REGİONLAR


“Naxçıvan” Universitetinin əməkdaşları onlayn beynəlxalq konfransda iştirak ediblər

Naxçıvan, 12 fevral, AZƏRTAC

“Naxçıvan” Universitetinin əməkdaşları Fransanın paytaxtı Paris şəhərində keçirilən “Paris-V sosial elmlər” onlayn beynəlxalq konfransında iştirak ediblər.

Universitetin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, 10 ölkənin elm xadimlərinin iştirak etdiyi konfransda ali təhsil ocağını Nübar Səfərli və Emelya Süleymanova təmsil ediblər.

Onlayn konfransda Nübar Səfərli “Naxçıvan” Universitetinin regionda mütəxəssis hazırlanmasında yeri və rolu”, Emelya Süleymanova “Müəllimin dərs zamanı şagirdlərin diqqətinin, iradəsinin və təfəkkürünün inkişaf etdirmək təcrübəsi” adlı məruzələrlə çıxış ediblər.

Konfransın sonunda hər iki məruzəçi sertifikatla mükafatlandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.