“Naxçıvan” Universitetində keçirilən elmi-praktik konfransda ölkəmizdə bank sektorunun problemləri müzakirə olunub
AzerTAg.az
Naxçıvan, 1 dekabr, AZƏRTAC
“Naxçıvan” Universitetində “Azərbaycanda bank sektoru: problemlər və onların həlli yolları” mövzusunda elmi-praktik konfrans təşkil olunub.
Universitetin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, konfransda çıxış edən “Naxçıvan” Universitetinin Tədris və tərbiyə işləri üzrə prorektoru, iqtisad üzrə fəlsəfə doktoru Hüseyn Bağırsoylu dünyadakı mürəkkəb iqtisadi şəraitdə bankların verdiyi qərarların cəmiyyət tərəfindən maraqla izlənildiyini, iqtisadi mənafelərin qorunması baxımından bu vacib institusional qurumların qarşısında mühüm məsuliyyət yarandığını bildirib.
Tədbirdə Azərbaycan Respublikası Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsinin əməkdaşı Azər Səfərov, İdarəetmə kafedrasının müəllimi Murad Sevdimalıyev və universitetin Mühasibat uçotu və audit ixtisası üzrə III kurs tələbəsi Səma İsmayılova çıxış ediblər.
Sonda konfrans iştirakçılarının sualları cavablandırılıb.

Xəbərin mətnində orfoqrafik səhv var