REGİONLAR


Naxçıvan Qarnizonu qoşunlarında Ulu Öndərə həsr olunmuş silsilə tədbirlər keçirilir

Naxçıvan, 10 may, AZƏRTAC

Naxçıvan Qarnizonu qoşunlarında ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə silsilə tədbirlər keçirilir.

Əlahiddə Ümumqoşun Ordunun mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna verilən məlumata görə, ordunun Təlim-Tədris Mərkəzində keçirilən tədbirdə Naxçıvan Qarnizonunun şəxsi heyəti qarşısında çıxış edən Əlahiddə Ümumqoşun Ordu Komandanının müavini, general-mayor Elman Orucov, Heydər Əliyev adına Hərbi Liseyin rəisi, polkovnik Məhəmməd Həsənov və digərləri bildiriblər ki, ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi, uzaqgörən siyasəti və gərgin fəaliyyəti nəticəsində güclü müdafiə qüdrətinə və peşəkar döyüş qabiliyyətinə malik Azərbaycan Ordusu formalaşıb. Ulu Öndərin ordu quruculuğu sahəsində həyata keçirdiyi tədbirlərin uğurla davam etdirilməsinin nəticəsidir ki, bu gün Azərbaycan Respublikası Cənubi Qafqaz regionunda ən güclü orduya malik qüdrətli dövlətdir. Fəxrlə deyə bilərik ki, ordu sıralarında xidmət edən gənclərimiz ümummilli lider Heydər Əliyevin ideyalarına həmişə sadiqdirlər, Vətən, xalq, dövlət qarşısında əsgəri borclarını şərəflə yerinə yetirirlər.

Tədbirdə Heydər Əliyev adına Hərbi Liseyin kursantları, Naxçıvan Qarnizonu tam orta məktəbinin və Naxçıvan şəhər 3 nömrəli uşaq musiqi məktəbinin şagirdləri Ulu Öndərə həsr olunmuş şeirlər oxuyub, ədəbi-bədii kompozisiya nümayiş etdiriblər.

Yaradıcı əsgərlərdən ibarət bədii özfəaliyyət kollektivləri konsert proqramı ilə çıxış ediblər.

Tədbirin sonunda ümummilli liderimiz Heydər Əliyevin şərəfli ömür yolundan bəhs edən sənədli filmə baxış olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.