REGİONLAR


Naxçıvan Muxtar Respublikasında heyvandarlığın inkişafına 3 milyon manat ayrılıb

Bakı, 22 fevral, AZƏRTAC

Fevralın 22-də Azərbaycan Prezidenti İlham Əliyev “Naxçıvan Muxtar Respublikasında heyvandarlığın inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncam imzalayıb.

AZƏRTAC xəbər verir ki, Sərəncama əsasən, mal-qaranın cins tərkibinin yaxşılaşdırılması üçün süni mayalanma tədbirlərinin vacibliyi nəzərə alınaraq Süni Mayalanma Mərkəzinin yaradılması işlərinin həyata keçirilməsi məqsədilə “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.31.2-ci yarımbəndində göstərilmiş məbləğin 3 milyon manatı Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə ayrılır.

Sərəncamda qeyd olunur ki, ölkədə qeyri-neft sektorunun vacib tərkib hissəsi kimi aqrar sahənin inkişaf etdirilməsi prioritet istiqamətlərdəndir. Belə ki, əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair çoxşaxəli tədbirlər görülür, ərzaq və qida təhlükəsizliyinin birbaşa asılı olduğu aqrar sektorun inkişafına yönələn mühüm layihələr həyata keçirilir. Yeni qurulan və müasir avadanlıqla təchiz edilmiş infrastruktur, o cümlədən heyvanların cins tərkibinin yaxşılaşdırılması məqsədilə yaradılan süni mayalanma mərkəzləri heyvandarlığın inkişafında mühüm rol oynamaqdadır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.