Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

Naxçıvan iqtisadi, sosial və mədəni inkişafı ilə zirvələrə yüksəlir, ölkəmizin daha da güclənməsinə öz töhfəsini verir

Naxçıvan, 7 iyul, AZƏRTAC

Həyata keçirilən mühüm sosial-iqtisadi islahatlar nəticəsində özünün yüksəliş dövrünü yaşayan Naxçıvan Muxtar Respublikasında ötən illər ərzində bütün sahələr üzrə mühüm nailiyyətlər əldə edilib, geniş quruculuq işləri aparılıb, şəhər, qəsəbə və kəndlər yenidən qurulub, əhalinin rifahı ilbəil yaxşılaşdırılıb. Azərbaycan xalqının ümummilli lideri, görkəmli dövlət xadimi Heydər Əliyevin əsasını qoyduğu strateji inkişaf siyasətinin uğurla davam etdirilməsi, gərgin, ardıcıl və səmərəli fəaliyyət, quruculuq əzmi qədim diyarımızı gülüstana çevirib. Görülən məqsədyönlü işlər nəticəsində bu gün Naxçıvan qədimliyi, mədəni zənginliyi, mühüm strateji əhəmiyyəti ilə yanaşı həm də böyük önəmə malik beynəlxalq tədbirlərin keçirildiyi inkişaf, sabitlik, mədəniyyətlərarası dialoq məkanı, informasiya mərkəzi kimi də şöhrət qazanıb.

İslama yüksək münasibəti özündə əks etdirən Naxçıvan modeli maraq doğurur

Qədim diyarımızda islami dəyərlərin dünyəviliklə vəhdətdə inkişaf etdirilməsi nəticəsində İslama münasibətin elmi və mədəni yanaşmaya əsaslanan Naxçıvan modeli formalaşıb. Ölkəmizdəki tolerantlıq və multikulturalizm mühitində bu modelin özünəməxsus yeri vardır. Məhz bu mənada Naxçıvan şəhərinin İslam Mədəniyyətinin Paytaxtı olması tolerantlığın, multikulturalizmin harmoniyasından yaranan, İslama yüksək münasibəti özündə əks etdirən Naxçıvan modelinin dünyaya təqdim edilməsinə geniş imkanlar açdı.

İyunun 7-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində Naxçıvan şəhərinin 2018-ci il üçün İslam Mədəniyyətinin Paytaxtı elan edilməsi ilə əlaqədar yaradılmış Təşkilat Komitəsinin keçirilən növbəti iclasında bu istiqamətdə görülən işlər qeyd olunub, “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı - 2018”in açılış tədbirinə hazırlıq işləri müzakirə edilib, qarşıda duran vəzifələr diqqətə çatdırılıb.

Əvvəlcə Naxçıvan şəhərinin İslam Mədəniyyətinin Paytaxtı seçilməsi ilə bağlı görülən işləri əks etdirən sərgiyə baxış olub. Təşkilat Komitəsinin iclasında çıxış edən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri, Naxçıvan şəhərinin 2018-ci il üçün İslam Mədəniyyətinin Paytaxtı elan edilməsi ilə əlaqədar yaradılmış Təşkilat Komitəsinin sədri Vasif Talıbov mötəbər tədbirə hazırlıqla bağlı tapşırıqlar verib. Ali Məclisin Sədri Naxçıvanda İslam dininə, onun dəyərlərinə və mahiyyətinə uyğun münasibətin formalaşdığını, Naxçıvan şəhərinin İslam Mədəniyyətinin Paytaxtı seçilməsinin isə bu qədim diyarın tanıdılması baxımından mühüm əhəmiyyətə malik olduğunu diqqətə çatdırıb.

İyunun 20-də Ali Məclisin Sədri İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının Baş direktoru Əbdüləziz Osman əl-Tuveycri və “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı - 2018”in açılış tədbirində iştirak etmək üçün muxtar respublikaya gələn xarici ölkələrin nümayəndələri ilə görüşüb.

Qonaqları Azərbaycanın müqəddəs torpağı Naxçıvan şəhərində salamlayan Ali Məclisin Sədri Naxçıvan şəhərinin 2018-ci il üçün İslam Mədəniyyətinin Paytaxtı seçilməsində təşəbbüsü olanlara təşəkkür edib. Qeyd olunub ki, 2009-cu ildən ötən dövrdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin diqqət və dəstəyi ilə Naxçıvan şəhərinin İslam Mədəniyyətinin Paytaxtı seçilməsi ilə bağlı işlər uğurla həyata keçirilib. Ötən dövrdə türk-islam mədəniyyəti abidələri bərpa olunub, İslam dini və onun dəyərləri ilə bağlı kitablar nəşr olunub. Həmçinin “İslam Mədəniyyətinin Paytaxtı Naxçıvan-2018” loqotipi və suvenirlər hazırlanıb, üzərində loqotip əks olunmuş döş nişanları, zərflər, poçt markaları buraxılıb. Nuh Peyğəmbərin vətəni olan Naxçıvanın qədim tarixindən, burada dini dəyərlərin qorunub yaşadılması sahəsində görülən işlərdən və türk-islam mədəniyyətinin inkişafından danışan Ali Məclisin Sədri Naxçıvanın İslam Mədəniyyətinin Paytaxtı seçilməsinin əhəmiyyətini vurğulayıb.

