REGİONLAR


Naxçıvan Muxtar Respublikasında ümumi daxili məhsul istehsalı 1 milyard 279 milyon manatı ötüb

Naxçıvan, 19 iyul, AZƏRTAC

Naxçıvan Muxtar Respublikasında inkişafı xarakterizə edən əsas göstərici kimi 2019-cu ilin yanvar-iyun aylarında ümumi daxili məhsul istehsalı 1 milyard 279 milyon 637 min manatdan artıq olub ki, bu da bir il öncəki göstəricidən 1,4 faiz çoxdur.

Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, hər bir nəfərə düşən ümumi daxili məhsul isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 1,9 faiz artaraq 2801 manatı ötüb. Ümumi daxili məhsulun tərkibində ilk yeri 29,9 faizlik payla sənaye sahəsi tutub və maddi istehsalın payı 57,6 faiz təşkil edib.

2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 2019-cu ilin yanvar-iyun aylarında sənaye məhsulu 1,4 faiz, əsas kapitala yönəldilən vəsaitlər 1,2 faiz, kənd təsərrüfatı məhsulu 2,8 faiz, nəqliyyat sektorunda yük daşınması 2,3 faiz, informasiya və rabitə xidmətləri 3,9 faiz artıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.