Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

“Naxçıvan Saray” kompleksi istifadəyə verilib

Naxçıvan, 19 may, AZƏRTAC

“Biz sahibkarlığın inkişafına dövlət siyasətimiz kimi baxırıq. Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq”, – deyən ümummilli liderimiz Heydər Əliyevin əsasını qoyduğu sosial-iqtisadi inkişaf strategiyası bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir, özəl bölməyə dövlət dəstəyi diqqətdə saxlanılır. Naxçıvan Muxtar Respublikasında da sahibkarlığın inkişafı istiqamətində həyata keçirilən tədbirlər, qəbul olunmuş dövlət proqramları yeni istehsal və xidmət sahələri ilə yanaşı, həm də əlverişli investisiya mühiti yaradıb.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, mayın 19-da Naxçıvan şəhərində yeni xidmət kompleksi - “Naxçıvan Saray” Məhdud Məsuliyyətli Cəmiyyəti fəaliyyətə başlayıb.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov yeni xidmət kompleksində yaradılan şəraitlə maraqlanıb.

Məlumat verilib ki, “Naxçıvan Saray” Məhdud Məsuliyyətli Cəmiyyətinin sahəsi 10 min kvadratmetrdir. Zirzəmi qatı ilə birlikdə 7 mərtəbədən ibarət olan binada otel, şadlıq sarayı, ofis, restoran, mətbəx və avtopark fəaliyyət göstərəcəkdir. Zirzəmidə camaşırxana, işçi heyəti üçün 32 yerlik yeməkxana, 3 anbar, elektrik və digər köməkçi otaqlar yerləşir. Binada 5 mərtəbədən ibarət 538 yerlik avtopark vardır.

Dördüncü mərtəbədə 800 və 340 yerlik olmaqla, 2 şadlıq sarayı, həmçinin bu mərtəbədə mətbəx, 5 soyuducu kamera, 4 qarderob, iş və digər xidməti otaqlar yerləşir. Şadlıq saraylarında iclas və konfrans keçirmək üçün proyektor, kürsü və müasir səs sistemi quraşdırılıb.

Binanın beşinci mərtəbəsində 24 standart, 20 superior, 1 deluxe olmaqla, 45 otaqdan ibarət otel fəaliyyət göstərəcəkdir. Eyni zamanda burada iş otaqları və server, eləcə də 80 yerlik restoran vardır. Binada 4 sərnişin və 1 yük lifti quraşdırılıb. Burada kişi və qadınlar üçün idman zalları, istirahət mərkəzlərinin yaradılması da nəzərdə tutulub.

Naxçıvan Muxtar Respublikası Sahibkarlar Konfederasiyasının sədri Vüqar Abbasov yaradılan şəraitə görə minnətdarlıq edərək deyib ki, muxtar respublikada sahibkarlığın inkişafı, biznes mühitinin yaxşılaşdırılması istiqamətində atılan addımlar, eləcə də dövlət dəstəyi nəticəsində özəl sektor iqtisadiyyatın aparıcı qüvvəsinə çevrilib. Bu sahədə həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində ümumi daxili məhsul istehsalında özəl bölmənin payı 88 faizi ötüb. Hazırda muxtar respublikada otel biznesinin dünya standartları səviyyəsində qurulması, qonaqların və turistlərin qəbulu üçün silsilə tədbirlər reallaşdırılır. Müasir otellərin istifadəyə verilməsi turizm sektorunun inkişafının dəstəklənməsinə, otel biznesinin genişləndirilməsinə, turistlərin rahatlığının təmin olunmasına, yeni iş yerlərinin yaradılmasına və ümumi inkişafa verilən töhfədir. Bu istiqamətdə atılan addımlardan biri də Naxçıvan şəhərində istifadəyə verilən “Naxçıvan Saray” Məhdud Məsuliyyətli Cəmiyyətidir. Bu cür obyektlərin sayının çoxalması muxtar respublikanın iqtisadi potensialını nümayiş etdirməklə yanaşı, turistlərin yüksək səviyyədə qəbulu, nəqliyyat vasitələri istifadəçiləri üçün rahatlıq yaradacaqdır.