Əbdüləziz Osman əl-Tuveycri Naxçıvan şəhərinin 2018-ci il üçün İslam Mədəniyyətinin Paytaxtı elan edilməsi ilə bağlı İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatı tərəfindən hazırlanmış rəmzi loqonu Ali Məclisin Sədrinə təqdim edib.

Naxçıvanın İslam Mədəniyyətin Paytaxtı statusunu daşıması ölkəmiz və muxtar respublikamız üçün tarixi hadisə olmaqla yanaşı, həm də qədim diyarın bəşər sivilizasiyasına növbəti töhfəsi hesab edilir. Belə ki, İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatı tərəfindən həyata keçirilən bu layihə üzv dövlətlərin də birlikdə koordinasiyası çərçivəsində icra edilir və ən önəmli mədəni layihələri, sivilizasiya və bəşəri dəyərlərin İslama bağlılığını nümayiş etdirir. Mədəniyyət paytaxtlarının seçilməsi üçün konkret meyarlar vardır. Bu ada layiq məkanda elmi və mədəni infrastruktur – elmi mərkəzlər, mədəni-kütləvi tədbirləri təşkil edən təsisatlar, mükəmməl təhsil qurumları fəaliyyət göstərməli, şəhər qədimliklə müasirliyi özündə əks etdirməli, həmin diyar, xüsusilə, zəngin tarixə sahib olmalı, mədəni baxımından və eyni zamanda, İslam mədəniyyətinə, bəşəri və insani dəyərlərə töhfə verməlidir. Çünki bu layihənin məqsədi xalqlar arasında yaxınlaşmanı təmin etmək, tarixi yaddaşı dini həmrəyliklə insanlara qaytarmağa çalışmaq, keçmişlə müasir dövrün müsbət sintezini yaratmaqdır. Qədim sivilizasiyanın beşiyi olan Naxçıvan bunun üçün İslam dünyasının ən ideal məkanıdır.

Digər tərəfdən Naxçıvan İslam dünyasının ən müqəddəs torpaqlarından biri kimi, tarixən Yaxın və Orta Şərqin ictimai-siyasi, iqtisadi və mədəni həyatında, ideoloji baxışların formalaşmasında xüsusi rol oynayıb. Beş minillik şəhər mədəniyyətinə malik olan Naxçıvan tarixən təktanrıçılığın mərkəzlərindən biri olub. İslamaqədərki dövrdə burada yaşayan Azərbaycan türkləri dini etiqad, adət-ənənə və mənəvi dəyərlər baxımından İslam dininə yaxın idilər. Ona görə də yerli əhali İslam dinini 653-cü ildə könüllü qəbul edib, İslam mədəniyyəti güclü dövlətçilik, sülh və əmin-amanlığın mövcud olduğu qədim Naxçıvanda daha böyük inkişaf yolu keçib, böyük yaradıcı gücə malik olub. Bu diyar orta əsrlərdə İslam mədəniyyətinin əsas mərkəzlərindən birinə çevrilib. XV əsrdə tərtib edilmiş “Dünyanın İslam tarixi xəritəsi”ndə Naxçıvanın adı qeyd edilib və yazılıb: “Naxçıvan İslamın ən güclü dayaqlarından biridir... Naxçıvan yaşayış məntəqəsi Allaha yaxınlığı ilə Azərbaycan üçün möcüzədir”. Tarixi mənbələrdən də aydın olur ki, Naxçıvan İslam mədəniyyətinin əsas inkişaf mərkəzlərindən biri kimi bölgənin həyatında, ümumi inkişafında, sivilizasiyalararası dialoqda, İslam dinin yayılmasında mühüm rol oynayıb. İyunun 20-də Naxçıvan Dövlət Musiqili Dram Teatrında “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı-2018”in açılış tədbirində bu məqamlar xüsusilə qeyd olunub.

Tədbir iştirakçıları əvvəlcə ümummilli liderimiz Heydər Əliyevin abidəsini ziyarət edərək gül dəstələri qoyub, Ulu Öndərin xatirəsinə ehtiramlarını bildirib, Heydər Əliyev muzeyində dahi şəxsiyyətin həyatı, siyasi və dövlətçilik fəaliyyəti ilə bağlı eksponatlara baxıblar. Tədbir başlanmazdan əvvəl teatrın foyesində fotoqraf Hüseyn Bağırovun “Mənim Naxçıvanım” foto-sərgisinə baxış olub.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Haçadağın fotoşəklini İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının Baş direktoru Əbdüləziz Osman əl-Tuveycriyə, Batabatın fotoşəklini isə Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının Baş katibi Düsen Kaseinova hədiyyə edib.

