Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

Naxçıvan Muxtar Respublikasında ilk milli hərbi hissənin yaradılmasının 29-cu ildönümü münasibətilə silsilə tədbirlər keçirilib VİDEO

Naxçıvan, 15 sentyabr, AZƏRTAC

Naxçıvan Muxtar Respublikasında ilk milli hərbi hissənin yaradılmasının 29-cu ildönümü münasibətilə Əlahiddə Ümumqoşun Orduda silsilə tədbirlər keçirilib, xidmətdə və döyüş tapşırıqlarının icrasında fərqlənən hərbi qulluqçular mükafatlandırılıblar.

Əlahiddə Ümumqoşun Ordunun mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, silsilə tədbirlərdə əvvəlcə şəhidlərimizin əziz xatirəsi yad edilib və Dövlət Himnimiz səsləndirilib.

Vətən müharibəsi iştirakçıları ilə görüşən Əlahiddə Ümumqoşun Ordu komandanı, general-polkovnik Kərəm Mustafayev 44 günlük müharibədə qazanılan Qələbədən danışıb. Bildirilib ki, güclü siyasi iradəyə, yüksək sərkərdəlik məharətinə malik ümummilli lider Heydər Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçiləndən cəmi dörd gün sonra - 1991-ci il sentyabrın 7-də Naxçıvan Müdafiə Komitəsi yaradılıb. 15 sentyabr 1992-ci ildə Müdafiə Komitəsinin bazasında yaradılan 5-ci Əlahiddə Gücləndirilmiş Motoatıcı Briqada Əlahiddə Ümumqoşun Orduya qədər inkişaf yolu keçib.

General-polkovnik Kərəm Mustafayev diqqətə çatdırıb ki, ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi ordu quruculuğu siyasətinin Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində 2016-cı ilin Aprel və 2018-ci ilin Günnüt zəfərlərini qazandıq, 2020-ci ildə 44 günlük Vətən müharibəsini şanlı qələbə ilə başa vurduq. Naxçıvan Muxtar Respublikasında Ali Məclis Sədrinin qayğısı ilə yeni hərbi hissələrin yaradılması, mövcud hərbi hissələrdə infrastrukturun müasirləşdirilməsi istiqamətində mühüm işlər görülür, böyük əhəmiyyətə malik layihələr icra olunur. Uzun illər müxtəlif mərhələlərdən keçərək formalaşmış Əlahiddə Ümumqoşun Ordu bu gün ən çətin döyüş tapşırıqlarını yerinə yetirməyə qadirdir.

Tədbirdə çıxış edən Vətən müharibəsi iştirakçıları kapitan Əli Kərimov və kapitan Rüfət Məmmədzadə döyüşlər barədə təəssüratlarını bölüşüb, müharibə iştirakçılarına, qazilərə və şəhid ailələrinə göstərilən qayğıdan danışıblar.

Çıxışların ardından Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçularına Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müvafiq Sərəncamları ilə müxtəlif orden və medallar, Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənovun əmrləri ilə müxtəlif medal və hərbi rütbələr, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun tapşırığına əsasən Əlahiddə Ümumqoşun Ordu Komandanı, general-polkovnik Kərəm Mustafayevin əmrləri ilə vaxtından əvvəl və növbəti hərbi rütbələr, fəxri fərman, pul mükafatı və qiymətli hədiyyələr təqdim edilib.

Qeyd edək ki, 7 sentyabr 1991-ci ildə ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə yaradılan və Əlahiddə Ümumqoşun Orduya qədər böyük bir inkişaf yolu keçən Naxçıvan Müdafiə Komitəsinin ilk sədri Elman Abbasov təyin edilib. Onun xüsusi xidmətləri sayəsində torpaqlarımızın qorunması daha da peşəkarlaşaraq müdafiə gücümüz nizami ordu halını alıb.

2021-ci il sentyabrın 7-də Azərbaycan Respublikası müdafiə nazirinin əmri ilə Abbasov Elman Abbas oğlu ölümündən sonra “Şücaətə görə” medalı ilə təltif olunub. Azərbaycan Respublikasının “Şücaətə görə” medalının təqdim edildiyi tədbirdə Elman Abbasovun oğlu Tural Abbasov və qardaşı Nizami Abbasov iştirak edib. Tədbirdə Əlahiddə Ümumqoşun Ordu komandanı, general-polkovnik Kərəm Mustafayev Elman Abbasovun ərazi bütövlüyümüzün qorunub saxlanılmasında xüsusi xidmətlərinə, öz xidməti vəzifələrini, Vətənin müdafiəsində hərbi borcunu yerinə yetirərkən şücaət göstərdiyinə görə təltif edildiyini diqqətə çatdırıb.