Əməkdaş Səbinə Alquliyeva deyib: “Bu gün muxtar respublikada çoxsaylı turizm kompleksləri, otellər istifadəyə verilir. Bu xidmət sahələrinin açılması Ali Məclis Sədrinin diqqət və qayğısının növbəti nümunəsidir. Mən “Naxçıvan Saray” Məhdud Məsuliyyətli Cəmiyyətində gənc işçi olaraq çalışıram. Burada yüksək iş şəraiti yaradılıb, yüksək əməkhaqqı ilə təmin edilmişik. Bütün bunlara görə minnətdarlıq edirik”.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov “Naxçıvan Saray” Məhdud Məsuliyyətli Cəmiyyətinin fəaliyyətə başlaması münasibətilə gələcək istifadəçiləri və kollektivi təbrik edərək deyib: Bu gün muxtar respublikada xidmət sahəsində yeni bir ünvan - “Naxçıvan Saray” Məhdud Məsuliyyətli Cəmiyyəti istifadəyə verilir. Yeni xidmət sahələrinin yaradılması ölkəmizin mədəni inkişafının göstəricisidir. O ölkələrdə bu cür xidmətlər təşkil olunur ki, orada inkişaf, sabitlik, dövlət-xalq birliyi var və özəl bölmənin inkişafı üçün şəffaf şərait yaradılıb. Azərbaycanda da inkişaf və sabitlik var, Ümummilli Liderimizin yolu sədaqətlə davam etdirilir. Bütün bunların nəticəsidir ki, insanların yaşayış şəraiti yaxşılaşır, yeni iş yerləri açılır və turistlərə yüksək mədəni xidmət göstərilir.

Ali Məclisin Sədri “Naxçıvan Saray” Məhdud Məsuliyyətli Cəmiyyətinin yaradılmasında əməyi olanlara təşəkkürünü bildirərək deyib: Bu xidmət obyekti xüsusi layihə əsasında qurulub. Tikinti işlərinə nəzarət olunmuş, layihənin düzgün yerinə yetirilməsinə dair mütəmadi tapşırıqlar verilmişdir. Nəticədə muxtar respublika üçün müasir və hər cür şəraiti olan xidmət sahəsi yaradılmışdır. Burada təkcə otel və restoran deyil, ümumilikdə hibrid xidmətlər təşkil olunub. Yəni muxtar respublikanın paytaxtı Naxçıvan şəhərinə gələn qonaqların, eyni zamanda, yerli sakinlərin muxtar respublikadan kənara gedərkən avtomobillərini saxlamaları üçün burada qapalı avtopark qurulub. Eyni zamanda, cəmiyyətin Naxçıvan şəhərindəki avtovağzala yaxın yerdə olması turistlərin uzağa getmədən otel və restoran xidmətlərindən istifadəsinə imkan verəcəkdir. Şadlıq saraylarından sakinlər və gələn qonaqlar istifadə edəcəkdir. Müasir dövrün tələbi insanlara müxtəlif xidmətləri bir yerdə göstərməkdən ibarətdir. Bu saray da bir neçə xidməti eyni vaxtda yerinə yetirəcəkdir. Gələcəkdə sarayda digər xidmət sahələri də yaradılacaq və kompleks formada fəaliyyət göstərəcəkdir. Bu da ilkin mərhələdə 63 nəfərin işlə təmin olunduğu kompleksdə əlavə iş yerlərinin açılmasına imkan verəcəkdir.

Ali Məclisin Sədri deyib: Burada çalışanların əksəriyyəti gənclərdir. Bu da yaxşı haldır. Hazırda dünyada əsas diqqət yetirilən məsələlərdən biri də xidmət sahələrində çalışacaq kadrların hazırlanmasıdır. Bu gün Naxçıvanda xidmət sahələrində çalışanların əksəriyyəti müasir dövrün tələblərinə uyğun yetişən gənclərdir. Bu gün böyük vəsait sərf olunmuş “Naxçıvan Saray” Məhdud Məsuliyyətli Cəmiyyəti gənclərin ixtiyarına verilir. Onlar da buranın fəaliyyətinə və qorunmasına səy göstərməlidirlər.

Ali Məclisin Sədri yeni xidmət kompleksinin muxtar respublikanın həyatında önəmli yer tutacağına əminliyini bildirib, yaradılanların qorunması və qurulanlardan səmərəli istifadə olunması, cəmiyyətin tanıdılması və xidmətin təşkili barədə tapşırıqlar verib.

Bina istilik və yanğınsöndürmə sistemləri ilə təchiz edilib, həmçinin müasir işıqlandırma, mərkəzi videonəzarət sistemi, transformator və generator quraşdırılıb, ərazi abadlaşdırılıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Milli Qəhrəman Anatoli Davidoviçin xatirəsi anılıb

Milli Məclisin plenar iclasında 21 məsələ müzakirə edilib

BSU-da 31 Mart soyqırımına həsr olunmuş tədbir keçirilib

İslahatlar gözləntisi və ya qərəzli manipulyasiyalar aləti

Pedaqoji Universitetdə fəal tələbələr fakültəyə bir günlük rəhbərlik ediblər

Fizika fakültəsinin məzunları 50 il sonra ADPU-da görüşüblər

® “Beyin ölümü diaqnozunun təyininə multidissiplinar yanaşma” mövzusunda seminar keçirilib

