Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

Naxçıvan Muxtar Respublikasında təhsil sahəsində quruculuq işləri uğurla davam edir

Naxçıvan, 14 sentyabr, AZƏRTAC

Ölkəmizdə olduğu kimi, onun ayrılmaz tərkib hissəsi olan muxtar respublikada təhsilin inkişafına hərtərəfli diqqət və qayğı göstərilir, bu sahədə ardıcıl tədbirlər həyata keçirilir, təhsil müəssisələrinin maddi tədris bazası möhkəmləndirilir, infrastrukturu yenilənir. Təhsilin səviyyəsinin yüksəldilməsi məqsədilə ötən dövr ərzində muxtar respublikada 200-dən çox təhsil müəssisəsi üçün binalar tikilib və ya əsaslı şəkildə yenidən qurulub.

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, muxtar respublikada təkcə 2018-2020-ci illərdə, ümumilikdə, 16 yeni məktəb binası yenidən bərpa olunub, təhsil müəssisələri lazımi avadanlıqlarla təchiz edilib, məktəblərdə şagirdlərə təhsil almaq üçün əlverişli şərait yaradılıb.

Əvvəlki illərdə olduğu kimi, 2020-ci ildə də təmir-tikinti işlərinin önündə təhsil quruculuğu dayanır. Təkcə 2020-ci ilin birinci yarım ili ərzində 656 şagird yerlik 2 ümumtəhsil məktəbi tikilərək və ya əsaslı şəkildə yenidən qurularaq istifadəyə verilib. Bu dövr ərzində aparılan kompleks quruculuq və abadlıq işləri sırasında Vənənd kənd tam orta məktəbi də yer alıb. Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2019-cu il 1 avqust tarixli Qərarı ilə Dizə kənd tam orta məktəbi Vənənd kənd tam orta məktəbinə birləşərək müasir tədris şəraiti ilə təmin olunub, 2020-ci il yanvarın 13-də müəllim və şagirdlərin istifadəsinə verilib.

Tədrisin keyfiyyətinin yüksəldilməsi üçün geniş imkanlar açan müasirtipli, 432 şagird yerlik məktəbdə 3-ü elektron lövhəli olmaqla, 27 sinif otağı, hərbi kabinə, kimya, biologiya və fizika laboratoriyaları, şahmat, kompüter sinifləri, müəllimlər otağı, kitabxana, bufet, idman zalı və açıq idman qurğuları fəaliyyət göstərir.

Bərpa edilərək müasir maddi-texniki təchizatla, avadanlıqla 18 may 2020-ci ildə pedaqoji kollektivin və şagird kontingentinin ixtiyarına verilən Şərur rayon Muğancıq-Mehrab kənd tam orta məktəbində də şagirdlərin rahat təhsil almaları üçün geniş imkanlar yaradılıb. Ötən tədris ilində 224 şagird yerlik müasirtipli yeni məktəb binasında 83 şagird təhsil alıb. Məktəbdə 3-ü elektron lövhəli olmaqla, 16 sinif otağı, hərbi kabinə, kimya, biologiya və fizika laboratoriyaları, şahmat, kompüter sinifləri, müəllimlər və psixoloq otaqları, kitabxana, bufet, idman zalı və açıq idman qurğuları fəaliyyət göstərir.

İstifadəyə verilən Vənənd və Muğancıq-Mehrab kənd tam orta məktəblərində yaradılan müasir tədris şəraiti həmin məktəblərdə tədrisin səviyyəsinin artmasına, daha yüksək nəticələrin əldə olunmasına, bilikli və vətənpərvər gənclərin yetişdirilməsinə geniş imkanlar açır.

Hazırda uğurlu quruculuq işlərinin davamı olaraq Şərur rayon Qaraburc kənd ümumi orta, Şəhriyar, Babək rayon Nəcəfəlidizə, Ordubad şəhər 1 nömrəli, rayonun Nüsnüs, Culfa rayon Camaldın kənd tam orta məktəbləri, həmçinin Culfa Rayon Təhsil Şöbəsi və məktəbdənkənar təhsil müəssisələri üçün inzibati binada da əsaslı təmir-bərpa işləri aparılır.

Yenidən bərpa olunaraq müasir təhsil ocaqları sırasına qoşulmağa hazırlaşan Məhəmməd Tağı Sidqi adına Ordubad şəhər 1 nömrəli tam orta məktəb də yeni imkanlarla şagirdlərin ixtiyarına veriləcəkdir. 558 şagird yerlik, zirzəmi ilə birlikdə 3 mərtəbədən ibarət olacaq yeni məktəb binasında sinif, müəllimlər və direktor otaqları, kitabxana və yardımçı otaqlar, laboratoriya, kompüter, şahmat və elektron lövhəli otaqlar, idman zalı və hərbi kabinə yenilənəcək.

