Ali Neft Məktəbində “Huawei” şirkətinin laboratoriyası fəaliyyətə başlayıb

Nazirlik: Hərbi hissələrdə bayram tədbirləri qapalı şəraitdə keçirilir

Azərbaycan atıcıları Almaniyada qızıl medal qazanıblar

Bakı Dövlət Universitetində Novruz şənliyi

Yens Stoltenberq: NATO ilə Azərbaycan arasında əməkdaşlıq üçün yeni çərçivə sənədinin razılaşdırılması üzərində iş aparırıq VİDEO

Beynəlxalq mətbuat Azərbaycan Prezidentinin NATO-nun Baş katibi ilə görüşündən yazır

“Ailəm könüllüləri” proqramının könüllüləri mükafatlandırılıb

Nobel sülh mükafatı laureatı Məhəmməd Yunus BAMF-da olub

Azərbaycan icması Böyük Britaniya Parlamentinə etiraz məktubu göndərib

Müdafiə naziri Novruz bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

Unudulmaz bəstəkar Şəfiqə Axundovanın 100 illik yubileyi qeyd olunub

Hikmət Hacıyev: Azərbaycan ilə Çin arasında ənənəvi dostluq və tərəfdaşlıq münasibətləri var VİDEO

Xüsusi təyinatlı təhsil müəssisələrində Çanaqqala zəfərinin 109-cu ildönümü qeyd edilib VİDEO

Ağdamda Bahar bayramı şənliyi keçirilib

Bakının Dəmir yolu vağzalında keçirilən oftalmoloji aksiya zamanı 120 nəfər müayinə olunub 

Monitorinq Mərkəzi Almaniyada “Avropada dilimizin bu günü və sabahı” adlı tədbir keçirib

M.F.Axundzadənin “Müsyö Jordan və dərviş Məstəli şah” əsəri İstanbulda səhnələşdiriləcək

Dövlət qulluğunda inzibati icraçı vəzifələr üzrə test imtahanına qeydiyyat elan edilib

Azərbaycan səfiri Çanaqqala Zəfərinin 109-cu ildönümü münasibətilə təşkil olunan tədbirdə iştirak edib

İsveçrənin ölkəmizdəki səfiri ilə COP29 ətrafında fikir mübadiləsi aparılıb

Avropa dövlətləri Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin dəmir yolu hissəsinin işə salınmasında maraqlıdırlar

Milli Kitabxanada “Tale şairi: Məmməd İsmayıl” adlı kitabın təqdimat mərasimi olub

® “Beyin ölümü diaqnozunun təyininə multidisiplinar yanaşma” mövzusunda seminar keçiriləcək

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 25 dekabr tarixli 503 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dərman vasitələrinin farmakonəzarət Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Xocavəndlilər baharın gəlişini yüksək əhvali-ruhiyyə ilə qeyd edirlər

“Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin işçilərinin say həddinin təsdiq edilməsi və əməkhaqqı fondunun müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 15 iyul tarixli 309 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

QAÇQINKOM-un sədri Siyəzəndə vətəndaşların müraciətlərini dinləyib

Bakı Kitab Mərkəzi xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün Novruz şənliyi təşkil edib

“İnternet informasiya ehtiyatı vasitəsilə elektron ticarəti həyata keçirən qeyri-rezidentin elektron qaydada vergi uçotuna alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 30 oktyabr tarixli 387 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Daha bir neçə müntəzəm avtobus marşrutu müsabiqəyə çıxarılır

“Müntəzəm beynəlxalq, şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili) sərnişin daşımalarının yerinə yetirilməsi ilə bağlı sifarişçinin keçirdiyi müsabiqədə iştiraka görə ödənişin məbləği”nin təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 21 avqust tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında telekommunikasiya vasitələri və qurğularının sertifikatlaşdırılması Qaydaları”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Beynəlxalq müsabiqədə qalib gələn tələbələrə diplomlar təqdim edilib

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 10 sentyabr tarixli 256 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının dövlət sərhədindən buraxılış məntəqələrinin sayı və yerləşdiyi ərazilərin siyahısı”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

UNEC kollektivi bu il də Novruz bayramını ahıl sakinlərlə qeyd etdi

Hakim partiyaların fəal dialoqu Azərbaycan-Çin münasibətlərinin inkişafına böyük töhfələr verir

“Daşkəsən rayonunda kartofçuluq təsərrüfatının inkişafına dəstək” layihəsinin icrasına başlanılıb

Azərbaycanda “Elektron kommunikasiya haqqında” qanun layihəsi hazırlanır

Abşeronda Novruz bayramı böyük izdihamla qeyd olunub

MEK Özbəkistanda türkdilli xalqlara həsr edilmiş beynəlxalq konfransda təmsil olunub

“Həvəsləndirmə və Biznes mükafatları” müsabiqəsi barədə məlumatlandırma görüşü keçirilib

Şəhid övladı Novruz tonqalını alovlandırdı

COP29 və elmi-texniki tərəqqi

Özbəkistan istehsal etdiyi yaşıl enerjini Azərbaycan üzərindən ixrac edəcək

Abşeronda Çanaqqala Zəfərinin 109–cu ildönümü qeyd olunub

Yens Stoltenberqin Bakı səfəri NATO-Azərbaycan münasibətlərinə töhfə verəcək – AÇIQLAMA