REGİONLAR


Naxçıvan Qarnizonu tam orta məktəbi Qrant müsabiqəsində “Vətənimizə xidmət edək” layihəsi ilə qalib gəlib

Naxçıvan, 15 fevral, AZƏRTAC

Naxçıvan Qarnizonu tam orta məktəbi Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən elan edilmiş inkişaf və innovasiyalar üzrə IV Qrant müsabiqəsində “Vətənimizə xidmət edək” layihəsi ilə qalib gəlib.

Əlahiddə Ümumqoşun Ordunun mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, ötən il oktyabr ayının 15-dən icrasına başlanan layihə çərçivəsində milli vətənpərvərlik ruhunda müxtəlif tədbirlər, şəhid ailələri ilə görüşlər, şagirdlərlə təlim-məşğələ, intellektual hərbi-idman viktorinası, hərbi mahnılar və marşlar günü keçirilib. Layihəyə uyğun olaraq, məktəbdə yaradılan tirdə pnevmatik tüfəng və tapançadan istifadə etməklə şagirdlərin hədəfi düzgün nişan almaq və silahlarla davranış qaydaları mövzusunda təlimlər keçirilib. Gənclərin çağırışaqədərki hazırlığı proqramı çərçivəsində sıra hazırlığı məşğələləri və müxtəlif mövzularda onlayn dərslər təşkil olunub.

Layihənin icrası Əlahiddə Ümumqoşun Ordunun Təlim-Tədris Mərkəzində keçirilən yekun tədbiri ilə başa çatıb. Bir qrup Vətən müharibəsi iştirakçısının da dəvət edildiyi yekun tədbirində Naxçıvan Qarnizonu tam orta məktəbinin şagirdləri Vətənimizə həsr olunmuş şeirlər səsləndirib, musiqili ədəbi-bədii kompozisiya nümayiş etdiriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.