REGİONLAR


Naxçıvan karateçiləri qitə birinciliyində yeddi qızıl medal qazanıblar

Naxçıvan, 23 may, AZƏRTAC

Naxçıvan karateçiləri Dünya Şotokan Federasiyasının təşkilatçılığı ilə Bolqarıstanın Albena Kranevo şəhərində mayın 20-22-də keçirilən 12-ci Avropa şotokan çempionatında iştirak ediblər.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, Naxçıvan Karate-do Federasiyasından məşqçi Siyavuş Bayramovun rəhbərliyi ilə turnirə qatılan 9 idmançının hər biri mükafatçılar sırasına düşüb. Təmsilçilərimiz 7-si qızıl, 7-si gümüş və 16-sı bürünc olmaqla, 30 medal qazanıblar.

16-17 yaşlılar arasında çıxış edən Vüsal Seyidov 3 fərqli üslubda qalib, komandası ilə bərabər isə gümüş medalçı kimi muxtar respublika idmançıları arasında ən yaxşı nəticəyə müvəffəq olub. Rəşad Qasımov “şobu ippon”, Məhəmməd Bağırov “WKF kumite”, Canər Abbaszadə və Saleh Qəmbərov isə “şobu sanbon” üzrə birinci olub, digər üslublarda isə ilk üçlükdə qərarlaşıblar. Qafar Hüseynov, Nərgiz Həsənli, Yaqub Qənbərov və Rafiq Hüseynli hərəyə 3 medal qazanıblar.

Ölkəmiz ümumi sıralamada 46 (16 qızıl, 10 gümüş, 20 bürünc) medal sayı ilə 5-ci olub.

Qeyd edək ki, çempionatda 8 yaşlı uşaqlardan tutmuş 53 yaşadək veteranlar və paralimpiyaçılar müxtəlif yaş və çəki kateqoriyaları üzrə mübarizə aparıblar. 16 ölkədən 422 karateçi tatamidə öz bacarıqlarını nümayiş etdirib. Karatenin “kata”, “şobu ippon”, “şobu sanbon”, “WKF kumite” üslublarında qaliblər müəyyənləşib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.