Elman Abbasovun oğlu Tural Abbasov göstərilən qayğıya görə minnətdarlıq edib və bunu Vətən, xalq qarşısında xidməti olan şəxslərə hərtərəfli dövlət qayğısı kimi dəyərləndirib.

X X X

İlk milli hərbi hissənin yaradılmasının 29-cu ildönümü münasibətilə Təlim-Tədris Mərkəzində keçirilən tədbirdə çıxış edən Əlahiddə Ümumqoşun Ordunun zabitləri polkovnik-leytenant Fariz Sərxanov və mayor Yalçın Ağayev, Azərbaycan Vətən Müharibəsi Veteranları və Şəhid Ailələri Naxçıvan Muxtar Respublika Təşkilatının Naxçıvan Şəhər Şöbəsinin sədri Zahid Cəfərov, Vətən müharibəsi iştirakçıları və digər qonaqlar Əlahiddə Ümumqoşun Ordunun keçdiyi döyüş yolundan danışıblar.

Hərbi hissələrin bədii özfəaliyyət kollektivlərinin ədəbi-bədii kompozisiya ilə çıxış etdiyi tədbirdə Naxçıvan Şəhər Mədəniyyət Şöbəsinin “Şəlalə” instrumental ansamblının solistləri vətənpərvər mahnılar ifa ediblər.

Sonda Əlahiddə Ümumqoşun Ordunun keçdiyi döyüş və inkişaf yolundan bəhs edən sənədli film nümayiş etdirilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Müəlliflə əlaqə

VİDEO

Naxçıvan Muxtar Respublikasında ilk milli hərbi hissənin yaradılmasının 29-cu ildönümü münasibətilə silsilə tədbirlər keçirilib  VİDEO

Avropada dizel yanacağı bahalaşıb

Hüquq-mühafizə bölmələri başçılari komitəsinin iclasi keçirilib

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məlumatı

Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan poçt markalarının möhürlənməsi mərasimi olub

Bu gün SSRİ Xalq artisti Firəngiz Əhmədovanın doğum günüdür

DGK sədri Beynəlxalq Narkotiklərlə Mübarizə konfransında iştirak edib

2030-cu ilədək vərəmə son qoyulmalıdır

Ombudsman: Azərbaycan Qarabağın erməni sakinlərinin hüquq və azadlıqlarının müdafiəsinə təminat verir

Akademik İsa Həbibbəyli Beynəlxalq Elmi Şuranın Assambleyasının iclasında çıxış edib

Türkiyənin iki professoru MDU-da fəaliyyətə başlayıb

Kibertəhlükəsizlik sahəsində tədbirlərin keçirilməsi ölkəmizdə kiberməlumatlılığın artmasının bariz nümunəsidir

Bakıda “İdman hamı üçün” layihəsi çərçivəsində veloyürüş təşkil edilib

Fərdi sahibkar bank hesabı açmaq üçün nə etməlidir?

Bu gün Çində XIX Asiya oyunları start götürəcək

İmişlidə “Biz həmişə sizinləyik!” bədii-sənədli filmi böyük maraqla qarşılanıb

Nazirlik: Məktəblərdə hər 11 şagirdə 1 kompüter düşür

Xəzər Universiteti 23-cü Çin Beynəlxalq Sənaye Sərgisində təmsil olunub

Ölkə ərazisində hava əsasən yağmursuz keçəcək

Albert Aqarunovun vurduğu erməni tankı demontaj olunub və Bakıya gətirilib

Şəhid və qazi ailələrinin üzvləri üçün tibbi aksiya keçirilir

Peşə təmayüllü siniflərdə təhsil alan məzunların qəbul nəticələri açıqlanıb

İrakli Qaribaşvili: Gürcüstan regionda daimi sülh naminə Azərbaycan və Ermənistanla işləməyə hazırdır

Azərbaycan Cənubi Qafqazın münaqişə deyil, sülh, əməkdaşlıq regionu kimi tanınmasını istəyir - AÇIQLAMA

Azərbaycanın Rus İcması: Cənubi Qafqazda sülhün, inkişaf və tərəqqinin vaxtı gəlib çatıb

