Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Naxçıvan hərbi şəhərciyində zabit yataqxanası istifadəyə verilib

Naxçıvan, 31 dekabr, AZƏRTAC

Ordunun gücünü təşkil edən əsas amillərdən biri də şəxsi heyətin sosial-məişət şəraitinin yaxşılaşdırılmasıdır. Bu gün Naxçıvan Muxtar Respublikasında ordu quruculuğu sahəsində görülən işlərin tərkib hissəsi kimi müasir əsgər və zabit yataqxanaları, hərbçi ailələri üçün yeni yaşayış binaları tikilərək istifadəyə verilir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, dekabrın 31-də - Dünya Azərbaycanlılarının Həmrəylik Günündə Naxçıvan şəhərindəki hərbi şəhərcikdə zabit yataqxanası yenidənqurma işlərindən sonra istifadəyə verilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov binanın açılışını bildirən lenti kəsib.

Məlumat verilib ki, zirzəmi ilə birlikdə 5 mərtəbədən ibarət olan bina yenidən qurulub, qapı və pəncərələr dəyişdirilib. 220 yerlik binada bütün yataq otaqlarının mebelləri yenilənib, mərkəzləşmiş antena sistemi qurulub, telefon çəkilib, 2 VİP otaq, eləcə də növbətçi və komendant otaqları istifadəyə verilib.

Zirzəmidə bərbər, hamam, camaşırxana, qazanxana yerləşir. Binanın həyətində də abadlıq işləri aparılıb, istirahət köşkü qoyulub.

Sonra Ali Məclisin Sədri hərbi şəhərcikdə görülən abadlıq işləri ilə maraqlanıb. Bildirilib ki, şəhərcikdəki bütün yaşayış binaları təmir olunub, pəncərələri dəyişdirilib, havalandırma sistemləri qurulub, elektrik, qaz, su və kanalizasiya xətləri yenilənib. Hərbi şəhərciyin ərazisi tamamilə asfaltlanıb, hərbçi ailələrinin istirahəti üçün lazımi işlər görülüb, futbol, basketbol və voleybol meydançaları yaradılıb, uşaq əyləncə qurğuları qoyulub, yollar genişləndirilib, yaşıllıqlar salınıb. Həmçinin Qarnizon tam orta məktəbində və uşaq bağçasında da təmir işləri aparılıb.

Ali Məclisin Sədri hərbçilərin ailə üzvləri ilə görüşüb, onların bayramını təbrik edərək deyib: Zabit ailələrinin normal yaşayışının təmin olunması bu gün qarşıda duran əsas məsələlərdəndir. Muxtar respublikada bu istiqamətdə ardıcıl tədbirlər görülür. Bu il Kəngərli rayonunun Qıvraq qəsəbəsində zabit ailələri üçün 44 mənzilli yaşayış binası istifadəyə verilmişdir. Həmçinin Naxçıvan şəhərində yerləşən hərbi şəhərcikdə də zabit ailələrinin yaşayışı üçün lazımi şərait yaradılmışdır. Ərazidə müasir məktəb və uşaq bağçası, xidmət sahələri və tibb məntəqəsi fəaliyyət göstərir. Bu gün isə subay zabitlər üçün yataqxananın açılışı olmuşdur. Bütün bunlar da imkan verir ki, zabitlərimiz öz xidmətlərini rahat həyata keçirə bilsinlər.

Hərbçi ailələri adından minnətdarlıq edən Arzu Quliyeva, Kübra Məmmədova, Cəmilə Əhmədova və Şəfa Əliyeva bayram günündə hərbçilərin ailə üzvləri ilə görüşlərin keçirilməsini yüksək qiymətləndiriblər.

Hərbçi övladı Ömər Heydərov vətənpərvərlik mövzusunda şeir söyləyib.

Vəfa Gülməmmədova Ali Məclisin Sədrinə bayram təbriklərini çatdıraraq deyib: “Yoldaşım zabitdir. 20 ildən artıqdır ki, Naxçıvanda xidmət edir və ailəmiz burada yaşayır. Ötən dövrdə muxtar respublikanın böyük inkişaf yolu keçdiyinə şahidlik etmişəm. Əvvəllər hərbçi ailələrinin yaşayışı üçün normal şərait yox idi. Lakin bu gün ən müasir şəhərcikdə, hərtərəfli təminatı olan mənzillərdə yaşayırıq. Övladlarımızın təhsili, asudə vaxtının səmərəli təşkili üçün bütün tədbirlər görülüb. Bu da bizi sevindirir, qürurlandırır. Dövlətimizlə, ordumuzla fəxr edirik”.

Qarnizon tam orta məktəbinin şagirdi Solmaz Gülməmmədova deyib ki, hərbçi uşaqlarının təhsili üçün məktəbimizdə lazımi şərait yaradılıb, ən müasir tədris avadanlıqları quraşdırılıb. Qardaşım 2017-ci ildə yüksək balla ali məktəbə qəbul olub, Ali Məclis Sədri ilə görüşüb. Mən də qarşıma məqsəd qoymuşam ki, yaradılan şəraitdən istifadə edərək hərtərəfli təhsil alım.

