REGİONLAR


Naxçıvan gömrükçüləri Ermənistan komandasını məğlub edib

Naxçıvan, 12 sentyabr, AZƏRTAC

Belarusun Brest şəhərində keçirilən gömrük xidmətləri arasında futzal üzrə 12-ci açıq birincilikdə Azərbaycan gömrükçüləri növbəti görüşünü sentyabrın 12-də Ermənistan komandasına qarşı keçirib. Ölkəmizi yarışda təmsil edən Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin komandası oyunu rəqibindən aşkar üstün şəraitdə keçirərək 4:0 hesabı ilə qalib gəlib.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, Ramazan Ağayev, Kamil Hacıyev, Orxan Məmmədov, Cavid Xəlilov, İlqar İsmayılov və Rahil Tahirlidən ibarət start heyətlə meydana çıxan komandamız bununla turnirdə ilk qələbəsini qazanıb.

Gömrükçülərimiz növbəti görüşünü sentyabrın 13-də Ukrayna komandasına qarşı keçirəcək.

Turnirə 5 ölkə – Azərbaycan, Rusiya, Belarus, Ukrayna və Ermənistan komandaları qatılıblar. Brest şəhəri isə yerli komanda ilə təmsil olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.