FHN: Ötən sutka ərzində 16 halda yanğına çıxış olub, bir nəfər xilas edilib

Qəbələdə şəhidlərin xatirəsinə həsr edilən film nümayiş olunub

Şəhid gizirin son arzusu yerinə yetirildi VİDEO

Azərbaycan Silahlı Qüvvələri Qarabağdakı qanunsuz erməni hərbi birləşmələrini müasir silahlarla məhv etdi – ŞƏRH

DYP “Məktəblinin yol dostu” layihəsinə start verib

Co Bayden avtomobil sənayesi işçilərinin piketinə qoşulacaq

İlin birinci yarısında Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti 391,6 milyondan çox zərərli keçidi bloklayıb

Azərbaycan millisinin futzalçısı: Bakıda qələbə qazanmaq, Astanada isə uduzmamaq lazımdır

“MDB-nin iştirakçı dövlətlərində əhalinin sağlamlığı” strategiyası üzrə növbəti Tədbirlər Planı təsdiq edilib

Elmir Vəlizadə: Ötən 20 ildə Azərbaycanda informasiya texnologiyaları sahəsində mühüm addımlar atılıb

Anqolada Azərbaycan musiqisinin dünyada təbliği ilə bağlı layihə həyata keçirilir

Azərbaycan minifutbol millisinin heyəti açıqlanıb

Azərbaycanın daha üç güləşçisi dünya çempionatında mübarizəyə başlayır

“Günaybank” ASC-nin balansındakı daşınar əmlaklar açıq hərraca çıxarılacaq

Prezident: Azərbaycan ilə Səudiyyə Ərəbistanı arasında qarşılıqlı etimada və dəstəyə əsaslanan münasibətlərə xüsusi əhəmiyyət veririk

Nazir Sumqayıt Dövlət Universitetinin professor-müəllim heyəti ilə görüşüb

Gürcüstanlı parlamentarilər Ulu Öndərin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər

Müharibə əlilləri və veteranlara göstərilən psixoloji-reabilitasiya xidmətləri ilə bağlı müzakirələr aparılıb

İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Əlahəzrət Salman bin Əbdüləziz Al Səuda

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti 120-dən artıq dövlət qurumu ilə iş aparıb

Hesablama Palatası Koreya Respublikasının Audit və Təftiş Şurası ilə əməkdaşlığı genişləndirir

UNESCO: “Azıx və Tağlar mağaraları- Azərbaycanın tarixdən əvvəlki yerləri” adlı nominasiya İrs Komitəsinin İlkin siyahısına daxil edilib VİDEO

Premyer Liqa: “Neftçi” “Zirə”nin qonağı olacaq

Azərbaycana payız gəldi

Bakı üzrə 18 təhsil müəssisəsində 150-yə yaxın şagird inklüziv təhsilə cəlb edilib

Əməkdar mədəniyyət işçisi Əsəd Əsədov dünyasını dəyişib

Azərbaycanlılara qarşı soyqırımına ilk siyasi və hüquqi qiyməti Ümummilli Lider verib – Qusarda tədbir

NASA təhlükəli asteroidin Yerlə toqquşa biləcəyi barədə xəbərdarlıq edib

Dövlət xətti ilə 3951 mənzil kirayə verilib

Siyasət Əsgərov: Yaratdığımız imkanlardan istifadə edə bilmədik

İpoteka və Kredit Zəmanət Fondunun xətti ilə 46 min 963 ipoteka krediti verilib

BMT-də keçirilən “Dekolonizasiya: Sakit İnqilab” konfransının yekun bəyanatı qəbul olunub

Azərbaycanın dövlət qurumlarının “İnformasiya Texnologiyaları rəhbərlərinin II Zirvə toplantısı” keçirilir

Bu gün görkəmli yazıçı Sabit Rəhmanın anım günüdür

Bakıda keçirilən Böyük Dəbilqə turnirinin ikinci günündə 10 cüdoçu tatamiyə çıxacaq

Pakistan ayrı-seçkilik etmədən terrorla mübarizə aparmağın zəruriliyini vurğulayıb

Avstraliya 2029-2030-cu illər üçün BMT Təhlükəsizlik Şurasına üzv olmaq istəyir

Tayvanda fabrikdə baş verən yanğında ölənlərin sayı 5 nəfərə çatıb

Xocavəndin Qarakənd yaşayış məntəqəsi yaxınlığında tərk edilmiş döyüş mövqeyi FOTO VİDEO

