Azərbaycan Dövlət İnformasiya Agentliyi

ELM VƏ TƏHSİL

“Naxçıvan – dünyanın ən qədim şəhərlərindən biri” kitabının təqdimatı olub

Bakı, 15 dekabr, P.İmanova, AZƏRTAC

Dekabrın 15-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami adına Ədəbiyyat İnstitutunda akademik Çingiz Qacarın rus dilində çapdan çıxmış “Naxçıvan – dünyanın ən qədim şəhərlərindən biri” kitabının təqdimatı olub.

AZƏRTAC xəbər verir ki, Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın vitse-prezidenti, Milli Məclisin deputatı, akademik İsa Həbibbəyli kitabın məziyyətlərindən danışıb, Naxçıvanın tarixi ilə bağlı həqiqətlərin dünyaya çatdırılmasında bu nəşrin əhəmiyyətini qeyd edib. Akademik bildirib ki, kitab bu il Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun qayğısı ilə Naxçıvanda fəaliyyət göstərən “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyində yüksək səviyyədə çap olunub. Kitabda Naxçıvanın qədim dövrdən bu günədək keçdiyi tarixi inkişaf yolu, Azərbaycan və dünya tarixində tutduğu şərəfli yeri, mövqeyi arxiv materialları və nadir sənədlərlə, mətn və fotoşəkillərlə müşayiət olunur. Kitab Naxçıvan haqqında elmi yolla ümumiləşdirilmiş təsəvvür yaratmağa imkan verir. Burada bu qədim diyarın tarixinin inkişaf mərhələləri, həmin mərhələlərdə baş verən hadisələrin dəqiq təyinatı, onları təsdiqləyən memarlıq abidələri və sənədlər əksini tapıb.

İ.Həbibbəyli vurğulayıb ki, çoxillik gərgin araşdırmların və böyük zəhmətin bəhrəsi olan kitab zəngin və dəqiq materiallarla diqqəti cəlb edir və indiyədək Naxçıvanın tədqiqi sahəsində əldə edilmiş elmi nailiyyətlərin tanıdılması, təbliği baxımından çox önəmlidir. Kitabda Naxçıvanın tarixi inkişaf yolu, folkloru, etnoqrafiyası, toponimləri, mədəniyyəti, təbiət və memarlıq abidələri, çoğrafiyası, teatr və ədəbi mühiti, əsilzadələrin və bu qədim diyarın tarixi, müasir Naxçıvan barədə çox dəqiq məlumat, elmi fikir və fotoşəkillər verilir. “Naxçıvan – dünyanın ən qədim şəhərlərindən biri” kitabında ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinə, Azərbaycan Respublikası Prezidentinin apardığı siyasətə işıq salınıb. Həmçinin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun Naxçıvanın qədim tarixinin yenidən bərpa edilməsi, onun müasir inkişafının təmin olunması sahəsindəki özünəməxsus böyük xidmətləri nəşrdə obyektiv elmi ifadəsini tapıb.

Qeyd edilib ki, nəşr Azərbaycan elmində Naxçıvan haqqında yazılmış kitablar silsiləsinin məntiqi davamı və bu istiqamətdə yeni bir mərhələnin başlanğıcıdır. Yüksək poliqrafik səviyyədə nəfis tərtibatda çap olunan kitab azərbaycanşünaslığa və elmimizə çox dəyərli töhfədir. Azərbaycanın elmi ictimaiyyəti tərəfindən böyük maraqla qarşılanan kitab respublikanın bir çox qurumlarına, kitabxanalarına və ali məktəblərinə təqdim olunub.

Akademik İ.Həbibbəyli Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun kitabla bağlı akademik Çingiz Qacara xüsusi məktub göndərdiyini bildirib. Məktubda qeyd olunur ki, qiymətli arxiv materialları və tarixi fotoşəkillərlə zəngin “Naxçıvan – dünyanın ən qədim şəhərlərindən biri” kitabsız doğma Azərbaycanımızın qədim diyarının tarixinin, mədəniyyətinin və adət-ənənələrinin oxuculara çatdırılması sahəsində yüksək qiymətə layiqdir. Bu təşəbbüsə və Naxçıvanla bağlı nadir arxiv materiallarını tapıb kitab halına saldığına görə müəllifə dərin təşəkkür ifadə olunub.

İ.Həbibbəyli akademik Ç.Qacarın Azərbaycanda fizika üzrə tanınmış alim olduğunu söyləyib, onun bu sahədəki xidmətlərini xüsusi qeyd edib. Alimin elmi fəaliyyətindən söz açan AMEA-nın vitse-prezidenti bildirib ki, Ç.Qacarın Azərbaycan elminə, mədəniyyətinə, tarixinə dair qiymətli əsərləri cəmiyyətimizdə, elmi ictimaiyyətdə yüksək rəy yaradıb, çox böyük maraqla qarşılanıb.

Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki daimi nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov kitabın Azərbaycan elmi ictimaiyyəti üçün böyük əhəmiyyət daşıdığını söyləyib. Qeyd edilib ki, son illər Naxçıvanda elmin inkişafı sahəsində müxtəlif tədbirlər həyata keçirilib, alim və tədqiqatçılar üçün geniş fəaliyyət istiqamətləri müəyyənləşdirilib, bu qədim diyarın tarixi hərtərəfli öyrənilib. Naxçıvan Muxtar Respublikasının tarixinin, etnoqrafiyasının, arxeologiyasının, mədəni mühitinin, folklorunun, flora və faunasının, təbii ehtiyatlarının araşdırılması sahəsində mühüm elmi nəticələr qazanılıb.

Qeyd edilib ki, akademik Ç.Qacarın qiymətli arxiv materialları və tarixi fotoşəkillərlə zəngin “Naxçıvan – dünyanın ən qədim şəhərlərindən biri” kitabı da Naxçıvanın tarixinin, mədəniyyətinin və adət-ənənələrinin tanıdılması, oxuculara çatdırılması sahəsində dəyərli mənbədir. Kitab tarixi, etnoqrafik, mədəniyyət sahəsində geniş məlumatları özündə cəmləşdirir, nəşrdə təqdim olunan fotoşəkillərin hər biri özündə bir tarix yaradır. Müəllif qeyd edir ki, bu nəşr elmi tədqiqat xarakterli deyil, təbliğat və tanıtma məqsədlidir. Əslində isə böyük zəhmətin məhsulu olan bu kitab həm də ciddi elmi tədqiqat xarakteri daşıyır.

Tədbirdə AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun direktoru, akademiyanın müxbir üzvü Ərtegin Salamzadənin “Nuh torpağına səyahət” mövzusunda məruzəsi dinlənilib. Bildirilib ki, kitabın janrı kulturoloji yönümlüdür. Nəşrdə Naxçıvanın təbiəti, tarixi, arxeologiyası, memarlığı, xalq və peşəkar incəsənəti, adət-ənənələri və bayramları, mətbəxi, numizmatikası ardıcıl təsvir edilir. Kitabın Naxçıvan dekorativ-tətbiqi sənətinə həsr edilmiş bölmələri maddi mədəniyyətin zəngin irsi, yüksək sənətkarlıqla işlənmiş metal və saxsı məmulatlar, həmçinin xatirə daş plastikası barədə məlumatları əks etdirir. Nəşrdə Naxçıvanın dövlət və hərbi xadimlərindən, filosof, alim, yazıçı və rəssamlarından da söz açılır.

AMEA-nın müxbir üzvü Muxtar İmanov, akademik Cavad Abdinov, “Xalq qəzeti”nin əməkdaşı Tahir Aydınoğlu və digər çıxış edənlər kitab barədə fikirlərini bölüşüblər. Bildirilib ki, akademik Ç.Qacar ölkəmizdə həm dəqiq, həm də humanitar elmlərin inkişafına mühüm töhfələr verib. Alimin “Naxçıvan – dünyanın ən qədim şəhərlərindən biri” kitabı tarix, etnoqrafiya və mədəniyyət sahəsində məlumatları özündə cəmləşdirən dəyərli mənbədir. Nəşrin elmi redaktoru və “Ön söz”ün müəllifi akademik İsa Həbibbəylidir. Kitabda müxtəlif alimlərin, o cümlədən naxçıvanlı elm adamlarının əsərlərindən məlumatlar yer alıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Əcnəbi tələbələr Quba Soyqırımı Memorial Kompleksini ziyarət ediblər

Qızıl medal qazanan boksçu: Rəqiblərim güclü olsa da, yarış mənim üçün yaxşı keçdi

AzTU Türkiyə universitetləri və istehsalat müəssisələri ilə əməkdaşlıq əlaqələrini genişləndirir

Azərbaycan boksçusu "Böyük İpək Yolu" turnirində qızıl medal qazanıb

BDU-da 2024-2026-cı illərdə aparılacaq elmi tədqiqat işləri müzakirə olunub

ATU rəhbərliyinə institusional akkreditasiya şəhadətnaməsi təqdim olunub

Lənkəranda baş verən qəzada 3 nəfər xəsarət alıb

Şərqşünaslıq İnstitutunda Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə həsr olunmuş elmi sessiya keçirilib

Gürcüstanda ailə quranların sayı 14,5 faiz azalıb

Azərbaycanlı kinoprodüser beynəlxalq kino forumunda münsiflər heyətinə daxil edilib

YAP Səbail rayon təşkilatı Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar anım tədbiri keçirib

