REGİONLAR


Naxçıvan karateçiləri beynəlxalq turnirdə 17 medal qazanıblar

Naxçıvan, 25 yanvar, AZƏRTAC

Naxçıvan karateçiləri Bakı şəhərində Azərbaycan Milli Karate Federasiyası və “Arpaçay” Karate Klubunun birgə təşkilatçılığı ilə 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş VI “Arpaçay Open” beynəlxalq turnirində 17 medal qazanıblar.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, “Kumite” növündə 16-17 yaş qrupunda mübarizə aparan Rəşid Süleymanov -68 kiloqram çəki dərəcəsində qalib, -70 kiloqram çəki dərəcəsində isə ikinci olub. Aslan İsmayılov (18-20 yaş, 84+ kiloqram), Rəşad Qasımov (18-20 yaş, -67 kiloqram), Fatimə Bədəlova (16-17 yaş, +59 kiloqram) və Fatimə Bağırzadə (6-7 yaş, -25 kiloqram və +25 kiloqram) öz yaş və çəki kateqoriyaları üzrə gümüş medala layiq görülüblər. Vüsal Seyidov (18-20 yaş, -61 kiloqram), İmran Həsənov (18-20 yaş, -60 kiloqram), Aminə Novruzzadə (12-13 yaş, +47 kiloqram), Kənan Qənbərov (8-9 yaş, +40 kiloqram), Əli Əzizov (6-7 yaş, +25 kiloqram) və Həmidə Əzizova (6-7 yaş, -25 kiloqram) bürünc medala sahib çıxıblar.

“Kata” növündə isə Məhəmməd Bağırov (14-15 yaş), Canər Abbaszadə (12-13 yaş) və Elgün Zeynalov (12-13 yaş) yarışı üçüncü sırada tamamlayıblar.

Bu nəticələrlə Naxçıvan karateçiləri yarışda 2 qızıl, 6 gümüş və 9 bürünc medal qazanıblar.

Qeyd edək ki, ənənəvi yarışda Azərbaycan, Rusiya və Ukraynadan, ümumilikdə, 570 idmançı 31 klubu təmsil edib. Yarışda Naxçıvan Karate-do Federasiyasının idmançıları geniş tərkibli heyətlə mübarizə aparıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.