BDU-da respublika elmi konfransı: 1918-ci il mart soyqırımı tarixi tədqiqatlarda

Türk dünyasında törədilən soyqırımları və onların nəticələri – konfrans

Neftçalada özünüməşğulluq proqramı çərçivəsində qurulmuş təsərrüfatlara baxış olub

Musiqili Teatrda Lütfəli Abdullayevin xatirəsi anılıb

BDU Elmi şurasının növbəti iclası

Culfada Yaycı soyqırımı qurbanlarının xatirəsi anılıb

Sofiya Universitetində “Yaz paralelləri: Azərbaycan-Bolqarıstan” sərgisi təşkil olunub

Baş katib: MDB Dövlət İnformasiya Agentlikləri Rəhbərləri Şurası Bakıda toplaşacaq VİDEO

Sırski: Rusiya Xarkova hücum etsə, bura onlar üçün “ölümcül şəhər" olacaq

Pakistan Azərbaycanla İKT sahəsində gənclərin mübadiləsi proqramına başlamaq niyyətindədir

31 Mart – azərbaycanlıların soyqırımı tarixin hələ tam açılmamış səhifələrindəndir

Kənd təsərrüfatı nazirinin müavini Masallıda vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Harvard Universitetinin təqaüdçüsü: Məqsədim Azərbaycanda astrofizika sahəsini daha çox inkişaf etdirməkdir - EKSKLÜZİV

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Premyer Liqa: “Neftçi” səfərdə “Qəbələ”ni məğlub edib

BDU-nun 105 illik yubileyi ilə əlaqədar tədbirlər planı hazırlanacaq

Azərbaycanlı şahmatçılar beynəlxalq turnirdə qələbə qazanıblar

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Kürdəmirdə vətəndaşları qəbul edib

Naxçıvanda ilk dəfə maralfalfa bitkisi əkilib

Milli Kitabxanada Əli Tudənin anadan olmasının 100 illiyi qeyd edilib

Azərbaycan-Çin əlaqələri - tarixi İpək yolundan başlanan dostluq

® “Azercell” gənclərin informasiya texnologiyaları sahəsində inkişafını dəstəkləməyə davam edir

BMT-nin İnkişaf Proqramı çərçivəsində COP29-la bağlı potensial tərəfdaşlıq müzakirə olunub

Ədəbiyyat Muzeyində “Soyqırımlarının qıra bilmədiyi sarsılmaz iradə” mövzusunda elmi sessiya keçirilib

Qubada aqrar sahənin investisiya imkanları və yeni çağırışlar müzakirə olunub

Rusiya XİN: Ermənistan quru yerdə qala bilər

® “Rabitəbank”dan yüksək keşbekli əməkhaqqı kartı!

Ceyhun Bayramov: Sülh prosesinin irəlilədilməsi istiqamətində yeni çağırışlar yaradan bir sıra addımlar prosesə maneə törədir

Biləsuvarda Azərbaycanlıların Soyqırımı Gününə həsr olunan elmi konfrans keçirilib

Naftalanda şəhid ailələri və qazilər üçün iftar süfrəsi açılıb

Xabi Alonso “Bayer”də qalacağını açıqlayıb

Harvard Universiteti qədim kitabın cildindən insan dərisini çıxarıb

Naxçıvanda Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş elmi konfrans keçirilib

AZAL martın 31-dən yay uçuş cədvəlinə keçir

“Bülbülün qonaqları” rubrikası növbəti dəfə Məmməd Səid Ordubadiyə həsr olunub

Məktəblərdə direktor müavini vəzifəsinə işə qəbul üzrə təkrar müsahibə keçirilir

İlahiyyat İnstitutunun “Qonağınız müəllimlərinizdir” layihəsi davam edir

Mərkəzi Gömrük Hospitalında 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr edilmiş tədbir keçirilib

Quba şəhərindəki kütləvi məzarlıq 1918-ci il mart soyqırımının qanlı tablolarından biridir - elmi konfrans

“Telegram”da yeni funksiyalar olacaq

Təhsil müəssisəsində aşkar edilən qanunsuzluqlarla bağlı başlanmış cinayət işi məhkəməyə göndərilib

XƏBƏRDARLIQ: Hava şəraiti dəyişəcək, külək, yağış, qar, daşqın və sel gözlənilir

Aygün Zərbəliyeva: “Meta”da təxminən 20 nəfər azərbaycanlı çalışır

Rəcəb Tayyib Ərdoğan may ayında Vaşinqtona səfər edəcək

Aşqarlar Kimyası İnstitutunda mart soyqırımı qurbanlarının xatirəsi anılıb

Energetika naziri Qazaxda vətəndaşlarla görüşüb

“Everton”un sabiq futbolçusu ömürlük həbs oluna bilər

Türkiyədə bələdiyyə seçkilərinə hazırlıq başa çatıb

Gənclərə ətraf mühitin qorunması, alternativ enerji mənbələri mövzularında təlim keçirilib