“Azərbaycanda sənayeləşdirmə: reallıqlar və perspektivlər” – yeni nəşr

Yığmanın baş məşqçisi: Toplanışda keçirdiyimiz matçlar kifayət qədər faydalı oldu

DGK sədri Misir səfiri ilə görüşüb

Şirvan–Salyan Regional Təhsil İdarəsinin fəaliyyəti ilə bağlı müraciətlərə bu nömrə cavab verəcək

Daxili işlər naziri Şamaxıda vətəndaş qəbulu keçirib VİDEO

Fövqəladə Hallar Nazirliyi və “Azərbaycan Dəmir Yolları” QSC birgə təlim keçirib VİDEO

Ötən il BDU-nun Tarix fakültəsinin əməkdaşlarının 4 dərslik və 15 dərs vəsaiti çap olunub

Paytaxt sakininin telefon və çantasını talayan şəxs saxlanılıb VİDEO

“AMEA-da elektron hərəkat və yeni çağırışlar” - seminar

Misirin aparıcı media nümayəndələri ilə görüş olub

“Ermənistanın dostları” şəbəkəsinin əsas məqsədi bölgədə Aİ-nin maraqlarını həyata keçirməkdən ibarətdir - RƏY

Gürcüstan iqlim dəyişikliyi ilə mübarizəyə 3,7 milyard lari xərcləyəcək

“Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 23 fevral tarixli 1101-VIQD nömrəli Qanununun tətbiqi və “Avtomobil yolları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 10 mart tarixli 299 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Nyu-York metrosunda zorakılıq halları artıb

“Muzeydə musiqi” layihəsi: Azərbaycan Milli İncəsənət Muzeyində növbəti konsert

Sorğu: Bayden Trampı 3 faiz fərqlə qabaqlayır

Nizamişünas alimin məqaləsi Türkiyədə çap edilib

Fevralda DSMF tərəfindən 26,6 minə yaxın vətəndaş müraciəti cavablandırılıb

“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir VİDEO

“Neftçi”nin iki futbolçusu “Qəbələ” ilə oyunu buraxacaq

Çin uçuş məsafəsi iki min kilometrdən çox olan zenit raketi hazırlayıb

Bayram günlərində “Azərpoçt”un xidmətlərindən 400 mindən çox vətəndaş istifadə edib

D vitamini uşaqların sümük-əzələ sisteminin sağlamlığında mühüm rol oynayır

“AzInTelecom”un “Hökumət Buludu” layihəsi “WSIS-204” müsabiqəsində iştirak edir

Rusiyada terror aktından zərərçəkənlərə dəstək məqsədilə Müslüm Maqomayevin mahnılarından ibarət albom buraxılıb

Millinin baş məşqçisi: Macarıstan və İsveçrə ilə oyunlar bizim üçün yeni təcrübə olacaq

DTX təhlükəsizliyimizin qarantı, xalqımızın qürur yeridir

“Ulu Öndər və yəhudilər” sənədli filmi İsrail mətbuatında

Türkiyənin vitse-prezidenti: Daxili istehlakın ifrat artımı ölkənin iqtisadi inkişafına zərbə vurur

Şröder: Putinlə şəxsi münasibətlərim Ukraynada sülh prosesinə fayda verə bilər

BŞİH-də müşavirə keçirilib, “Lifttəmir”in direktoruna şiddətli töhmət verilib

Əhalinin tibbi xidmətlərə əlçatanlılığı ilə bağlı sorğunun nəticələri müzakirə olunub

Avropa çempionatı: Azərbaycan minifutbol millisinin mümkün rəqibləri bəlli olub

Qadınlar arasında keçirilən voleybol yarışında ADAU-nun komandası birinci yerə çıxıb

"GreenTech Startap və Yaşıl Texnologiyalar" müsabiqəsinə start verilir

Qazaxıstan Prezidenti: Orta Dəhliz üzrə daşımaların həcmi 10 milyon tona çata bilər

RF XİN: Ermənistan kollektiv Qərbin son dərəcə təhlükəli planlarının alətinə çevrilir

QHT sədri: Azərbaycanın vətəndaş cəmiyyətləri də COP29-un ölkəmizdə yüksək səviyyədə keçirilməsinə töhfə verə biləcəklər

DTX-nin rəisi: Ali Baş Komandanın bizə olan inamını daim doğrultmağa çalışacağımızı qətiyyətlə bəyan edirik

Rostropoviçlərin ev-muzeyində klassik musiqi konserti - “Bir ömrün simfoniyası”

