REGİONLAR


Naxçıvan Tibb Kollecinin tələbələri Türkiyədə təcrübə kursu keçiblər

Naxçıvan, 24 may, AZƏRTAC

Naxçıvan Tibb Kollecinin tələbələri Türkiyə Respublikasının Ankara şəhərində yerləşən Halide Edip Mesleki və Teknik Anadolu Liseyində bir aylıq təcrübə kursu keçiblər.

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, 2 müəllim və 10 tələbədən ibarət heyət liseyin Yenimahalle Yıldırım Beyazit Eyitim və Araşdırma Xəstəxanasının rəhbərliyi ilə görüşüb, tələbələrə bu səhiyyə müəssisəsi barədə məlumat verilib, onların müxtəlif müalicə-profilaktika proseslərini onlayn izləmələrinə şərait yaradılıb.

Tibb bacısı ixtisası üzrə təhsil alan tələbələr daxili və yoluxucu xəstəliklər, təcili təxirəsalınmaz yardım və endoskopiya bölmələrində təcrübə keçiblər. Onlar xəstələrin qeydiyyata alınması, yataq xəstələrinə qulluq, xəstələrin əməliyyata hazırlanması, gündəlik təyinatların yerinə yetirilməsi, endoskopiya bölməsində xəstələrin müayinəyə hazırlanması qaydalarını öyrəniblər.

Laborator diaqnostika ixtisası qrupunun tələbələri isə mikrobiologiya, patologiya, hematologiya və biokimya laboratoriyalarında nümunələrin əkilməsi, boyanması, antibiotiklərə həssaslıq testlərinin qoyulması qaydaları və digər tibbi prosedurları öyrəniblər. Biokimya və hematologiya bölmələrində tələbələr laborator təcrübələrə cəlb olunublar.

Səfər çərçivəsində tələbələrin Ankara şəhərinin tarixi-mədəni yerlərinə ekskursiyaları da təşkil olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.