Ali Məclisin Sədri bütün hərbçi ailələrini bir daha Dünya Azərbaycanlılarının Həmrəylik Günü və qarşıdan gələn Yeni il bayramı münasibətilə təbrik edib, hərbi şəhərcikdə gələcəkdə də abadlıq-quruculuq işlərinin davam etdirilməsi barədə tapşırıqlar verib.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

A.İ.İsmayılovun 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

® “Jolly Joker”in ilk qlobal məkanı “Jolly Joker Bakı”da Yıldız Tilbe izdihamı

Misir Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb

“Azərreyl”in voleybolçusu: Fantastik mövsüm və gözəl sonluq oldu

Naxçıvanda ticarət obyektlərində saxta alkoqollu içkilər aşkarlanıb

IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir

Al Paçino və Den Stivens “The Ritual” filmində əsas rolları canlandıracaqlar

Otuz ölkəni təmsil edən xarici ekspertlərin iştirakı ilə Laçında konfrans işə başlayıb

“COP29 və Azərbaycan üçün Yaşıl Baxış” forumu çərçivəsində gənclərlə görüş keçirilib

® Mərkəzi Gömrük Hospitalında “Son mərhələ qaraciyər xəstəliyi və viral hepatitlər" mövzusunda elmi konfrans keçirilib

AQTA bazar rəhbərlərinə xəbərdarlıq edib

BDU-da tanınmış jurnalist, yazıçı-publisist Bahəddin Həzi ilə görüş

“Neftçi”nin iki futbolçusu “Qarabağ”la matçı buraxacaq

Regional sabitliyə əsaslanmış Azərbaycan-Rusiya münasibətləri ŞƏRH

Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının 2-ci iclası başlayıb YENİLƏNƏCƏK

Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub YENİLƏNİB

“Zəfər” respublika yaradıcılıq festival-müsabiqəsi keçirilir

Cənubi Koreyanın dörd avtomobil istehsalçısı 206 mindən çox avtomobilini geri çağırır

Samir Abasov: “El-Klasiko”nu analiz etmək mənə düşməz

Ankarada Türk dövlətlərinin kosmik texnologiyalar sahəsində əməkdaşlığı müzakirə edilir

Türkiyənin Kahramanmaraş Sütcü İmam Universitetinin nümayəndə heyəti UNEC-də olub

Mirhəsən Həsənov: Metsamor Atom Elektrik Stansiyası region dövlətləri üçün böyük təhlükə mənbəyidir

BANM-də beynəlxalq elmi konfransların açılışı olub

Tərbiyəçi-müəllimlərin vakant yerlər üzrə qeydiyyatına start verilir

“Könüllülərə yol açırıq” - satış sərgisi

Artan dövlət borcu yükü Afrikanı yol ayrıcında qoyur - UNECA

Famil Ağayev: Bəlkə də mövsüm ərzində "Azərreyl"ə qalib gəlməyimiz bizi arxayınlaşdırdı

COP29 Azərbaycanın malik olduğu imkanların təqdimatı olacaq ŞƏRH

Azərbaycanda vergiödəyicilərinin sayı 7 faizdən çox artıb

Musiqili Teatr özbək yazıçısının komediyasını təqdim edəcək

Moskva məhkəməsi Rusiya müdafiə nazirinin müavinini həbs edib

Başqırdıstan istehsal etmədiyi məhsulları Azərbaycandan idxal etmək istəyir

Fövqəladə Hallar Nazirliyi avtonəqliyyat vasitələrində yanğınlarla bağlı əhaliyə müraciət edib

Aprelin 25-də hava əsasən yağmursuz keçəcək

Beynəlxalq təşkilat Fransanı nümayiş hüququnu məhdudlaşdırmaqda günahlandırır

Yaponiya arxeoloqları Romada imperator Avqustun sarayını aşkar ediblər

Ekoloji təhlükəsizliyin milli və beynəlxalq hüquqi təminatı - elmi-praktik konfrans

Danimarkada Makedoniyalı İsgəndərin təsviri olan qədim bəzək əşyası aşkarlanıb

Qırğızıstan Prezidenti Sadır Japarovun rəsmi qarşılanma mərasimi olub

Şahmat üzrə Azərbaycan çempionatında ikinci finalçı bəlli olub

İsveç səfiri “Avroviziya-2024” təmsilçilərimizlə görüşüb

Aprelin 24-dən 30-dək Ümumdünya İmmunlaşdırma Həftəsi keçirilir

Avropa Parlamenti Balkanlarda ofis açmağı planlaşdırır

Milli Kitabxana “Qədim diyarın bir əsrlik yolu” adlı virtual sərgi hazırlayıb

İşğaldan azad edilən ərazilərimizdə ilk dəfə peşə yarmarkası keçiriləcək

Faktiki hava: Ötən gün Aran rayonlarında 31 dərəcə isti qeydə alınıb

“Azərbaycanın müasir müdafiə sənayesi” - BMU-da tələbələrlə görüş

Beynəlxalq forumun iştirakçılarının işğaldan azad olunmuş ərazilərə səfəri başlayıb VİDEO