Tədbirdə çıxış edən Ali Məclisin Sədri Azərbaycanın Naxçıvan Muxtar Respublikasının Paytaxtı Naxçıvan şəhərində əlamətdar tarixi günlərin yaşandığını bildirərək iştirakçıları salamlayıb. Qeyd edib ki, İslam ölkələri ilə əməkdaşlığa xüsusi diqqət yetirən ümummilli liderimiz Heydər Əliyev deyirdi: “İslam dini sülh, qardaşlıq və əməkdaşlıq dinidir... Bu, tarixboyu Azərbaycanda öz əməli ifadəsini tapmışdır”. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də dini-mənəvi dəyərlərimizin yaşadılmasına xüsusi diqqət yetirir və dünyaya dövlət-din münasibətlərinin tənzimlənməsi modelini təqdim edir. Ölkəmizdə mövcud olan dini dözümlülük və tolerantlıq, multikultural dəyərlər nümunə kimi götürülür.

Belə bir şəraitdə Naxçıvanın İslam Mədəniyyətinin Paytaxtı seçilməsi barədə qərarın qəbul olunması tarixi hadisədir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi, “Həmin qərar sivilizasiyalararası dialoqa mühüm töhfələr verən Azərbaycanın bu qədim diyarındakı zəngin mədəni-mənəvi irsə yüksək qiymətin təzahürüdür. Tarixən yaxın və orta Şərqin əzəmətli şəhərlərindən biri kimi Naxçıvan bütün böyük keçmişi ərzində İslam mədəniyyətinin çoxəsrlik nailiyyətlərinin layiqincə qorunub yaşadılmasında özünəməxsus rol oynamışdır.”

Ali Məclisin Sədri iştiraklarına görə qonaqlara təşəkkürünü bildirib, “İslam Mədəniyyətinin Paytaxtı Naxçıvan - 2018” tədbirlərini açıq elan edib.

Həmin gün “Araz” Dövlət Qəbul Evində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri adından açılış tədbirində iştirak üçün Naxçıvana gəlmiş qonaqların şərəfinə rəsmi ziyafət verilib.

İyunun 20-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov, İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının Baş direktoru Əbdüləziz bin Osman əl-Tuveycri, Azərbaycan Respublikasının mədəniyyət naziri Əbülfəs Qarayev və “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı - 2018”in açılış tədbirində iştirak etmək üçün muxtar respublikaya gəlmiş xarici ölkələrin nümayəndələri “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində, Naxçıvan Biznes Mərkəzində, “Əshabi-Kəhf Ziyarətgahı” Dini-Mədəni Abidə Kompleksində və Duzdağ Fizioterapiya Mərkəzində olublar.

Bu gün inkişafı ilə regional cazibə mərkəzinə çevrilən Azərbaycanın Naxçıvan Muxtar Respublikası ölkəmizin uğurla aparılan xarici siyasəti və beynəlxalq əlaqələri çərçivəsində dünya dövlətləri ilə əlaqələrini genişləndirir. İyunun 1-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov Hindistan Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Sanjay Rana, iyunun 13-də isə Moldova Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri George Leuka, iyunun 12-də Almaniyanın “BİOWORKS” şirkətinin icraçı direktoru Peter Kröner, iyunun 27-də isə Gürcüstanın Acarıstan Muxtar Respublikası Hökumətinin sədri Zurab Pataradze ilə görüşüb. Görüşlərdə iqtisadi-ticarət, kənd təsərrüfatı, sənaye, turizm, təhsil və digər sahələrlə bağlı maraq doğuran məsələlər müzakirə olunub.

İqtisadiyyatın davamlı inkişafını şərtləndirən bütün tədbirlər vaxtında həyata keçirilir

Muxtar respublikada iqtisadi inkişafın başlıca şərtlərindən və sosialyönümlü tədbirlərdən biri də müasir yol infrastrukturunun yaradılmasıdır. Naxçıvan şəhərdaxili avtomobil yollarının yenidən qurulması da bu sahədə görülən işlərin davamıdır.

İyunun 2-də Ali Məclisin Sədri Naxçıvan şəhərdaxili avtomobil yollarının yenidən qurulması layihəsinə, tikinti işlərinə başlanması, mühəndis-texniki tələblərə əməl olunması və keyfiyyətə diqqət yetirilməsi barədə tapşırıqlar verib.

Bu gün muxtar respublikamızda aqrar sahə iqtisadiyyatının innovasiyayönümlü inkişafını təmin edən strategiya uğurla həyata keçirilir. Kənd təsərrüfatının inkişafını nəzərdə tutan dövlət proqramlarının həyata keçirilməsi, bu sahəyə dövlət büdcəsindən subsidiyaların ayrılması Naxçıvanda əkinçiliyə marağın artmasına səbəb olub. Əkinçiliyin inkişafında başlıca şərtlərdən biri isə elmi-təcrübi fəaliyyətinin təkmilləşdirilməsi, maarifləndirmə işlərinə ciddi diqqət yetirilməsi, məhsuldar toxum sortlarından və mütərəqqi metodlardan istifadənin təşviqidir. Muxtar respublikamızda bu amil diqqətdə saxlanılır. “Kəhrəba” Fermer Təsərrüfatının yaradılması bu sahədə görülən işlərin davamıdır.

