REGİONLAR


Naxçıvan karateçiləri 25 medal qazanıblar

Naxçıvan, 18 may, AZƏRTAC

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə fudokan (ənənəvi karate üslubu) üzrə birinci açıq Sumqayıt şəhər birinciliyi və çempionatında Naxçıvan Karate-do Federasiyasının idmançıları uğurlu nəticələr əldə ediblər.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, Naxçıvan karateçiləri 8-i qızıl, 4-ü gümüş, 13-ü bürünc olmaqla, toplamda 25 medal qazanıblar.

Qeyd edək ki, Naxçıvan Karate-do Federasiyasının 9 idmançısı və 1 məşqçi Bolqarıstanın Albena Kranevo şəhərində keçiriləcək XII Avropa Şotokan Çempionatında iştirak edəcək. Dünya Şotokan Federasiyasının təşkilatçılığı ilə keçiriləcək yarışda müxtəlif yaş kateqoriyaları üzrə idmançıların, həmçinin paralimpiyaçıların iştirakı nəzərdə tutulub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.