Naxçıvan Teleradiosunun əməkdaşı Təranə Arifqızının yeni kitabları işıq üzü görüb
AzerTAg.az
Naxçıvan, 16 fevral, AZƏRTAC
Şairə Təranə Arifqızı oxucularının görüşünə bu dəfə “Qarabağda 44 gün” və “İçimdəki səs” kitabları ilə gəlib.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, Vətən müharibəsinə həsr olunan “Qarabağda 44 gün” kitabı Naxçıvan ədəbi mühitində bu mövzuda nəşr olunan ilk bədii ədəbiyyatdır. Kitabda zəfər tariximizə həsr olunan şeirlər toplanıb.
Şairənin “İçimdəki səs” kitabında isə müxtəlif mövzulu şeirlər yer alır. Kitabın “Ön söz”ünün müəllifi filologiya elmləri doktoru Lütfiyyə Əsgərzadənin dediyi kimi, “İçimdəki səs” kitabındakı şeirlər müəllifin özündən özünə pıçıldadıqları, öz-özünü ovutmasıdır”.
Hər iki kitab Naxçıvan şəhərində fəaliyyət göstərən Əcəmi Nəşriyyat Poliqrafiya Birliyində nəfis şəkildə çap olunub.
Qeyd edək ki, Təranə Arifqızının bundan əvvəl “Mən şair olsaydım”, “Nə qədər ki, insan var”, “Sözün bayatı rəngi” şeir kitabları nəşr olunub. Geniş oxucu sevgisi qazanan şairənin şeirləri, hekayə və məqalələri Azərbaycanla yanaşı, Türkiyədə müxtəlif almanaxlarda, toplularda dərc edilir.

Xəbərin mətnində orfoqrafik səhv var