İyunun 12-də Ali Məclisin Sədri “Kəhrəba” Fermer Təsərrüfatının əkin sahələrinə baxıb, fermer təsərrüfatının təcrübə və maarifləndirmə istiqamətində fəaliyyətinin gücləndirilməsi, növbəli əkin qaydalarına əməl olunması, təsərrüfatda əsasən bostan-tərəvəz və dənli-paxlalı bitkilərin əkininə üstünlük verilməsi, bu zaman mütərəqqi suvarma və əkin metodlarından istifadə olunması, muxtar respublikada ixtisaslaşdırılmış yerli toxum sortlarına olan tələbatın ödənilməsi barədə müvafiq tapşırıqlar verib.

Sədaqət nümunəsi

Böyük mütəfəkkirlərin, sərkərdələrin, dahilərin vətəni olan Naxçıvanın yetişdirdiyi şəxsiyyətlərin fövqündə dayanan əvəzolunmaz liderimiz Heydər Əliyev bütün həyatı boyunca Vətəninə, xalqına bağlılıq nümunəsi göstərib, ölkəmizin, o cümlədən doğulub boya-başa çatdığı Naxçıvanın inkişafı, yüksəlişi, təhlükəsizliyinin təmini üçün əlindən gələni əsirgəməyib. 1993-cü il iyunun 15-də xalqın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə qayıdan görkəmli dövlət xadimi Azərbaycanı üzləşdiyi bəlalardan xilas edib, müstəqilliyimizi qoruyub saxlayıb, sabitlik və sürətli sosial-iqtisadi inkişafın əsasını qoyub. Bu gün müstəqil Azərbaycan və onun Naxçıvan Muxtar Respublikası ulu öndərimizin yolu ilə inamla irəliləyir.

İyunun 14-də Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında 15 İyun - Milli Qurtuluş Günü münasibətilə Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının təltiflərinin, Məmməd Səid Ordubadinin “Qılınc və qələm” tarixi dram əsəri əsasında hazırlanmış tamaşanın təqdimatı olub.

Ali Məclisin Sədri tədbirdə iştirak edib.

Tamaşadan sonra Ali Məclisin Sədri səhnə arxasına keçərək yaradıcı heyətlə görüşüb, uğurlu tamaşaya görə kollektivə təşəkkürünü bildirib.

Hərbi kadr hazırlığı diqqət mərkəzindədir

Hərbi kadrların yetişdirilməsində mühüm rol oynayan, ən müasir sosial-məişət şəraitə və tədris bazasına malik olan Naxçıvan şəhərindəki Heydər Əliyev adına Hərbi Lisey bu gün qazandığı uğurlarla diqqəti cəlb edir. 1998-ci ildə 56 kursantla fəaliyyətə başlayan hərbi liseydə bu gün 572 kursant təhsil alır. Builki məzunlar da nəzər alınmaqla ötən 20 ildə təhsil ocağını 3 minə yaxın kursant bitirib. Hazırda onlardan 1600-dən çoxu Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmət edir.

Torpaqlarımızın 20 faizdən çoxunun düşmən tapdağında olduğunu nəzərə alsaq, məktəbin ölkəmiz üçün necə böyük önəm daşıdığını daha aydın şəkildə görmək olar. Çünki Heydər Əliyev adına Hərbi Liseyin vətənpərvər, dövlətə sədaqətli gənclər yetişdirməkdə rolu əvəzsizdir.

İyunun 23-də Heydər Əliyev adına Hərbi Liseyin 20 illik yubileyi və 2018-ci il buraxılışı münasibətilə tədbir keçirilib.

Ali Məclisin Sədri tədbirdə iştirak edib, hərbi liseyin 20 illiyi və 18-ci buraxılışı münasibətilə kursant, zabit və müəllimləri, valideynləri və tədbir iştirakçılarını təbrik edərək deyib: “Tarixən Azərbaycan dövlətçiliyinin əsas mərkəzlərindən biri olan Naxçıvanda görkəmli siyasi və hərbi xadimlər yetişmişdir. Ötən əsrin 90-cı illərində ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan dövlətçiliyinin bərpasına Naxçıvandan başlanıldığı kimi, milli ordu quruculuğuna da bu qədim diyardan başlanılmış, tarixi qərarlar qəbul edilmişdir. 20 il bundan əvvəl Ümummilli Liderimizin Sərəncamı ilə Cəmşid Naxçıvanski adına hərbi liseyin Naxçıvan filialı yaradıldı. Ümummilli Liderimiz özü bu barədə deyirdi: “Sovet İttifaqı mövcud olan zaman yaratdığımız hərbiləşdirilmiş orta məktəb Azərbaycanın gələcəyinə baxış idi. Mən hələ sovet dövründə müstəqillik haqqında düşünüb hərbi məktəb yaratmışdım. İllər keçəcək, Naxçıvan filialı haqqında qəbul etdiyimiz qərarın da nə qədər vacib, əhəmiyyətli olduğu bir daha təsdiq olunacaqdır”.

Sonra Ali Məclisin Sədri liseyin əlaçı kursantlarına attestatları təqdim edib, zabit, müəllim və kursantları mükafatlandırıb.

Əlahiddə Ümumqoşun Ordunun maddi-texniki təminatı gücləndirilib, hərbi hissələri üçün yeni komplekslər istifadəyə verilib

İyunun 23-də - Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaranmasının 100-cü ildönümü ərəfəsində Əlahiddə Ümumqoşun Ordunun hərbi hissəsi üçün yeni xidmət və yaşayış kompleksi istifadəyə verilib.