Culfa rayon Camaldın kənd tam orta məktəbi də yenidən bərpa olunur. Artıq məktəbdə tikinti işləri yekunlaşmaq üzrədir. 252 şagird yerlik yeni bina 2 mərtəbəli olacaq. Məktəb müasir tədris texnologiyaları və avadanlıqları, dərslik və dərs vəsaitləri, bədii ədəbiyyatla təmin ediləcək.

Yeni tikilən təhsil ocaqlarından biri də 2 mərtəbə və 3 korpusdan ibarət olacaq Culfa Rayon Təhsil Şöbəsinin yeni binasıdır. Binanın birinci mərtəbəsində rayon Təhsil Şöbəsinin tabeliyində fəaliyyət göstərəcək 13 otaqdan ibarət 3 məktəbdənkənar təhsil müəssisəsi – Gənc Turist və Diyarşünaslıq, Texniki Yaradıcılıq və Uşaq- Gənclər Yaradıcılıq mərkəzləri fəaliyyət göstərəcək. Uşaq Gənclər Yaradıcılıq Mərkəzində rəqs, memarlıq, rəsm, qum sənəti, xalçaçılıq, Texniki Yaradıcılıq Mərkəzində xidməti otaq, robotexnika, büjiteriya, ağac üzərində oyma, ağac üzərində yandırma, mental aritmetik, Gənc Turist və Diyarşünaslıq Mərkəzində isə toxuma, bədii tikmə, heykəltəraşlıq və dulusçuluq dərnəkləri yaradılacaq.

Binanın ikinci mərtəbəsində isə Culfa Rayon Təhsil Şöbəsi üçün 12 iş otağı və akt zalı yerləşəcək.

Hazırda binada son tamamlama işləri görülür, həyətyanı sahədə abadlıq işləri aparılır. Bundan əlavə, binanın arxa hissəsinin zirzəmisində elektrik otağı və qazanxana yerləşir. Həmçinin burada işıqlandırma sistemi, yaşıllıq zolağı və gülkarlıq da yaradılacaq.

Ordubad rayon Nüsnüs kənd tam orta məktəbi də yenilənən məktəblər sırasındadır. İki mərtəbə və zirzəmidən ibarət köhnə məktəb binasında mart ayından başlayaraq əsaslı təmir işləri aparılır. 414 şagirdin təhsil alması üçün nəzərdə tutulan yeni məktəb binasında da müasir tədris şəraiti yaradılacaq.

Əsaslı şəkildə yenidən qurulacaq Şərur rayon Qaraburc kənd ümumi orta məktəbində də tikinti işləri sürətləndirilib. Müəllim və şagirdlərin istifadəsinə veriləcək 3 mərtəbədən ibarət 120 şagird yerlik müasirtipli məktəb tədrisin keyfiyyətinin yüksəldilməsi üçün ən müasir avadanlıqlarla təchiz ediləcək.

Geniş imkanların yaradılacağı 2 mərtəbədən ibarət Şəhriyar kənd tam orta məktəbi 226 şagird yerlik olacaq. Müasir görkəmi ilə göz oxşayacaq təhsil ocağında internetə çıxışı olan kompüter və elektron lövhə quraşdırılacaq, kitabxana fondu da zənginləşdiriləcək. Binanın həyətində abadlıq işləri aparılacaq, müasir işıqlandırma sistemləri quraşdırılacaq.

2001-ci ildə istifadəyə verilmiş Babək rayon Nəcəfəlidizə kənd tam orta məktəbində cari ilin mart ayından başlayaraq geniş quruculuq işləri aparılır. Cəmi 7 otaqdan ibarət 50 şagird yerlik köhnə tikili müasir tələblərə cavab verən 3 mərtəbədən ibarət 78 şagird yerlik 13 sinif otaqlı bina ilə əvəz ediləcək.

Yeni təhsil ocaqlarında keçilən dərslərin keyfiyyətini artırmaq məqsədilə şahmat sinfi, kitabxana, elektron lövhəli sinif, hərbi kabinə, laboratoriya otaqları və idman zalı, qazanxana və bufet olacaq.

