REGİONLAR


“Naxçıvan Muxtar Respublikasının kənd təsərrüfatı elektron informasiya sistemi” yaradılır

Naxçıvan, 27 yanvar, AZƏRTAC

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov yanvarın 27-də “Naxçıvan Muxtar Respublikasının kənd təsərrüfatı elektron informasiya sistemi” haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə Fərman imzalayıb.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, fərmanda deyilir: “Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq, aqrar sahədə elektron xidmətlərin tətbiqi və elektron informasiya sisteminin yaradılması məqsədilə qərara alıram:

1. “Naxçıvan Muxtar Respublikasının kənd təsərrüfatı elektron informasiya sistemi” haqqında Əsasnamə” təsdiq edilsin.

2. Naxçıvan Muxtar Respublikasının Kənd Təsərrüfatı Nazirliyi Naxçıvan Muxtar Respublikasının Rabitə və Yeni Texnologiyalar Nazirliyi ilə birlikdə “Naxçıvan Muxtar Respublikasının kənd təsərrüfatı” elektron informasiya sisteminin fəaliyyətinin təşkili və təhlükəsizliyinin təmin edilməsi üçün tədbirlər görsün.

3. Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Dövlət Statistika Komitəsi, Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti, Dövlət Baytarlıq Xidməti, Naxçıvan Muxtar Respublikasının Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti, “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti, “Naxçıvan Toxumçuluq Mərkəzi” publik hüquqi şəxsi və rayon (şəhər) icra hakimiyyətləri “Naxçıvan Muxtar Respublikasının kənd təsərrüfatı elektron informasiya sistemi”ni zəruri məlumatlarla təmin etsinlər.

4. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn digər məsələləri həll etsin”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.