Bu münasibətlə keçirilən tədbirdə iştirak edən Ali Məclisin Sədri şəxsi heyəti salamlayıb, Azərbaycan Xalq Cümhuriyyətinin və Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 100 illiyi münasibətilə əsgər və zabitləri, onların timsalında muxtar respublikadakı ordu, birləşmə və hissələrin bütün şəxsi heyətini təbrik edib. Ali Məclisin Sədri deyib: “Bu gün ölkə Prezidentinin rəhbərliyi ilə Azərbaycanda ordu quruculuğu sahəsində mühüm işlər görülür, müasir silah-sursatlar alınır, ordumuzun döyüş qabiliyyəti artırılır. Görülən işlərin nəticəsidir ki, Azərbaycan Silahlı Qüvvələri Cənubi Qafqazın ən güclü ordusu hesab olunur. Naxçıvan Muxtar Respublikasında da Ümummilli Liderimizin ordu quruculuğu sahəsində başladığı işlər uğurla davam etdirilmiş, Müdafiə Komitəsindən Əlahiddə Ümumqoşun Orduya qədər böyük inkişaf yolu keçilmişdir. Bu gün muxtar respublikada torpaqlarımızı etibarlı müdafiə edən və işğal altında olan torpaqlarımızı azad etməyə qadir güclü ordu formalaşıb. Bütün bunlar asan başa gəlməyib. Şəxsi heyətin döyüş qabiliyyətinin artırılması, silah-sursat təminatı, əsgər və zabitlərin xidmət və yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər görülmüşdür. Hər il yeni yaşayış binaları tikilir, hərbi hissələr yenidən qurularaq istifadəyə verilir. Bu gün istifadəyə verilən hərbi hissə də muxtar respublikada ordu quruculuğu sahəsində görülən işlərin davamıdır”.

Ali Məclisin Sədri Əlahiddə Ümumqoşun Ordunun daşınan kompleks rabitə stansiyasına və hava hücumundan müdafiə bölmələrinin idarəetmə məntəqəsinə də baxıb.

Həmin gün Naxçıvan şəhərində açıq səma altında Naxçıvan Döyüş Şöhrəti Muzeyi istifadəyə verilib. Ali Məclisin Sədri muzeydə yaradılan şəraitlə tanış olub.

İnsan amili ön plandadır

Muxtar respublikanın yaşayış məntəqələrində yeni içməli su və kanalizasiya sistemlərinin qurulması, əhalinin ekoloji cəhətdən təmiz və dayanıqlı içməli su ilə təminatı diqqətdə saxlanılır. Bu sahədə görülən işlərin davamı olaraq Babək rayonunun Şəkərabad kəndində də içməli su və kanalizasiya şəbəkəsi qurulub. İyunun 29-da həmin şəbəkə istifadəyə verilib.

Bu münasibətlə keçirilən tədbirdə iştirak edən Ali Məclisin Sədri deyib: “Su və kanalizasiya sistemləri təmizlik və sağlamlıq deməkdir. Bu gün Şəkərabad kəndində içməli su və kanalizasiya sistemlərinin istifadəyə verilməsi ilə yaxınlıqdakı hərbi hissə və Naxçıvan Beynəlxalq Hava Limanı da daxil olmaqla 5 minə yaxın insan təmiz içməli su ilə təmin olunur, gigiyenik qaydalar qorunur. Bütün bunlar isə Şəkərabad kəndində insanların rahat yaşayışına və sağlamlıqlarının qorunmasına hesablanmış tədbirlərdir. Bu işlər o ölkədə həyata keçirilir ki, həmin ölkədə sabitlik, inkişaf və dövlət-xalq birliyi vardır. Ölkəmizdə həyata keçirilən düzgün siyasi xətt, mövcud sabitlik və iqtisadi inkişaf yaşayış məntəqələrində bu layihələrin uğurla həyata keçirilməsinə imkan verir”.

Ali Məclisin Sədri Şəkərabad kəndinin içməli su və kanalizasiya şəbəkəsinin istifadəyə verilməsini bildirən qurğunu işə salıb.

Sakinlərlə söhbəti zamanı Ali Məclisin Sədri deyib ki, bu il Şəkərabadda kənddaxili avtomobil yolu da yenidən qurulacaq, asfalt örtük salınacaqdır. Sakinlər də aparılan abadlıq, quruculuq işlərində yaxından iştirak etməli, tikilənləri, qurulanları qorumalı, yaşıllıqların artırılmasına və torpaqların əkilməsinə diqqət yetirməlidirlər.

Çörək bol olarsa...

Muxtar respublikada taxılçılığın inkişafı sahəsində kompleks tədbirlər görülür. Taxılçılıqla məşğul olan torpaq mülkiyyətçilərinə dövlət maliyyə dəstəyinin göstərilməsi, keyfiyyətli toxum sortları və texnikalarla təminatı bol məhsul istehsalına, biçin kampaniyasının vaxtında və itkisiz başa çatdırılmasına imkan verir. Cari ilin məhsulu üçün muxtar respublikada 32 min 483 hektar sahədə taxıl əkilib. Hazırda sahələrdə biçin aparılır.

