REGİONLAR


Naxçıvan Qarnizonu Qoşunlarında təlim-metodiki toplantı keçirilib VİDEO

Naxçıvan, 16 fevral, AZƏRTAC

Naxçıvan Qarnizonu Qoşunlarında ideoloji iş və mənəvi-psixoloji təminat üzrə komandir müavinləri ilə təlim-metodiki toplantı keçirilib.

Əlahiddə Ümumqoşun Ordunun mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, toplantı zamanı əsas diqqət ideoloji iş və mənəvi-psixoloji təminat üzrə komandir müavinlərinin tabelikdə olanların fərdi-psixoloji xüsusiyyətlərinin öyrənilməsi vərdişlərinin təkmilləşdirilməsinə yönəldilib.

Müxtəlif qurumların nümayəndələrinin də iştirak etdiyi nəzəri dərslərdə hüquq hazırlığından “Bölmələrdə cinayət hadisələrinin baş vermədən qarşısının alınması”, mənəvi-psixoloji hazırlıqdan “Milli-mənəvi və dini dəyərlərin yad təsirlərdən qorunması”, “Mədəniyyət müəssisələri ilə qarşılıqlı əlaqədə mədəni-kütləvi tədbirlərin keçirilməsi”, “Hərbi kollektivi idarəetmə psixologiyası”, informasiya təhlükəsizliyindən “Müasir müharibələrdə informasiya qarşıdurması”, eləcə də digər mövzularda mühazirələr oxunub.

Üç günlük toplantının sonuncu günündə 44 günlük Vətən müharibəsi zamanı kütləvi informasiya vasitələrinin və sosial şəbəkələrin fəaliyyətindən, düşmənin ifşa edilmiş dezinformasiyalarının təhlilindən bəhs edən sənədli filmlər nümayiş etdirilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.