Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

“Naxçıvan qalaları: tarixdə və günümüzdə” mövzusunda beynəlxalq konfrans keçirilib

Naxçıvan, 9 iyul, AZƏRTAC

İyulun 9-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondunun Tədbirlər Planına uyğun olaraq “Naxçıvan” Universitetində “Naxçıvan qalaları: tarixdə və günümüzdə” mövzusunda beynəlxalq konfrans keçirilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov beynəlxalq konfransın öz işinə başlaması münasibətilə konfrans iştirakçılarını təbrik edib, qonaqları salamlayaraq deyib: “Hər bir xalqın qədimliyi onun tarixində, tarix isə mənbələrdə və abidələrdə yaşayır. Naxçıvan torpağı Azərbaycan xalqının tarixini yaşadan abidələrlə zəngindir. Muxtar respublika ərazisində 1200-dən çox tarixi abidə mövcuddur ki, onların da yarıdan çoxu dünya və ölkə əhəmiyyətli abidələrdir. Abidələr o vaxt tarixin predmetinə çevrilir ki, tədqiq olunsun və yaşadılsın. 1996-cı ildə keçirilən “Uluslararası qaynaqlarda Naxçıvan” simpoziumu Naxçıvan abidələrinin elmi və real mənbələr əsasında öyrənilməsinin əsasını qoymuş, bu sahədə yeni istiqamətlər və vəzifələr müəyyənləşdirmişdir. Hələ o vaxt qarşıya qoyulan vəzifələrdən biri də qəhrəmanlıq və mədəniyyət tariximizi özündə yaşadan qalaların öyrənilməsi idi”.

Ali Məclisin Sədri bildirib: “Bu gün qalalar barədə tədqiqatların aparılması tariximizin öyrənilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Qalalar təkcə sığınacaq yeri, mühafizə və ya müdafiə tikilisi deyil. Qalalar – bu ərazidə yaşayan əcdadlarımızın həyat tərzini, dini inanclarını, dövlətçilik ənənələrini, mədəniyyətini və memarlıq sənətini özündə yaşadan mədəniyyət nümunələridir. Əsrlər boyu xalqlar yaşadıqları yerlərdə qalalar tikiblər. Qalalar bütün hallarda xalqların öz daxili tələbatının, hərbi və iqtisadi qüdrətinin nəticəsi olaraq meydana çıxıbdır. Azərbaycan, eləcə də Naxçıvan qalaları da belə bir tarixi yol keçibdir. Ümummilli liderimiz Heydər Əliyev də Naxçıvan qalalarının əhəmiyyətini vurğulayaraq deyirdi ki, “Əlincəqala və bir çox belə abidələr Naxçıvanın qədim Azərbaycan torpağı olduğunu, azərbaycanlıların burada əsrlərlə, min illərlə yaşayıb yaratdığını göstərir”.

Qeyd edilib ki, son tədqiqatların nəticəsi olaraq Naxçıvan ərazisində 80-ə yaxın qala müəyyənləşdirilib. Müdafiə istehkamı olan Oğlanqala, Qız qalası, Qazançı qalası, Əlincəqala, Naxçıvanqala, Çalxanqala və digər qalalar strateji cəhətdən olduqca əlverişli mövqedə tikilib, yadelli hücumlarının qarşısının alınmasında mühüm rol oynayıb. Naxçıvan qalaları ilkin yaşayış yerləri, mədəniyyət və sənətkarlıq mərkəzləri kimi diqqəti cəlb edir. Onlar şəhərsalma mədəniyyətinin mühüm elementi kimi də böyük dəyərə malikdir. Naxçıvan qalaları memarlıq quruluşuna görə də seçilirlər. İstər inşaat texnikasının yüksək səviyyəsinə, istərsə də planlaşma-məkan quruluşuna görə Naxçıvan memarlıq məktəbinin izlərini özündə əks etdirən qalalarımız bu gün təkcə tarixilik baxımından deyil, həm də müasir memarlıq sənətinin inkişafı baxımından da tədqiq olunmalı və öyrənilməlidir. Bütün bunlar “Naxçıvan qalaları: tarixdə və günümüzdə” mövzusunda keçirilən beynəlxalq konfransın böyük elmi, mədəni və tarixi əhəmiyyətə malik olduğunu göstərir. Naxçıvan qalalarının öyrənilməsi Naxçıvan tarixinin və bununla yanaşı Azərbaycan tarixinin də öyrənilməsinə mühüm töhfədir.

Ali Məclisin Sədri beynəlxalq konfransda əldə olunan nəticələrin elmimiz üçün faydalı olacağına inamını ifadə edib, konfransa uğurlar arzulayıb.