Filippində istidən altı nəfər ölüb

Birinci sinfə elektron qeydiyyatla bağlı görüş keçirilib

Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycana dövlət səfərinə gəlib

ASAN könüllülərinin “Qarabağ” mədəniyyət sərgisi keçirilib

KOBİA sədri: Başqırdıstan iş adamlarına tenderlərdə iştirak etməsi üçün imkan yarada bilərik

“Azərreyl”in amerikalı voleybolçusu: Çempionluğa layiq idik

“AzerGold”da keniyalı iş adamları ilə görüş keçirilib

Qazaxıstanda daşqınlar səbəbindən 8,5 min insan təxliyə məntəqələrində qalır

Azərbaycan Çernobıl Əlilləri İttifaqının üzvləri Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib

Havaya normadan artıq tullantı atan restoranların səlahiyyətli nümayəndələri barədə akt və protokol tərtib olunub

Fukuşima AES-dən suyun okeana axıdılması dayandırılıb

BMT-nin Baş katibi: Bəşəriyyət iqlim dəyişikliyi ilə mübarizədə daha sıx birləşməlidir

Azərbaycan-Qırğızıstan münasibətləri Türk dünyasının birliyinə mühüm töhfələr verir

AMEA-da yeni şöbələr yaradılıb

Azərbaycan Kuboku: Bu gün finalçılar məlum olacaq

Dövlət Yol Polis əməkdaşları vətəndaşları yol hərəkəti qaydaları haqqında məlumatlandırıb

Azərbaycanda COVID-19 və qripə qarşı vaksinasiyanın səmərəliliyinin dəyərləndirilməsi üzrə aparılan tədqiqat yekunlaşıb

“Sumqayıt” klubunun baş məşqçisi “Barselona”nın düşərgəsinə yollanıb

Dünya birjalarında neft bahalaşıb

İlkin səhiyyə xidməti təkmilləşdirilir

Aprelin 23-də 19,2 kiloqramdan çox narkotik vasitə dövriyyədən çıxarılıb

DİN: Ötən gün Xankəndidə silah-sursat aşkarlanıb

Ötən gün aşkarlanan və təhvil götürülən silah-sursatın sayı açıqlanıb

“Deloitte” Azərbaycanda fəaliyyətini genişləndirir

Yevgeni Mixaylov: Cənubi Qafqazın təhlükəsizliyi Azərbaycanın və Rusiyanın diqqət mərkəzindədir – ŞƏRH

DİN: Cinayət törətməkdə şübhəli bilinən 55 nəfər saxlanılıb

Azərbaycan nefti bahalaşıb

Bakıda Qırğız kino günlərinin açılışı olub

Azərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurasının iclası keçirilib

Çin “Şencou-18” kosmik missiyasını orbitə göndərməyə hazırlaşır

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur - SİYAHI

Kürdəmirdə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıb

Təzadlı obrazlar ustası

Panama sahillərində zəlzələ qeydə alınıb

Şimali Koreya nümayəndə heyəti son 5 ildə ilk dəfə İrana səfər edib

Hindistan 250 kilometr mənzilli ballistik raketi sınaqdan keçirib

Professor Merab Kiladze: Gürcüstan və Azərbaycan həkimləri tibbin bütün sahələrində uğurlu əməkdaşlıq edirlər

“Diaspor Akademiyası” layihəsi çərçivəsində səkkizinci təlim keçirilib

Varşava Azərbaycan Evində karyera təlimləri davam edir

BEA: Elektromobillərin qlobal satışları 2024-cü ildə rekord həddə çatıb

ABŞ Dövlət katibi Çində Rusiya ilə bağlı mövzuları da müzakirə edəcək

Səfir Nazim Səmədov etimadnamələrini Qambiya Prezidentinə təqdim edib

Tədqiqat: Zərərli qidaların niyə xərçəngə səbəb olduğu məlum olub

Bayden ABŞ-ın yeganə dünya lideri olduğunu söyləyib

“Yuventus” İtaliya Kubokunun finalına yüksəlib

Premyer Liqa: “Arsenal” London derbisində “Çelsi”ni darmadağın edib

Senat ABŞ-ın Ukraynaya hərbi yardımını təsdiqləyib

Bosniya və Herseqovina Rəyasət Heyətinin sədri COP29-da iştiraka dəvət olunub

“COP29 və Azərbaycan üçün Yaşıl Baxış” forumu Gürcüstan mətbuatının diqqət mərkəzində olub

Milanda gecə saatlarında pizza və dondurma yemək qadağan olunacaq

İNALCO: Türk Mədəniyyəti və Dilləri Günündə Azərbaycan mədəniyyəti təqdim olunub VİDEO

Ukrayna mülki aviasiyanın modernləşdirilməsinə dair sazişi ləğv edib