SİYASƏT


Naxçıvan Qarnizonu Qoşunlarında növbəti komanda-qərargah təlimi başlayıb 

Bakı, 17 mart, AZƏRTAC

Cari tədris ilinin döyüş hazırlığı planına uyğun olaraq, Naxçıvan Qarnizonunda müxtəlif qoşun növü birləşmə və hissələrinin cəlb edildiyi komanda-qərargah təlimi başlayıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, komanda-qərargah təlimində praktiki fəaliyyətlərə cəlb olunan birləşmə və hissələr təlim-döyüş tapşırıqlarına uyğun “Həyəcan” siqnalı ilə qaldırılaraq təyinat rayonlarına çıxarılıb.

Qoşunların fəaliyyətinin düşmənin hava kəşfiyyat vasitələrindən gizlədilməsi məqsədilə onların ərazidə maskalanması aparılıb. Maskalanma zamanı idarəetmə məntəqələrinin, cəmləşmə rayonlarının və döyüş texnikalarının saxta mövqelərinin yaradılmasına, müxtəlif növ texniki vasitələrlə təchiz edilməsinə xüsusi diqqət yetirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.