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadə çıxış edərək deyib ki, Naxçıvanın qədim tarixi və müasir sosial-iqtisadi inkişafı alim və tədqiqatçıların qarşısında mühüm vəzifələr qoyur, yeni mövzular müəyyənləşdirilir. Son illərdə Azərbaycan Milli Elmlər Akademiyasının institutlarının, xüsusən Naxçıvan Bölməsinin alimlərinin apardıqları ardıcıl elmi axtarışlar Naxçıvanın tarixinin ən dərin qatlarının açılmasına zəmin yaradıb, dəyərli elmi ədəbiyyatlar hazırlanıb. Üçcildlik “Naxçıvan tarixi” kitabı da azərbaycanşünaslığa dəyərli töhfə olmaqla yanaşı, Naxçıvan tarixinin öyrənilməsinə xidmət edən ensiklopedik nəşrdir. Naxçıvan ölkəmizin ən qədim dövlətçilik mərkəzlərindən biri olub. Qədim Azərbaycan torpağı olan Naxçıvanda tarixən güclü dövlətlər mövcud olub, xalqımızın qədim dövlətçilik və mübarizlik rəmzinə çevrilən abidələr, qala-şəhərlər yaranıb. Bu mənada “Naxçıvan qalaları: tarixdə və günümüzdə” mövzusunda beynəlxalq konfransın keçirilməsi Azərbaycanda ictimai və humanitar elmlərin inkişafı baxımından faydalı olmaqla yanaşı, həm də xalqımızın vətənpərvərlik ənənələrinin və qəhrəmanlıq tarixinin təbliği baxımından mühüm addımdır.

Konfransda Türkiyənin İstanbul Universitetinin müəllimi, tarix üzrə elmlər doktoru Oktay Belli “Tunc və Erkən Dəmir dövründə Şərqi Anadolu və Naxçıvan qalaları arasında oxşarlıq” mövzusunda çıxış edərək deyib: “Naxçıvan dünya əhəmiyyətli abidlərlə zəngin bir diyardır. Son illər Naxçıvanda qədim tarixi abidlərin, xüsusilə qalaların bərpa olunması bu ərazidəki zəngin mədəni irsi qorumaqla yanaşı, həm də bəşəriyyət tarixinin öyrənilməsinə xidmət edir. Keçmişlə gələcək arasında körpü yaradan Naxçıvan qalaları türklərin mübarizlik və qəhrəmanlıq tarixindən soraq verir. Şərqi Anadoluda və Naxçıvanda aparılan arxeoloji qazıntılar zamanı aşkar olunan qalalar, tapılan maddi-mədəniyyət nümunələri bir daha təsdiq etdi ki, hər iki ərazidə mövcud olan qalalar eyni tikinti xüsusiyyətlərinə malikdir. Lakin Tunc və Erkən Dəmir dövründə əcdadlarımız tərəfindən yaradılan ən möhtəşəm qalalar Naxçıvan ərazisindədir. “Naxçıvan qalaları: tarixdə və günümüzdə” beynəlxalq konfransı Naxçıvan qalalarının öyrənilməsində birgə səylərin göstərilməsinə imkan verəcəkdir.

Amerika Birləşmiş Ştatlarının Emori Universitetinin professoru Hillari Qopnik “Şərur vadisinin Son Tunc dövrü qalaları” mövzusunda çıxış edərək deyib: “ABŞ-Azərbaycan layihəsi 2008-ci ildən etibarən Şərur vadisində həyata keçirilir. İlk dörd ildə işimiz üç əsas dövrün qalıqlarına rast gəldiyimiz Oğlanqala təpəsində aparılıb. 2013-cü ildən etibarən Qız qalası təpəsi yaxınlığında, Orta Tunc və Erkən Dəmir dövrünə aid yataqlarda qazıntı işləri aparırıq. Ərazidə Orta Tunc dövrünə aid kurqanlar, böyük ölçülü memarlıq abidələri və Son Tunc dövrünə aid qala aşkar edilib. Bu da Naxçıvandakı yüksək mədəniyyəti nümayiş etdirir. Qeyd olunan məsələlərin “Naxçıvan qalaları: tarixdə və günümüzdə” beynəlxalq konfransı üçün faydalı olacağına inanır və gələcəkdə Naxçıvandakı qədim insan icmalarına aid daha çox nümunələr aşkarlamağa ümid edirik”. Hillari Qopnik tarixə və arxeologiyaya göstərdiyi diqqət və qayğıya görə Ali Məclisin Sədrinə minnətdarlıq edib.

Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev “Naxçıvan qalaları: dövrləri və xarakterləri” barədə çıxış edərək deyib ki, Naxçıvan antik, orta əsrlər, yeni və müasir dövr maddi-mədəniyyət nümunələri və tarixi abidələrlə zəngindir. Bu abidələrin içərisində qalaların özünəməxsus yeri vardır. Naxçıvan qalaları başlıca olaraq müdafiə, sonralar dini, ticarət, sənətkarlıq məqsədilə istifadə edilib. Tarixin sonrakı dövrlərində də Naxçıvan qalaları ölkəmizin ictimai-siyasi və mədəni həyatında fəal rol oynayıb. Bu gün Naxçıvan Muxtar Respublikasının tarix və mədəniyyət abidələri özlərinin ikinci həyatını yaşayır. Bu abidələr heç vaxt indiki qədər diqqət və qayğı ilə əhatə olunmayıb, xalqımıza tanıdılmayıb, təbliğ olunmayıb. Bütün bunlar Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tarixi-mədəni irsimizə göstərdiyi diqqət və qayğının ifadəsidir”. İsmayıl Hacıyev muxtar respublikanın tarixinə və mədəniyyətinə göstərilən diqqətə görə muxtar respublikanın ziyalıları və beynəlxalq konfransın iştirakçıları adından minnətdarlıq edib.

Sonra konfrans iştirakçıları Naxçıvan Dövlət Televiziyasının hazırladığı “Naxçıvan qalaları” sənədli televiziya filminə baxıblar.

Beynəlxalq konfransın plenar iclası “nakhchivan.az” internet saytında canlı yayımlanıb.

Beynəlxalq konfrans iyulun 10-da Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsində öz işini davam etdirəcək.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Gürcüstan hakimiyyəti Avropa Parlamentinin qətnaməsini sərt tənqid edib

Azərbaycan Basketbol Liqası: "Xırdalan" müntəzəm mövsümün son oyununda qalib gəlib

Azərbaycan cüdoçusu Avropa çempionatında gümüş medala yiyələnib

Milli Məclisinin sədri Sahibə Qafarova Monteneqroya rəsmi səfərə gedib

Vüqar Rəhimzadə: Azərbaycan ölkələr arasında körpülərin qurulmasında əsas rola malikdir - ŞƏRH

Böyük Britaniya İrana qarşı yeni sanksiyalar tətbiq edib

Gürcüstan müxalifəti yeni mitinq elan edib

® “Kapital Bank” Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-a ilk işgüzar səfərində iştirak edib

Qəbələdə növbəti Aqrar Biznes Festivalı keçirilib

Bakıda “Azərbaycan Arbitraj Günləri” adlı beynəlxalq tədbir başlayıb

® “Bakcell” ilə innovasiya dövrü başlayır!

Şəkidə vətəndaşların dini məsələlərlə bağlı müraciətləri dinlənilib

BMT-nin sessiyası çərçivəsində Azərbaycan ombudsmanının növbəti hesabatı ilə bağlı dinləmə keçirilib

Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri kollektivə təqdim edilib

Əlcəzair parlamentarisinə Azərbaycanın müstəqillik yolu barədə məlumat verilib

Azərbaycan-Macarıstan enerji əməkdaşlığı müzakirə edilib

Türk dövlətləri parlamentlərinin komitə sədrlərinin iclasının yekunları ilə bağlı mətbuat konfransı

Orxan Məmmədov: COP29 fonunda bizneslərin yaşıl transformasiyası mühüm əhəmiyyət kəsb edir

Çin “Şencou-18” kosmik missiyasını uğurla orbitə çıxarıb

Akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfrans keçiriləcək

Azərbaycan ilə Qazaxıstan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib VİDEO

ASK: Sahibkarlar mübahisələrin həlli ilə bağlı müddəalarda yerli arbitrajlara üstünlük verməlidirlər

Yeni layihə: “UNEC alimlərindən kitab tövsiyələri”

Ali Məclisin yaz sessiyasının növbəti plenar iclası keçirilib

Türkiyə parlamentinin komitə sədri: 2040-cı il hədəflərimizə doğru inamla irəliləyirik

Nazir müavini “Maarifçi” tələbə-məzun təcrübə proqramının iştirakçıları ilə görüşüb

“Azərkosmos” Özbəkistanda torpaqların şoranlıq dərəcəsini qiymətləndirəcək

İrakli Kobaxidze: Əminəm ki, Gürcüstan tezliklə Avropa ailəsinin tamhüquqlu üzvü olacaq

