REGİONLAR


Naxçıvan Muxtar Respublikasının Dövlət Vergi Xidmətində keçirilən seminarda vergi qanunvericiliyi məsələləri müzakirə edilib

Bakı, 16 iyun, AZƏRTAC

Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətinin dəvəti ilə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Tədris Mərkəzi tərəfindən maarifləndirici seminar təşkil olunub.

AZƏRTAC Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, tədbiri giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətinin rəis müavini Fərrux Əkbərov muxtar respublikada vergiödəyiciləri üçün əlverişli biznes mühitinin yaradıldığını, vergi daxilolmaları üzrə proqnozların artıqlaması ilə yerinə yetirildiyini bildirib. Vergi Məcəlləsinə edilmiş əlavələr və dəyişikliklər, vergitutma sahəsində beynəlxalq təcrübə, xidmətlərin elektronlaşdırılması və digər istiqamətlərdə məlumatlandırma və təcrübə mübadiləsinin zəruriliyi diqqətə çatdırılıb, bu baxımdan Tədris Mərkəzi tərəfindən keçirilən seminarın mühüm əhəmiyyət kəsb etdiyi vurğulanıb.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Tədris Mərkəzinin rəis müavini Mirəli Kazımov mərkəzin əsas fəaliyyət istiqamətləri barədə məlumat verib, bu tədris ocağının dövlət vergi orqanlarında çalışan əməkdaşların peşə hazırlığı səviyyəsinin yüksəldilməsi və müasir informasiya texnologiyalarından faydalanması üçün zəruri biliklərin mənimsəməsinə xüsusi diqqət yetirdiyini vurğulayıb.

Bildirilib ki, mərkəzdə təkcə vergi orqanlarında deyil, digər dövlət qurumları və təşkilatlarda çalışanlar, eləcə də müstəqil şəxslər üçün vergi işi üzrə əlavə təhsil imkanları, vergi sisteminə dair elmi tədqiqatların aparılması, tədris prosesində müasir təlim metodlarından və informasiya texnologiyalarından istifadə ilə bağlı hərtərəfli şərait mövcuddur.

Seminar çərçivəsində Tədris Mərkəzinin əməkdaşları “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestrinin həyata keçirilməsi prosedurları”, “Vergi Məcəlləsinə edilmiş son əlavə və dəyişikliklər” mövzularında təqdimatlarla çıxış ediblər. Qeyd olunan mövzular ətrafında qarşılıqlı fikir mübadiləsi aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Tədbirdə xidmətin və onun yerli qurumlarının əməkdaşları iştirak ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.