Roma Papası: Aralıq dənizi nəhəng qəbiristanlığa çevrilib

Kolumbiyanın aparıcı telekanalında Azərbaycan Ordusunun antiterror tədbirləri barədə geniş süjet yayımlanıb

Avropa Komissiyası qeyri-qanuni immiqrasiya ilə mübarizənin gücləndirilməsi üçün Tunisə 127 milyon avro yardım ayıracaq

COVID-19 pandemiyası zamanı gənclərdə şəkərli diabet xəstəliyi artıb

Alimlər biləkdən ölçülən temperaturla xəstəliyə diaqnoz qoymağın mümkün olduğunu bildirirlər

Səkkiz ayda 353 milyon dollar dəyərində plastmas və ondan hazırlanan məmulatlar idxal edilib

Papa Fransisk Fransada apostol səfərindədir

Depressiya diqqəti azaldır, qərar qəbul etməyə mane olur

İtaliyanın Siciliya adasında meşə yanğınları davam edir

Vyanada keçirilən mədəniyyət həftəsində Azərbaycan milli geyimləri təqdim olunub VİDEO

Serbiyalı nazir: Rusiyanın Ukraynaya hücumunu pisləyirik

BMT rəsmisi Qarabağ bölgəsində yaşayan erməni sakinlərin reinteqrasiyası ilə bağlı təşəbbüslər barədə məlumatlandırılıb

Qara metal və ondan hazırlanan məmulatların idxalı artıb

ABŞ dövlət katibinin müavini nüvə silahına malik olan ölkələri sınaqlardan çəkinməyə çağırıb

Ceyhun Bayramov İƏT və ASEAN üzv Dövlətlərinin Xarici İşlər Nazirlərinin 15-ci Birgə İclasına sədrlik edib

Robert Menendez ABŞ Senatının komitə rəhbəri vəzifəsindən istefa verib

Corcio Napolitano üçün İtaliya Senatında cənazə otağı qurulacaq

Qırğızıstanda Türk Əməkdaşlıq Təşkilatlarının ortaq layihəsi təqdim olunub

Daxili İşlər Nazirliyi özlərini qazi kimi təqdim edən şəxslərin intihara cəhd görüntüləri ilə bağlı açıqlama yayıb

Hansı hallarda vergi orqanı bazar qiyməti tətbiq edə bilər?

Türkiyənin xarici işlər naziri ABŞ-ın Dövlət katibi ilə Qarabağdakı vəziyyəti müzakirə edib

Üçqat dünya çempionu: Medalımı Azərbaycan hərbçilərinə həsr edirəm

“Gaceta UNAM”: Azərbaycan Avrasiya regionunun enerji xəritəsini dəyişərək, mühüm nəqliyyat və enerji mərkəzinə çevrilib

Azərbaycanın xarici işlər naziri rusiyalı həmkarı ilə bölgədəki son vəziyyəti müzakirə edib

Pakistan Azərbaycanın ərazi bütövlüyünü və suveren ərazilərində həyata keçirdiyi legitim addımları dəstəkləyir

Göyçayda şəhid ailələri ziyarət edilir

Naxçıvan üzrə 4691 obyektdə uçot məlumatlarının dürüstləşdirilməsi aparılıb

Azərbaycan və UNAOC arasında əməkdaşlıq məsələləri müzakirə olunub

Rusiya Hökumətinin kvotası üzrə təhsil almaq məqsədilə müraciət edənlər üçün məsləhətləşmələr keçirilib

Azərbaycanın iki güləşçisi dünya çempionu olub, biri gümüş medal qazanıb

İtaliyanın keçmiş prezidenti vəfat edib

Azərbaycanın xarici işlər naziri albaniyalı həmkarı ilə görüşüb

Azərbaycan Cənubi Qafqazın sülh və əməkdaşlıq məkanına çevrilməsində mühüm təşəbbüslərlə çıxış edir - ŞƏRH

Kikboksinq üzrə XXVII Azərbaycan Çempionatı və Birinciliyinin təntənəli açılış mərasimi keçirilib

Ulu Öndərin qəbul etdiyi strateji qərarlar Azərbaycanın bugünkü inkişafına zəmin yaradıb

İndoneziya sahillərində 5,7 bal gücündə zəlzələ baş verib

Ceyhun Bayramov “77-lər Qrupu” və JCC-nin xarici işlər nazirləri səviyyəsində iclasına həmsədrlik edib