REGİONLAR


Naxçıvan Qarnizonu Qoşunlarında kursları bitirən gənclərə sertifikatlar təqdim edilib VİDEO

Naxçıvan, 23 oktyabr, AZƏRTAC

Naxçıvan Qarnizonu Qoşunlarında gizir, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu və qadın hərbi qulluqçu kurslarını bitirən gənclərə sertifikatlar təqdim edilib.

Əlahiddə Ümumqoşun Ordunun mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, müxtəlif hərbi ixtisaslar üzrə peşəkar zabitlər tərəfindən yetişdirilən kursantlar xidmət yerlərinə təntənəli mərasimlə yola salınıblar.

Mərasimdə şəhidlərimizin əziz xatirəsi yad edildikdən sonra Dövlət Himnimiz səsləndirilib.

Çıxış edənlər kurslar zamanı 44 günlük Vətən müharibəsində qazanılmış təcrübə ilə keçirilən məşğələlərin, ümumqoşun, ixtisas, fiziki hazırlıq dərslərinin və təlim-atış çalışmalarının şəxsi heyətin peşəkarlaşmasında mühüm rol oynadığını diqqətə çatdırıblar.

Sonra Naxçıvan Qarnizonunun rəisi, general-polkovnik Kərəm Mustafayevin təbriki şəxsi heyətə çatdırılıb.

Təbrik oxunduqdan sonra məzunlara sertifikat və hədiyyələr təqdim edilib.

Xatirə lövhələrinə buraxılış emblemləri vurulub və məzunların tribuna önündən təntənəli keçidi olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.