CƏMİYYƏT
Naxçıvan məktəbliləri ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər VİDEO
Bakı, 17 mart, Günel Məlikova, AZƏRTAC
“Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiya çərçivəsində Bakıda səfərdə olan Naxçıvan məktəbliləri martın 17-də Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə tər güllər düzüblər.
Sonra Şəhidlər xiyabanına gələn şagirdlər ölkəmizin azadlığı və müstəqilliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad edib, məzarları üzərinə güllər düzüblər.
Bakının ən hündür nöqtəsindən paytaxtın mənzərəsini seyr edən məktəblilərə Şəhidlər xiyabanının tarixi və şəhərimizdə görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.