REGİONLAR


Naxçıvan məktəbliləri “TEKNOFEST Azərbaycan” festivalında iştirak edəcəklər

Naxçıvan, 24 may, AZƏRTAC

Naxçıvan Muxtar Respublikasının ümumtəhsil məktəblərinin şagirdlərindən ibarət “Analitik”, “Young İnventers” komandaları və “Kəşf robot” layihəsi müsabiqədə yüksək xal toplayaraq Bakı şəhərində keçiriləcək “TEKNOFEST Azərbaycan” festivalında iştirak etmək hüququ qazanıblar.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, təlimata uyğun olaraq bu gün festival koordinatorları ilə onlayn görüş keçirilib. Komandaların kapitanları nümayiş olunacaq layihələr haqqında koordinatorlara ətraflı məlumat veriblər.

Qeyd edək ki, “TEKNOFEST Azərbaycan” festivalında muxtar respublikanın ümumtəhsil məktəblərindən 3 layihə rəhbəri və 7 şagird “Kəşf robotu”, “Yol təhlükəsizlik” və “Heyvandarlıq təsərrüfatında avtomatik yemləmə sistemi” layihələri ilə iştirak edəcəklər.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.