REGİONLAR


Naxçıvan Qarnizonu Qoşunlarında keçirilən “Zəfər yolumuz” adlı silsilə tədbirlər davam edir VİDEO

Naxçıvan, 5 noyabr, AZƏRTAC

Naxçıvan Qarnizonu Qoşunlarında 8 Noyabr - Zəfər Gününün təntənəli şəkildə qeyd edilməsi ilə əlaqədar hazırlanan tədbirlər planına əsasən növbəti tədbirlər Təlim-Tədris mərkəzlərində, Heydər Əliyev adına Hərbi Liseydə, Naxçıvan Qarnizonunun tam orta məktəbində və uşaq bağçalarında keçirilib.

Əlahiddə Ümumqoşun Ordunun mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, şəhidlərimizin əziz xatirəsinin yad edildiyi və Dövlət Himnimizin səsləndirildiyi tədbirlərdə çıxış edənlər 44 günlük Vətən müharibəsində qazanılan Qələbədən, dövlət-xalq-ordu birliyindən danışıb, müharibə iştirakçıları öz döyüş xatirələrini bölüşüb.

Naxçıvan şəhərində yerləşən Heydər Əliyev adına Hərbi Liseydə keçirilən viktorinada kursantlar böyük həvəslə iştirak edərək birinci olmaq üçün yarışıb və viktorinanın sonunda qalib komandalar mükafatlandırılıb.

Naxçıvan Qarnizonu tam orta məktəbinin şagirdləri qələbəyə aparan yolu özündə əks etdirən səhnəcikləri canlandırıb və ədəbi-bədii kompozisiya ilə çıxış ediblər.

Qarnizonun “Nərgiz” və “Bənövşə” uşaq bağçalarında keçirilən tədbirlərdə hərbi şəhərciklərin ərazisində yürüş olub və balaca fidanlar öz bacarıqlarını göstəriblər.

Naxçıvan Qarnizonu Qoşunlarında Zəfər Gününə həsr olunmuş silsilə tədbirlər davam edir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.