İQTİSADİYYAT
Naxçıvan-Qars dəmir yolu xəttinin birgə layihələndirilməsi işlərinə başlanılıb VİDEO
AZƏRTAC xəbər verir ki, bu barədə jurnalistlərə müsahibəsində nəqliyyat nazirinin müavini Musa Pənahov məlumat verib.
Naxçıvan-Qars dəmir yolu xəttinin çəkilməsinə dair Azərbaycan ilə Türkiyə arasında müvafiq protokol imzalandığını xatırladan nazir müavini qeyd edib ki, dəmir yolu xəttinin böyük bir hissəsi qardaş ölkənin ərazisindən keçəcək. Naxçıvan ərazisində isə təxminən 13 kilometr yeni yol salınması nəzərdə tutulur. Həmçinin burada 160 kilometr dəmir yolu xəttinin yenidən qurulmasına da ehtiyac var. Bu, kifayət qədər böyük layihədir. Detallar tam aydınlaşdıqdan sonra layihə hökumətə təqdim olunacaq.
Qeyd edək ki, Qars-Gümrü-Naxçıvan dəmir yolu layihəsi üzərində əsas işlərə Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi yekunlaşdıqdan sonra başlanılması planlaşdırılır. Bu, strateji əhəmiyyətli layihə olaraq, eyni zamanda, Naxçıvan ilə Bakı arasında birbaşa dəmir yolu əlaqəsinin yaradılması deməkdir.