İyunun 30-da Ali Məclisin Sədri Kəngərli rayonunun Böyükdüz kəndindəki taxıl əkini sahəsinə gəlib, taxıl biçininin gedişi ilə maraqlanıb, muxtar respublikamızda taxılın vaxtında və itkisiz toplanılmasının vacibliyini vurğulayıb, müvafiq tapşırıq və tövsiyələr verib.

Taxıl biçini ilə tanışlıqdan sonra mexanizator və kombaynçılarla görüşən Ali Məclisin Sədri deyib: “Taxıl biçini müqəddəs və əhəmiyyətli işdir. Bu iş ona görə müqəddəsdir ki, çörəkdir. Əhəmiyyətlidir ona görə ki, muxtar respublikada əsas ərzaq məhsulu istehsal olunur. Bu il muxtar respublikada 30 min hektardan artıq sahədə taxıl əkilib. Taxıl biçini optimal müddətə - iyul ayının sonuna qədər başa çatdırılmalıdır. Bu günə qədər 9 min hektardan artıq taxıl sahəsi biçilib və hazırda biçin mütəşəkkil şəkildə davam etdirilir. Bunun da əsas səbəblərindən biri vaxtilə torpaq mülkiyyətçilərinin kombayn və digər texnikalarla təmin olunmasıdır. Hazırda muxtar respublika üzrə taxıl biçinində 95 kombayn iştirak edir ki, onun da 15-i “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinə, 80-i isə sahibkarlara məxsusdur. Həmçinin muxtar respublikaya yüksək iş əmsalına malik yeni kombaynlar da gətirilib. Onlar da bu sahə ilə məşğul olan, işinin öhdəsindən gələn, texnikalardan səmərəli istifadə edən sahibkarlara veriləcəkdir”.

“Muxtar respublikada bu gün taxıl istehsalının artırılması sahəsində görülən işlər sabah hər bir sakinin süfrəsinin bərəkətinə çevriləcəkdir”, - deyən Ali Məclisin Sədri muxtar respublika sakinləri adından taxıl biçinində iştirak edən mexanizator və kombaynçılara təşəkkür edib.

Sonra Ali Məclisin Sədri Kəngərli rayonunun Böyükdüz kəndi ərazisindəki 500 hektar torpaq sahəsinə baxıb, ərazidə layihələndirmə işlərinin aparılması və qapalı suvarma şəbəkəsinin qurulması barədə tapşırıqlar verib.

Azərbaycanın gücünün, qüdrətinin, beynəlxalq nüfuzunun Naxçıvan nümunəsi

Ölkəmizin, o cümlədən muxtar respublikamızın tarixinə mühüm əhəmiyyətə malik əlamətdar hadisələrin yazıldığı iyun ayı həm də dövlətimizin gücünü, qüdrətini, onun dünyada qazandığı böyük nüfuzu bir daha göstərdi. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 100 illik yubileyi münasibətilə iyunun 26-da Bakının Azadlıq meydanında keçirilən təntənəli hərbi parad və bayram ayı ərəfəsində Naxçıvanda qazanılan tarixi Günnüt zəfəri ölkəmizin hərbi gücünü, qüdrətini bir daha təsdiq edirdisə, muxtar respublikamızda keçirilən “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı - 2018”in açılış tədbirində dünyanın bir sıra dövlətlərinin, beynəlxalq təşkilatların yüksək səviyyəli nümayəndələrinin, çoxsaylı diplomatların, elm, ictimaiyyət və mədəniyyət xadimlərinin iştirakı respublikamızın yüksək beynəlxalq nüfuza sahib olduğunu növbəti dəfə təsdiq etdi. Qədim diyarımızda ötən ayın ümumi mənzərəsinə nəzər yetirdikdə isə bir daha əmin oluruq ki, sürətli sosial-iqtisadi və yüksək mədəni inkişaf, milli ideologiyaya, milli dövlətçiliyə, mənəvi dəyərlərə sıx bağlılıq, güclü ordu quruculuğu və müxtəlif istiqamətlər üzrə bütün növ təhlükəsizliyin təmin olunması istiqamətində görülən işlər muxtar respublikamızı bundan sonra da yeni-yeni zirvələrə yüksəldəcək. Naxçıvan özünün inkişafı, yüksək dəyərləri, sədaqət nümunəsi ilə Vətənimiz Azərbaycanın yüksəlişinin daim ön sıralarında yer alacaqdır.

Rauf Kəngərli

AZƏRTAC-ın Naxçıvan bürosunun rəhbəri

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Göyçayda yol qəzası baş verib, xəsarət alanlar var

Premyerası Bakıda keçirilmiş “Kalina krasnaya” filmi 50 yaşını qeyd edir

Gəncədə yaşayış binasında yanğın baş verib

Netanyahu HƏMAS-ın “strateji aktivlərinə” həbs qoyulduğunu açıqlayıb

ABŞ Konqresinin nümayəndə heyəti Ankarada “F-16” tədarükü mövzusunu müzakirə edəcək

Gürcüstanın Baş naziri ölkə müsəlmanları üçün iftar süfrəsi təşkil edib

BMT: Konqonun şərqindəki döyüşlər 6 milyona yaxın insanın evlərini tərk etməsinə səbəb olub

