REGİONLAR


“Naxçıvan” Universitetində “Kitabi-Dədə Qorqud” dastanının müzakirəsi təşkil edilib

Naxçıvan, 29 sentyabr, AZƏRTAC

“Kitabi-Dədə Qorqud” dastanı qəhrəmanlıq, igidlik, mərdlik, cəsurluq, dostluq, birlik dastanı olmaqla yanaşı, həm də namus, qeyrət, ləyaqət, insanpərvərlik kimi əxlaqi, milli və mənəvi dəyərlərlə zəngin olan böyük tarixi abidədir.

“Naxçıvan” Universitetinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, universitetin Elmi kitabxanasında “Oxunması zəruri olan kitabların Siyahısı”na daxil olan “Kitabi-Dədə Qorqud” dastanının müzakirəsində bu barədə danışılıb.

Tədbirdə çıxış edən ali təhsil ocağının rektoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Nurlana Əliyeva “Oxunması zəruri olan kitablar haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamının əhəmiyyətindən danışıb, keçirilən tədbirin məqsəd və mahiyyətini qeyd edərək “Kitabi-Dədə Qorqud” dastanının gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsində oynadığı roldan bəhs edib.

Daha sonra “Naxçıvan” Universitetinin Elmi kitabxanasının müdiri Zamin Babazadənin, universitetin əməkdaşı Emelya Süleymanovanın və ali təhsil ocağının tələbələri Nərminə Həsənovanın, Məşədi Ələkbərovun, Nərmin Əmirovanın, Röya Quliyevanın çıxışları dinlənilib. Bildirilib ki, dastanda baş sərkərdədən tutmuş böyükdən-kiçiyə bütün qəhrəmanların doğma torpaqlarını qorumaq uğrunda canlarından keçməyə hazır olduqları nümayiş etdirilir. “Kitabi-Dədə Qorqud” dastanında ifadə olunan çoxsaylı toponimlərin Naxçıvan ərazisində qeydə alınması bu regionun qədim Oğuz yurdu, Azərbaycan torpağı olduğunu bir daha təsdiqləyir.

Tədbir iştirakçıları “Naxçıvan” Universitetinin Elmi kitabxanasında oxunması zəruri olan kitablardan ibarət stendə də baxıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.