REGİONLAR


Naxçıvan Texniki-Peşə və Sürücülük Məktəb Kompleksində təhsil alan 50 müdavimə sertifikat verilib

Naxçıvan, 28 oktyabr, AZƏRTAC

Naxçıvan Texniki-Peşə və Sürücülük Məktəb Kompleksini bitirən daha 50 müdavimə sertifikatlar verilib.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, bu münasibətlə keçirilən tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin əməkdaşı Vüsal Abdullayev “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın icrası ilə əlaqədar rəqabətqabiliyyətli ixtisaslar üzrə peşə hazırlığının təşkili, peşə standartlarının tətbiqi və peşə seçiminə köməklik məqsədilə ardıcıl tədbirlər həyata keçirildiyini bildirib. Qeyd olunub ki, Naxçıvan Texniki-Peşə və Sürücülük Məktəb Kompleksində də bu məqamlara xüsusi diqqət yetirilir.

Vurğulanıb ki, Naxçıvan Texniki-Peşə və Sürücülük Məktəb Kompleksində bu ilin ötən dövründə 418 müdavim kursu başa vuraraq sertifikat alıb. 2010-cu ildən isə 20 mindən artıq müdavim burada təhsilini bitirib. Bunun 1500-dən çoxu qadınlar olub. Hazırda 12 qrupda dərslər davam etdirilir. Yaxın günlərdə yeni qrupların da açılması nəzərdə tutulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.