REGİONLAR


Naxçıvan Qarnizonunda keçirilən birincilikdə xüsusi təyinatlılar qalib gəlib VİDEO

Naxçıvan, 5 iyun, AZƏRTAC

Naxçıvan Qarnizonunda hərbi qulluqçular arasında atletika və gimnastika üzrə keçirilən birincilik başa çatıb.

Əlahiddə Ümumqoşun Ordunun mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, hərbi qulluqçuların sürət, çeviklik və dözümlülüyünü yoxlamaq, güclü idmançı və komandaları müəyyən etmək məqsədi ilə keçirilən yarışda 16 komandadan 280 idmançı mübarizə aparıb.

“Vətənə, xalqa və dövlətə xidmət ömrümüzün mənasıdır” devizi altında təşkil olunan birincilikdə atlet və gimnastlar turnikdə dartınma və aşaraq dayağa qalxma, paralelqollarda dayaq vəziyyətində qolların bükülüb açılması, uzunluğa və hündürlüyə tullanma, 100 və 3000 metr məsafəyə qaçış, 400 metr məsafəyə estafet qaçışı yarışlarında özlərini sınayıblar.

Ümumi nəticələrə əsasən komanda hesabında 1-ci yerdə xüsusi təyinatlılar, 2-ci və 3-cü yerlərdə isə motoatıcılar qərarlaşıb.

Birinciliyin nəticələrinə əsasən ilk üçlükdə qərarlaşan komanda və hərbi qulluqçulara Əlahiddə Ümumqoşun Ordu Komandanlığı tərəfindən fəxri fərman, diplom və kuboklar təqdim edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.