Naxçıvandan Qarabağa yollanan şəhid ailələri Füzuli rayonunda olublar

“Crocus City Hall”da terror aktı törədilən yerdə sübutların yoxlanılması başa çatdırılıb

“Azərişıq” Göyçayda yenidənqurma işlərini davam etdirir

Səfir Leyla Abdullayeva Fransanın nüfuzlu universitetində Azərbaycanın enerji siyasətindən danışıb

Lavrov: Ermənistandakı vəziyyət nikbinlik yaratmır

Növbəti aqrar biznes festivalı Qubada təşkil olunub

Azərbaycan boksçuları Bakıdakı beynəlxalq turniri 21 medalla başa vurublar

Politoloq: Ermənistanın Gürcüstan ərazilərini işğal etməsi de-yure təsdiqlənib

Naxçıvanda sel sularından səmərəli istifadə təmin edilib

Azərbaycan təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı təntənəli tədbir təşkil olunub

İtaliya İsraili Rəfahda hərbi əməliyyat keçirməməyə çağırıb

“Morgenland” Odlar Yurdu ilə görüşür” - Azərbaycan və Almaniya musiqiçilərinin birgə layihəsi təqdim olunub

Nazir: “SİMA İmza” tətbiqinin xarici ölkələrə ixracı üçün danışıqlar aparılır

Konstitusiya Məhkəməsinin Plenumunun iclasında Şirvan Apellyasiya Məhkəməsinin müraciəti əsasında konstitusiya işinə baxılıb

Taha Ayhan: Məqsədimiz Şuşanın azad olunma hekayəsini bütün dünyaya çatdırmaqdır

Nyu-Yorkun mərkəzində avtomobil sürmək üçün rüsum ödəniləcək

Fərid Qayıbov: İl ərzində Şuşada gənclər üçün müxtəlif tədbirlər keçiriləcək

Roma Papasının səhhəti yaxşılaşıb

Elektron Təhlükəsizlik Xidməti OIC-CERT kibertəhlükəsizlik təşkilatına üzv olub

Nazirlik: Taksilərin ağ və ya qırmızı olması ilə bağlı tələb yalnız iyulun 1-dən idxal edilən avtomobillərə şamil edilir

N.Paşinyan: Ermənistanda yalnız bir hökumət var və ikincisi ola bilməz

“Clarivate” şirkətinin nümayəndəsi seçilmiş jurnalların əməkdaşları üçün təlim keçəcək

Gəncə-Qazax bölgəsində yerləşən kolleclərdə monitorinqlər başlanıb

“Şuşa İƏT Gənclər Paytaxtı - 2024” beynəlxalq proqramının keçirilməsinə dair öhdəlik protokolu imzalanıb

Türkiyə Qəzzaya növbəti humanitar yardım gəmisi göndərib

Canını Vətənə fəda edənlər – Elçin Şükürov

Bağçalara müdir vəzifəsinə işə qəbulun test imtahanı mərhələsinin qaydaları açıqlanıb

Gürcüstanda doğulan uşaqların sayı 5 faiz azalıb

Mingəçevirdə yataqxana binasında yanğın olub, sakinlər təxliyə edilib

ABB Ağdaş filialını da yeniləyib

Naxçıvanda saxta zeytun yağları satış dövriyyəsindən kənarlaşdırılıb

“İnsanlıq əleyhinə cinayət: soyqırımı siyasəti, tarixi həqiqətlər və faktlar” mövzusunda konfrans keçirilib

Sərnişindaşıma ilə məşğul olan nəqliyyat vasitələrində AYNA-nın loqosu olacaq

Taksilərdə nağdsız ödəniş üçün pos-terminallar quraşdırılacaq

Taksi fənərləri ilə bağlı tələb müəyyənləşib

Qərbi Azərbaycan yallıları ilə bağlı kitabın təqdimatı olub

Akademik Əhəd Canəhmədov Niderlandda beynəlxalq tədbirdə elmi məruzə ilə çıxış edib

Azərbaycanla Misir arasında qida məhsullarının dövriyyəsini genişləndirmək məsələsi müzakirə olunub

Beynəlxalq turizm portalı Azərbaycanla bağlı yazı dərc edib

AMADA-nın əməkdaşı WADA-nın vebinarında iştirak edib

“Türk xalqları ədəbiyyatı” üç cilddə nəşrə hazırlanır

Buraxılış tarixi on beş ildən çox olan avtomobillər taksi kimi fəaliyyət göstərə bilməyəcəklər

Sumqayıtda yolların təmirinə başlanılıb VİDEO

Şokoladın həddindən artıq yeyilməsi baş ağrıları və qan təzyiqinin dəyişməsinə səbəb ola bilər

Ağciyər Xəstəlikləri İnstitutunda Ümumdünya Vərəmlə Mübarizə Gününə həsr olunan elmi-praktik konfrans keçirilib

“The Nation” qəzeti: ABŞ söz və fikir azadlığını qoruduğunu bildirir, lakin jurnalistlərin qətlinin təşkilində iştirak edir

Peşə təhsili pilləsinin bir səviyyəsindən növbəti səviyyəsinə keçid qaydasında dəyişiklik edilib

