REGİONLAR


Naxçıvan Qarnizonu Qoşunlarında komandir hazırlığı toplantısı olub

Naxçıvan, 12 oktyabr, AZƏRTAC

“Naxçıvan Hərbi Qarnizonu Qoşunlarının 2019-cu tədris ilinə uzlaşdırma planı”na əsasən komandir hazırlığı toplantısı təşkil edilib.

Əlahiddə Ümumqoşun Ordunun mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, tabor, divizion komandirləri və müavinləri ilə keçirilən toplantıda əsas məqsəd zabitlərin sülh və müharibə şəraitində komandir keyfiyyətlərinin əsasını təşkil edən mənəvi-psixoloji dayanıqlığına nail olunması və bölmələri idarəetmə bacarıqlarının təkmilləşdirilməsidir.

Toplantıda kəşfiyyat hazırlığından maneələr zolağının dəf edilməsi, taktiki hazırlıqdan tanklarla mübarizə qaydaları və psixoloji zolağın dəf edilməsi, topoqrafiya hazırlığından ərazidə azimutla hərəkət, rabitə hazırlığından radiostansiyanın işə salınması, atəş hazırlığından müxtəlif çaplı silahlardan və tank əleyhinə vasitələrdən praktiki atışlar yerinə yetirilib.

Toplantı çərçivəsində keçirilən nümayiş məşğələdə şərti düşmənin kəşfiyyat-diversiya qrupuna qarşı mübarizə aparılması və hakim yüksəkliyin ələ keçirilməsi praktiki olaraq göstərilib.

Toplantının yekununda bildirilib ki, zabitlərin bölmələrdə taktiki təlimlərin hazırlanması, ictimai-siyasi hazırlıq məşğələlərinin keçirilməsi və hərbi intizamın möhkəmləndirilməsi üzrə nəzəri bilikləri yoxlanılıb. Məqbullar götürülən zaman tabor, divizion komandirləri və müavinləri komandir hazırlığından yüksək nəticə göstəriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.