Bütün bunlar muxtar respublika rəhbəri tərəfindən təhsilin inkişafına böyük töhfədir. Onu da qeyd etmək yerinə düşər ki, muxtar respublikada təhsillə bağlı həyata keçirilən tədbirlərin real nəticələridir ki, yeni məktəblər təhsil göstəricilərinin yüksək olması ilə fərqlənir. Müasir şəraitə malik bu təhsil ocaqlarında şagirdlər də yaxşı oxumalı, gələcəkdə cəmiyyətdə layiqli yer tutmaq üçün bilikli, savadlı olmalıdırlar.

Ali Məclis Sədrinin müntəzəm dəstəyi və qayğısı sayəsində muxtar respublikada yeni məktəblər inşa edilir, ucqar yaşayış məntəqələrindəki kiçik kontingentli məktəblər müasirtipli binalarla əvəz edilir. Ümumtəhsil məktəblərinin əsaslı təmiri və maddi tədris bazasının möhkəmləndirilməsi, infrastrukturunun yenidən qurulması sahəsində aparılan işlərin ardıcıl davam etdirilməsi, bütövlükdə, ümumi təhsilin keyfiyyətinin yaxşılaşmasına, təlim-tərbiyə şəraitinin, pedaqoji kollektivlərdə iş əzminin yüksəlməsinə müstəsna dərəcədə əhəmiyyətli təsir göstərib.

Dövlət ümumtəhsil məktəblərində məktəbəhazırlıq qruplarının yaradılması, eləcə də fənlərin məzmununun təkmilləşdirilməsi şagirdlərin yaradıcılıq qabiliyyətinin, idrak fəallığı və dünyagörüşünün genişləndirilməsində böyük rol oynayıb. Bununla yanaşı, muxtar respublikanın təhsil müəssisələrində şagirdlərin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi istiqamətində bir sıra pilot layihə və müsabiqələr təşkil edilib, məktəb və valideyn əlaqələrinin möhkəmləndirilməsi və yerli təhsil orqanları ilə ümumi təhsil müəssisələri arasında əməkdaşlığın gücləndirilməsi sahəsində məqsədyönlü işlər aparılıb. Muxtar respublika məktəbliləri arasında fənn olimpiadalarının təşkili şagirdlərimizin respublika fənn olimpiadalarında və digər beynəlxalq bilik yarışlarında ildən-ilə daha da çox uğur qazanmaları ilə nəticələnir. Təhsilin keyfiyyətinin müasir çağırışlara uyğunlaşdırıldığı, xüsusilə də inteqrasiya meyillərinin getdikcə gücləndiyi bir dövrdə gənc nəslin vətənpərvərlik, milli-mənəvi dəyərlərə sadiqlik ruhunda tərbiyə edilməsi bu sahədə qarşıda duran əsas vəzifələrdən biridir.

Ümumiyyətlə, bu gün muxtar respublikada yeni məktəblərin tikintisi, digərlərində aparılan əsaslı təmir işləri, əlavə korpusların inşası böyük vüsət alıb. Təhsil sahəsində həyata keçirilən bu məqsədyönlü tədbirlər gələcəyimiz olan şagirdlərin inkişafına xidmət edir.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Ötən gün aşkarlanan və təhvil götürülən silah-sursatın sayı açıqlanıb

“Deloitte” Azərbaycanda fəaliyyətini genişləndirir

Yevgeni Mixaylov: Cənubi Qafqazın təhlükəsizliyi Azərbaycanın və Rusiyanın diqqət mərkəzindədir – ŞƏRH

DİN: Cinayət törətməkdə şübhəli bilinən 55 nəfər saxlanılıb

Azərbaycan nefti bahalaşıb

Bakıda Qırğız kino günlərinin açılışı olub

Azərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurasının iclası keçirilib

Çin “Şencou-18” kosmik missiyasını orbitə göndərməyə hazırlaşır

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur - SİYAHI

Kürdəmirdə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıb

Təzadlı obrazlar ustası

Panama sahillərində zəlzələ qeydə alınıb

Şimali Koreya nümayəndə heyəti son 5 ildə ilk dəfə İrana səfər edib

Hindistan 250 kilometr mənzilli ballistik raketi sınaqdan keçirib

Professor Merab Kiladze: Gürcüstan və Azərbaycan həkimləri tibbin bütün sahələrində uğurlu əməkdaşlıq edirlər

