REGİONLAR


“Naxçıvan” Universitetinin əməkdaşları Avrasiya Universitetlər Birliyinin sammitində iştirak ediblər

Naxçıvan, 17 fevral, AZƏRTAC

“Naxçıvan” Universitetinin tədris işləri üzrə prorektoru Hüseyn Bağırsoylu və beynəlxalq əlaqələr şöbəsinin müdiri Rəcəb Cəfərli universitetin üzvü olduğu Avrasiya Universitetlər Birliyinin Türkiyənin İstanbul şəhərində təşkil etdiyi “EURİE 2018” sammitində iştirak ediblər.

“Naxçıvan” Universitetinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, sammit çərçivəsində təhsil sərgisi təşkil edilib. Sərgi çərçivəsində universitetin stendləri, jurnalları, loqoları iştirakçılara paylanılıb. Sərgiyə 100-ə yaxın ölkənin 200 yaxın universiteti qatılıb. Sərgidə Azərbaycan Dövlət İqtisad Universitetinin, Bakı Dövlət Universitetinin, Xəzər Universitetinin, Naxçıvan Dövlət Universitetinin və digər ali təhsil ocaqlarının nümayəndələri bilavasitə aparıcı ali təhsil müəssisələrinin nümayəndələri ilə fikir mübadilələri apararaq qəbul prosesi, təhsil haqqı və digər məsələlərlə bağlı onları maraqlandıran suallara cavab almaq imkanı əldə ediblər.

Səfər çərçivəsində Avrasiya Universitetlər Birliyinin rəhbəri, İstanbul Aydın Universitetinin təsisçisi Mustafa Aydınla “Naxçıvan” Universitetinin tədris işləri üzrə prorektoru Hüseyn Bağırsoylunun görüşü olub.

Görüşdə hər iki universitet arasında ikili diplom məsələsi müzakirə olunub və ilkin mərhələnin təməli qoyulub. Universitet əməkdaşları Mustafa Aydına Naxçıvan Muxtar Respublikasının tarixi abidəsini əks etdirən hədiyyə təqdim ediblər.

Qeyd edək ki, tədbir çərçivəsində “Naxçıvan” Universiteti ilə Malayziya Universiteti, İstanbul Gedik Universiteti arasında əməkdaşlıqla bağlı ilkin razılaşmalar əldə edilib. Həmçinin İran İslam Respublikanın Xorasan şəhərində yerləşən Birjnad Universiteti ilə tələbə və müəllim mübadiləsi və elmi əməkdaşlıq mövzusunda ikili razılaşma imzalanıb, eləcə də Türkiyənin Pamukkale Universiteti ilə Turizm ixtisası üzrə ikili diplomun verilməsi ilə bağlı da razılaşma əldə olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.