"IELTS imtahanına təşviq" layihəsi çərçivəsində 300 nəfər uğurlu nəticə əldə edib

Türkiyə Silahlı Qüvvələri son bir həftədə 38 terrorçunu zərərsizləşdirib

Niyazinin mənzil-muzeyində Əməkdar artist Arif Manaflı ilə görüş

Premyer Liqa: Dörd oyuna hakim təyinatları açıqlanıb

Azərbaycan ağırlıqqaldıranları üçün antidopinqlə bağlı seminar keçirilib

Azərbaycan və Türkiyə birgə tarixi film çəkəcəklər

“Azərbaycanda sürüşmə hadisələrinin kataloqu” Moskvada nəşr edilib

Korsikanın muxtariyyətinə dair qanun layihəsi qəbul olundu, deputat etiraz etdi: Bu, buxovdur

Birinci Beynəlxalq Opera Festivalının ən gənc iştirakçıları çıxışa hazırlaşırlar

Taksilərin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələblər təsdiqlənib

BMT-nin İnkişaf Proqramı ilə gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb

Dövlət orqanlarında vakant inzibati vəzifələrin tutulması məqsədilə daxili müsahibə elan edilir

Kino Agentliyində “Kinematoqrafiya haqqında” Qanunun yenilənməsi məqsədilə işçi qrupu yaradılır

Novruz bayramı günlərində yollarda 39 yol-nəqliyyat hadisəsi baş verib

Bakı şəhərətrafı dəmir yolu nəqliyyatı ilə sərnişindaşıma fəaliyyəti üzrə subsidiya verilməsi Qaydaları təsdiqlənib

“Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələblər”in təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikasının 2023-cü il 14 iyul tarixli 987-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 5 dekabr tarixli 1048-VIQD nömrəli Qanununun icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 10 yanvar tarixli 5 nömrəli Qərarı ilə təsdiq edilmiş “İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfi”ndə dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Bakı şəhərətrafı dəmiryol nəqliyyatı ilə sərnişindaşıma fəaliyyəti üzrə subsidiya verilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Federasiya rəsmisi: “Böyük İpək Yolu” beynəlxalq turnirinin keçirilməsi ölkəmizdə boksun inkişafına müsbət təsir göstərəcək

“Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 22 aprel tarixli 91 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 5 avqust tarixli 279 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşların peşə təhsili üzrə qeyri-formal və informal təhsil formaları vasitəsilə əldə etdikləri bilik, bacarıq, səriştə və təcrübənin qiymətləndirilməsi və tanınması məqsədilə imtahanın keçirilməsi və onlara peşə ixtisasını təsdiq edən sənədin verilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 16 aprel tarixli 173 nömrəli Qərarı ilə təsdiq edilmiş “Peşə təhsili pilləsinin bir səviyyəsindən növbəti səviyyəsinə keçid Qaydası”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Qafqazşünaslıq İnstitutunda 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr edilmiş dəyirmi masa keçirilib

Cənubi Afrika Respublikasının Prezidenti Matamela Siril Ramafozadan

Şərqşünas alimin məqaləsi Tehranda çap olunub

Kənd Təsərrüfatı Nazirliyinin aparat rəhbəri Biləsuvarda vətəndaşları qəbul edib

Dünyanın futbol üzrə ən dəyərli “onbirliyi” açıqlanıb

Latviyanın xarici işlər naziri istefa verib

Beynəlxalq ekspert: COP29 Azərbaycanın iqtisadi mövqeyini gücləndirməsi üçün strateji fürsətdir - MÜSAHİBƏ

Əcnəbi tələbələr Quba Soyqırımı Memorial Kompleksini ziyarət ediblər

Qızıl medal qazanan boksçu: Rəqiblərim güclü olsa da, yarış mənim üçün yaxşı keçdi

AzTU Türkiyə universitetləri və istehsalat müəssisələri ilə əməkdaşlıq əlaqələrini genişləndirir

Azərbaycanın daha 2 boksçusu "Böyük İpək Yolu" turnirində qızıl medal qazanıb

BDU-da 2024-2026-cı illərdə aparılacaq elmi tədqiqat işləri müzakirə olunub

ATU rəhbərliyinə institusional akkreditasiya şəhadətnaməsi təqdim olunub

Lənkəranda baş verən qəzada 3 nəfər xəsarət alıb

Şərqşünaslıq İnstitutunda Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə həsr olunmuş elmi sessiya keçirilib

Gürcüstanda ailə quranların sayı 14,5 faiz azalıb

Azərbaycanlı kinoprodüser beynəlxalq kino forumunda münsiflər heyətinə daxil edilib

YAP Səbail rayon təşkilatı Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar anım tədbiri keçirib

“Azərbaycanda sənayeləşdirmə: reallıqlar və perspektivlər” – yeni nəşr

Yığmanın baş məşqçisi: Toplanışda keçirdiyimiz matçlar kifayət qədər faydalı oldu

DGK sədri Misir səfiri ilə görüşüb

Şirvan–Salyan Regional Təhsil İdarəsinin fəaliyyəti ilə bağlı müraciətlərə bu nömrə cavab verəcək

Daxili işlər naziri Şamaxıda vətəndaş qəbulu keçirib VİDEO