“Diaspor Akademiyası” layihəsi çərçivəsində səkkizinci təlim keçirilib

Varşava Azərbaycan Evində karyera təlimləri davam edir

BEA: Elektromobillərin qlobal satışları 2024-cü ildə rekord həddə çatıb

ABŞ Dövlət katibi Rusiyanı Çində müzakirə edəcək

Səfir Nazim Səmədov etimadnamələrini Qambiya Prezidentinə təqdim edib

Tədqiqat: Zərərli qidaların niyə xərçəngə səbəb olduğu məlum olub

Bayden ABŞ-ın yeganə dünya lideri olduğunu söyləyib

“Yuventus” İtaliya Kubokunun finalına yüksəlib

Premyer Liqa: “Arsenal” London derbisində “Çelsi”ni darmadağın edib

Senat ABŞ-ın Ukraynaya hərbi yardımını təsdiqləyib

Bosniya və Herseqovina Rəyasət Heyətinin sədri COP29-da iştiraka dəvət olunub

“COP29 və Azərbaycan üçün Yaşıl Baxış” forumu Gürcüstan mətbuatının diqqət mərkəzində olub

Milanda gecə saatlarında pizza və dondurma yemək qadağan olunacaq

İNALCO: Türk Mədəniyyəti və Dilləri Günündə Azərbaycan mədəniyyəti təqdim olunub

Ukrayna mülki aviasiyanın modernləşdirilməsinə dair sazişi ləğv edib

Rusiya müdafiə nazirinin müavini saxlanılıb

Nikol Paşinyan: Ermənistanın beynəlxalq səviyyədə tanınmış sərhədlərindən kənarda heç bir ambisiyası yoxdur

Dövlət Departamenti: ABŞ Rusiyanın enerji sektoruna qarşı sanksiyaları davam etdirəcək

Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasının məlumatı

Rusiya XİN Bakı və İrəvan arasında sülh müqaviləsinin razılaşdırılmasının zəruri olduğunu bildirib

Bolat Nurqaliyev: Sülh prosesi başlayandan sonra Azərbaycan dünya səviyyəsində əhəmiyyətli dərəcədə yüksəlib VİDEO

Rusiya Prezidenti son 12 ildə BAM-ın gücünün üç dəfə artdığını açıqlayıb

Milli Məclisin növbəti plenar iclasında 18 məsələ müzakirə olunub

Ombudsman britaniyalı müəllifin təşəbbüsü ilə hazırlanan kitab üçün müsahibə verib

İmişlidə “Mercedes” marketə çırpılıb, yeniyetmə son anda qəzadan xilas olub: anbaan görüntülər VİDEO

AMB sədrinin rəhbərliyi ilə Azərbaycanın Bankçılıq Missiyası ABŞ-da işgüzar səfərdədir

Xankəndi şəhərində tapdığı silah-sursatları polisə təhvil verməyən şəxs saxlanılıb

"Azərreyl"in kapitanı: Xoşbəxtəm ki, əziyyətimizin bəhrəsini gördük

Azərbaycan Prezidentinin Rusiya səfəri iki ölkə arasında əməkdaşlıq baxımından tarixi önəm daşıyır ŞƏRH

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin hesabat yığıncağı keçirilib

Azərbaycan Afrika və Yaxın Şərqin ən böyük kənd təsərrüfatı sərgilərindən birində təmsil olunur

SOCAR-ın prezidenti Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdəki səfiri ilə görüşüb

Azərbaycan və İspaniya iqtisadi-ticarət əlaqələrinin inkişaf etdirilməsini müzakirə edib

Portuqaliyalı ekspert: Azərbaycanda keçiriləcək COP29 iqlim dəyişikliyi ilə bağlı qlobal problemlərin həlli üçün daha səmərəli olacaq VİDEO

® “Rabitəbank”dan Ümumdünya Kitab Günündə Ağdam kənd məktəbinə dəstək

Azərbaycan-Əlcəzair əlaqələrinin daha da inkişaf etdirilməsi imkanları müzakirə olunub

Pekində “Azərbaycanda investisiya və ticarətin təşviqi” konfransı keçirilib VİDEO

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar

Ombudsman Aparatı uşaq hüquqları ilə bağlı təlim təşkil edib

Avstriyalı ekspert: Prezident İlham Əliyevlə görüşümüz çox maraqlı və faydalı oldu

“Laçın” dövlət sərhədindən buraxılış məntəqəsinin qurulmasının ildönümü münasibətilə silsilə tədbirlər keçirilib

MSN-in istehsal etdiyi silahlar Vətən müharibəsində və antiterror tədbirlərində düşmənə gücünü döyüş şəraitində göstərib

Ceyms Şarp: COP29-a ev sahibliyi etmək Azərbaycan üçün geniş imkanlar yaradacaq

Qarabağ Regional DOST Mərkəzində 300-dək şəxsə reabilitasiya xidmətləri göstərilib