Azərbaycanın basketbol yığmaları Türkiyə klublarına qalib gəliblər

Sabah ölkə ərazisində hava əsasən yağmursuz olacaq

Tarixçi alim: Həmrəy olaraq qarşıya qoyulan bütün hədəflərə mütləq çatacağıq

Bayram günlərində meşə fondu torpaqlarında 100 mindən çox ağac əkilib

Rusiyadan stikerləri Azərbaycan dilində olan məhsulların idxal müddəti uzadılıb

Ombudsman Səbinə Əliyeva Xankəndidə erməniəsilli sakinlərlə görüşüb

Məktəblərdə direktor müavini vəzifəsi ilə bağlı işə qəbul üzrə təkrar müsahibə keçiriləcək

Fövqəladə Hallar Nazirliyi tərəfindən daha bir qanunsuz tikili sökülüb VİDEO

Kəmalə Həşimova: Tezliklə Qərbi azərbaycanlıların da hüquqlarının bərpasına nail olacağıq

Davamlı öskürəyin ev şəraitində müalicəsi xəstəliyin ağırlaşmasına səbəb ola bilər

Milli Kitabxana Teymur Elçinin 100 illik yubileyi münasibətilə sərgi hazırlayıb

Azərbaycan millisinin voleybolçusu İndoneziya klubuna keçib

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində “Technest” təqaüd proqramı üzrə infosessiya keçirilib

ABŞ və Avropa İttifaqı özlərinin gündəliyində olan siyasəti israrla Ermənistana təlqin etməyə çalışır ŞƏRH

“Dövlətin təhlükəsizliyi naminə” - MƏQALƏ

DİM: Dövlət qulluğu üzrə imtahandan müvəffəqiyyətlə keçənlərin sertifikatlarının verilməsinə başlanılıb

Azərbaycan gimnastları Fransada beynəlxalq turnirdə iştirak edəcəklər

Tanışını öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

BMT: 783 milyon insanın aclıqdan əziyyət çəkdiyi bir şəraitdə qida tullantılarının həcmi 20 faizə çatıb

Azərbaycan Premyer Liqası: “Qarabağ” bu tur çempionluğu təmin edə bilər

Qusar Dövlət Ləzgi Dram Teatrı paytaxt tamaşaçıları qarşısında çıxış edib

Muxtar Nağıyev: Azərbaycan xalqı olaraq birlik və həmrəylik sayəsində məqsədlərimizə çatacağıq

Magistraturaya qəbul imtahanının ikinci cəhdində iştirak etmək üçün qeydiyyat aparılır

Qərbin “sığortası” yeni münaqişə ocağı yaradacaq və ya iqtisadi tənəzzüllə bitəcək - ŞƏRH

Elektromobillərin dünya qiymətləri ucuzlaşa bilər

Bayram günlərində Qəbələ Dövlət Tarix-Bədii Qoruğunu ziyarət edənlərin sayı artıb

Seulda avtobus sürücülərinin tətili başlayıb

Salyanda məktəb direktoru işdən çıxarılıb

Yaşar Güler: Terror mövzusu Türkiyə gündəmindən tamamilə silinəcək

Beynəlxalq klub turnirlərində qapısını ən çox toxunulmaz saxlayan qolkiperlər bəlli olub

DİN: Martın 27-də 23,8 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb

Mərkəzi Bank uçot dərəcəsini endirib

Teatr Xadimləri İttifaqında Beynəlxalq Teatr Günü keçirilib

Süni intellekt Rusiyada meşələrin qanunsuz qırılması hallarını aşkar edəcək

Ali məktəblər arasında ilk dəfə BANM-də Süni intellekt elmi-tədqiqat laboratoriyası fəaliyyətə başlayıb

Mingəçevir Dövlət Universitetində Azərbaycanlıların Soyqırımı Gününə həsr olunan mühazirə keçirilib

Gənc Tamaşaçılar Teatrı aprel repertuarını təqdim edib

“Azərbaycan Teatrı” adlı elektron məlumat bazası yaradılıb

Mədəniyyət naziri Adil Kərimli İmişlidə vətəndaşları qəbul edəcək

Naxçıvanda yolda qaya uçqunu baş verib

Akademik: Azərbaycan cəmiyyətinin sonrakı inkişaf mərhələlərində Elmlər Akademiyası mühüm rol oynayıb

FHN: Ötən sutka ərzində 2-si azyaşlı olmaqla 4 nəfər xilas edilib

TKTA: Yerli akkreditasiyası olmayan ali məktəblərin diplomları tanınmır

® Mərkəzi Gömrük Hospitalında istehsalat təcrübəsi keçən tibb kolleclərinin tələbələri üçün növbəti təlim keçirilib

Ötən gün götürülən silah-sursatın sayı açıqlanıb

Bağçalara müdir vəzifəsinə işə qəbulun test imtahanı mərhələsi keçiriləcək

Hərbi institutun kursantları ilə praktiki məşğələlər keçirilib VİDEO

Qərbi Azərbaycan İcması bəyanat yayıb