REGİONLAR


“Naxçıvan” Universitetində “Nəsimi həftəsi” çərçivəsində silsilə tədbirlər keçirilib

Naxçıvan, 15 aprel, AZƏRTAC

“Naxçıvan” Universitetində “Nəsimi həftəsi”nin uğurla keçirilməsi ölməz sənətkarın həyat və yaradıcılığının tələbələrə tanıdılması və təbliği baxımından mühüm əhəmiyyət kəsb edib.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, bu barədə “Naxçıvan” Universitetində “Nəsimi həftəsi” çərçivəsində keçirilən “İmadəddin Nəsimi – 650” mövzusunda elmi konfransda bəhs olunub.

Konfransda çıxış edən ali təhsil ocağının rektoru, professor İsmayıl Əliyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2019-cu ilin ölkəmizdə “Nəsimi ili” elan edilməsi ilə əlaqədar Naxçıvanda da Nəsiminin həyat və yaradıcılığı ilə bağlı silsilə tədbirlərin keçirildiyini diqqətə çatdırıb.

Sonra universitetin Azərbaycan dili və ədəbiyyat kafedrasının dosentləri Arifə Zeynalovanın “Nəsimi ədəbi dilində məcazlar və onun işlənmə məqamları” və Aypara Behbudovanın “Azərbaycan şeirinin Nəsimi zirvəsi” mövzularında çıxışları dinlənilib.

Daha sonra tələbələr Nəsiminin qəzəllərini söyləyiblər.

Sonda “Nəsimi həftəsi” çərçivəsində keçirilən tədbirlərdə fəal olan və “Nə? Harada? Nə zaman?” intellektual oyununda qalib gəlmiş tələbələr mükafatlandırılıblar.

Qeyd edək ki, “Nəsimi həftəsi” çərçivəsində universitetdə “Nəsimi” tarixi filminin nümayişi, “Nə? Harada? Nə zaman?” intellektual oyunu, xalq şairi Qabilin “Nəsimi” poemasının müzakirəsi, tələbələrin Culfa rayonundakı Xanəgah Abidə Kompleksinə ekskursiyası da təşkil olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.