31 Mart - tarixi yaddaşımızdan silinməyən soyqırımı

Məhkumların uşaqları həm əyləndi, həm öyrəndi

Tovuzda 40 yaşlı kişini “tok” vurub öldürdü VİDEO

“2026-cı ilə qədər 6000 keçmiş məcburi köçkünün peşə təliminə cəlb olunması nəzərdə tutulub” - AÇIQLAMA

® Mərkəzi Gömrük Hospitalının həkimi Almatıda keçirilən beynəlxalq elmi-praktik konfransda məruzə ilə çıxış edib

® “PAŞA Qrup” şirkətləri tərəfindən Novruz bayramı ərəfəsində növbəti sosial aksiya keçirilib

"Aqroservis" ASC-nin sədr müavini Zaqatalada vətəndaşları qəbul edib, təsərrüfatlarla tanış olub

“AzScienceNet” Şəbəkə İdarəetmə Mərkəzində “FileSender” xidməti istifadəyə verilib

Azərbaycan alimi nüfuzlu jurnalın redaksiya heyətinin üzvü seçilib

® “Unibank” biznes mobil bankçılıq üzrə ən yaxşı banklar siyahısındadır

Turizm və Menecment Universitetində 1918-ci il mart soyqırımına həsr olunan tədbir keçirilib

Türk Mədəniyyəti və İrsi Fondunun növbəti layihəsi – “Turk Discovery” yutub platforması

Bakıdakı təsnifat turnirində 33 ölkənin güləşçiləri mübarizə aparacaqlar

BMU-da Azərbaycanlıların Soyqırımı Günü qeyd olunub

Ömür boyu eyni yerdə işlədi, İkinci Dünya müharibəsindən sonra Türkiyəyə yollanmış atasını tapdı... Vəfalı oldu

Kukla Teatrında növbəti xeyriyyə aksiyası

Almaniyada kimlər daha çox pensiya alır?

Aqrar sığorta eksperti təlimi üçün müraciət müddəti uzadılıb

Havada toz müşahidə olunur

Mart soyqırımı amansızlığına və miqyasına görə bəşər tarixində ən qanlı faciələrdəndir RƏY

Qəsdən adam öldürməyə cəhd faktı ilə bağlı cinayət işi məhkəməyə göndərilib

Pasxa ərəfəsində Fransada təhlükəsizlik tədbirləri gücləndirilir

Ceyhun Kərəmov: Böyük Qayıdış regionda peşə təhsili sistemi üçün də yeni imkanlar açır - YENİLƏNİB VİDEO

Bu gündən 181 avtobus yeni nəqliyyat mübadilə mərkəzindən hərəkət edəcək

İsveçrənin hidrogen qatarı rekord vurub

“Meta” səsimizi dinləyirmi? Şirkətin London ofisində çalışan azərbaycanlı ilə MÜSAHİBƏ VİDEO

Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 2016-cı il 7 sentyabr tarixli 1617050000011400 nömrəli Qərarı ilə təsdiq edilmiş “Səyyar vergi yoxlamasının keçirilməsi Qaydaları”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Kollegiyasının QƏRARI

Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 2015-ci il 19 may tarixli 1517050000003100 nömrəli Qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslərin uçota alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Qaydaları”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Kollegiyasının QƏRARI

Bu ilin fevralında Türkiyənin ticarət balansının kəsiri azalıb

Tədqiqat: Təbii və süni dadlandırıcılar qanda şəkəri azaldır

Bakıda informasiya texnologiyaları və onların tətbiqi üzrə 2-ci beynəlxalq konfrans keçiriləcək

Laçındakı Aqrosənaye parkında 46 müəssisə fəaliyyət göstərəcək

Qulu Ağsəsin “Görsən üşüyürsən...” adlı şeirlər kitabı çap olunub

Moskvada MDB İqtisadi Şurasının iclası keçirilib VİDEO

Türkiyədə ABŞ nümayəndə heyəti ilə Ukrayna müharibəsi və terrorizmlə mübarizə məsələləri müzakirə ediləcək

Argentina millisinin futbolçusunu hədələyən cinayətkarlar saxlanılıb

Yaz mövsümü və allergik xəstəliklər

Azərbaycan Premyer Liqasında daha 2 turun cədvəli məlum olub

Deputat: Mart soyqırımları bəşər tarixində ən qanlı faciələrdəndir

Əmək və əhalinin sosial müdafiəsi naziri Neftçalada vətəndaşları qəbul edib

Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək

Barselonada ekstremal quraqlıq hökm sürür

“Uğurlarımın arxasında duran ən böyük səbəb budur” – peşə məktəbi məzununun UĞUR HEKAYƏSİ

Azərbaycan Kubokunda yarımfinal mərhələsinin cavab oyunlarının proqramı açıqlanıb