Alman filosofu İmmanuel Kantın 300 illiyinə həsr olunmuş ümuminstitut seminarı keçirilib

Ceyhun Bayramov Çexiyanın “CEVRO” İnstitutunda ölkəmizin xarici siyasət prioritetlərindən danışıb

Voleybol üzrə Azərbaycan çempionatlarının qalibləri mükafatlandırılıb

Peşə təhsil müəssisələrinin məzun və tələbələri "Casa Culinary Cup 2024" yarışmasında qalib olublar

Qazaxıstanlı doktorantlar Neft və Qaz İnstitutunda təcrübə keçiblər

Prezident İlham Əliyevin Norveç Baş nazirinə ünvanladığı COP29-a dəvət məktubu səfirə təqdim edilib

Prezident İlham Əliyev Azərbaycanın uğurlarının səbəbini açıqlayıb

Qarşılıqlı anlaşma və möhkəm təmələ əsaslanan Azərbaycan-Rusiya münasibətləri ŞƏRH

Azərbaycan ilə Qırğızıstan arasında mədəniyyət sahəsində əməkdaşlığın genişləndirilməsi üçün münbit zəmin mövcuddur

Tədqiqat bəzi meşələrin iqlim dəyişikliyinə müqavimətdə mühüm rolunu üzə çıxarıb

BDU-nun tələbə və əməkdaşları Gənclər Fondunun qrant müsabiqəsinin qalibi olublar

“Hibrid enerji sistemləri və onların gələcək perspektivləri” - elmi seminar

ABŞ Konqresi üzvlərindən ibarət nümayəndə heyəti ölkəmizdə mövcud mina problemi barədə məlumatlandırılıb

AzTU-da Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin IV dalğası barədə infosessiya keçirilib

Prezident: Quru sərhədlərin bağlı qalmasından sonra Azərbaycanda təhlükəsizliyin gücləndiyini görürük

® “PAŞA Holding” üçün taksi biznesində növbəti mərhələ

Qarbi Abdelbaset: QH çərçivəsində əlaqələr Əlcəzair-Azərbaycan münasibətlərin inkişafına imkan yaradıb

“Azərreyl”in qadın komandası da Azərbaycan çempionu olub

Prezident İlham Əliyev: Biz qonşularla yaxşı və bəzi hallarda əla münasibətlər qura bilmişik

Baş prokuror paytaxtın Sabunçu rayonunda vətəndaşları qəbul edib

ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev forumda iştirak edib YENİLƏNİB VİDEO

“Reuters”: İlon Maskın “SpaceX” şirkətində xəsarət alan işçilərin sayı artır

Türkiyə millisinin futbolçusu Fransada üçüncü dəfə qarət olunub

Magistraturaya ikinci cəhd qəbul imtahanı keçiriləcək

Çexiya cəmiyyəti avroya keçməyə hazırdır?

Nərimanov rayonunda məktəblilərə narkotiklərin zərərli təsiri barədə məlumat verilib

Beynəlxalq ekspert: Azərbaycanın yaşıl enerji keçidində liderliyi beynəlxalq əməkdaşlıq üçün strateji imkandır – MÜSAHİBƏ

Yağış Şamaxıda bəzi fəsadlar törədib VİDEO

Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunmuş elmi seminar

® Balaxanı Əməliyyat Şirkəti ərazilərində ağacəkmə işləri həyata keçirilir

Əqli Mülkiyyət Agentliyinin və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə konfrans keçirilib - YENİLƏNİB-2 VİDEO

Kənd təsərrüfatı nazirinin müavini Qusarda vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Əlcəzair parlamentarisi: Azərbaycanla əməkdaşlıq üçün geniş imkanlar mövcuddur

Şəkidə ağacəkmə aksiyası keçirilib

Azərbaycan Prezidenti: Azərbaycanda ciddi və ya potensial qaydada yarana biləcək hər hansı risk yoxdur

BAM-ın ərsəyə gəlməsində Heydər Əliyevin bənzərsiz xidmətləri ŞƏRH

Azərbaycan Prezidenti: Biz özümüzü həm Avropada, həm də dünyanın Şərq hissəsində rahat hiss edirik

Ədəbiyyat İnstitutunda Abdulla Şaiqin “Türk çələngi” kitabı təqdim edilib

Xankəndi şəhərindəki tibb müəssisəsində ilk körpə dünyaya gəlib

Prezident: Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər göstərilir

Debora Zakuto: Fikrimcə Aida Mahmudovanın əsərlərindəki rəng ahəngi təbiətin onun həyatındakı rolunu göstərir