Mayın 1-dən məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başlanır

Sədr: Vəkillər Kollegiyası hüquqşünas tələbələrə ən çox dəstək göstərən hüquq təsisatıdır

Azərbaycanı UEFA Gənclər Liqasında təmsil edəcək komanda bəlli olub

“Metodist hazırlığı” müsabiqəsi üzrə qeydiyyat aparılır

ABŞ-ın həkim-cərrahı Şapur Ənsəriyə Azərbaycanın diaspor siyasəti barədə məlumat verilib

MDB dövlətləri kitabxanalarının nümayəndələri birgə layihələrlə bağlı müzakirə aparıblar

Gədəbəydə fəaliyyət göstərən bazarda ciddi nöqsanlar aşkarlanıb

Milli Məclis Avropa Parlamentinin qərəzli qətnaməsinə münasibət bildirib

İstehlaka yararsız qida məhsulları məhv edilib

Avtoxuliqanlıq edən sürücü 10 gün müddətinə inzibati qaydada həbs olunub

Bərdədə soğan yığımına başlanılıb, qiymət keçən illə müqayisədə xeyli ucuzdur

Bakıdakı Rus evində Yelena Fabianovna Qnesinanın şərəfinə konsert təşkil olunub

Türkiyənin Ege Universitetinin professoru BDU-da coğrafi turizmlə bağlı mühazirə oxuyub

Zəngilan və Laçında birinci sinfə qəbulla bağlı alternativ qeydiyyat mərkəzləri fəaliyyət göstərəcək

Akademik Zərifə Əliyevanın şərəfli ömür yolu hər bir həkim üçün həyat və mənəviyyat məktəbidir

Şəki -Zaqatala Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 32 alternativ qeydiyyat mərkəzi yaradılıb

Nazirin birinci müavini: COP29 tədbirinin uğurla keçirilməsi üçün sahibkarların fəal iştirakı zəruridir

Bakıda Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələri sədrlərinin ilk iclası keçirilib YENİLƏNİB

Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyindəki məktəblərin rəhbərləri ilə görüş keçirilib

Xocalının Malıbəyli kəndində aşkarlanmış insan qalıqlarının sayı 8-ə çatıb

Gürcüstan prokurorluğu genişmiqyaslı transmilli cinayətin üstünü açıb

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2024-cü ilin may ayında vətəndaşların  qəbulu CƏDVƏLİ

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Dövlət qulluğuna qəbul imtahanına hazırlaşanlar üçün “2000 test tapşırığı” toplusu nəşr edilib

Azərbaycanda XVI Rus dilində Respublika Olimpiadası başa çatıb

Avropa Parlamenti Gürcüstanla bağlı qətnamə qəbul edib

Bir qrup abituriyent Bakı Dövlət Universitetində

Azərbaycan Qlobal Dayanıqlı Turizm Şurasına üzv qəbul edilib

“Sərhəd” hərbi-idman oyunlarının final mərhələsinin açılış mərasimi keçirilib VİDEO

Bakıda “Kəlağayı festivalı” təşkil ediləcək

Türkiyə Çili Deputatlar Palatasının 1915-ci il hadisələri ilə bağlı qərarını qınayıb

Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun xatirəsinə həsr olunmuş tədbir keçirilib

Abşeron-Xızı Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 11 alternativ qeydiyyat mərkəzi yaradılıb

Vəkillər Kollegiyasının sədri universitetlərdə yeni Hüquq fakültələrinin açılmasını təklif edir

Prezidentlər İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar  YENİLƏNİB

Azərbaycan gimnastı: Bütün gücümüzlə qarşıdakı Dünya Kuboku yarışlarına hazırlaşırıq

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər  YENİLƏNİB-2 VİDEO

Karlo Marino: COP29 Azərbaycan üçün öz potensialını dünyaya nümayiş etdirmək baxımından gözəl imkandır

Nazir: Sahibkarları işğaldan azad edilmiş ərazilərdə biznes qurmağa dəvət edirik

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar  YENİLƏNİB VİDEO

Nazir: Əməkhaqqı fondunun 3 dəfə, minimum əməkhaqqının 2,8 dəfə artması böyük nailiyyətdir

“Qərbi Azərbaycana qayıdış” olimpiadasının şəhər mərhələsi keçiriləcək

Azərbaycan cüdoçusu Avropa çempionatının finalına vəsiqə qazanıb

Liseylərin şagirdləri buraxılış imtahanlarında ən yüksək nəticəni əldə ediblər

“Laçında peşə öyrən!” adlı yarmarkada 40-dan çox peşə istiqaməti təqdim olunub

Prezident İlham Əliyev və Prezident Sadır Japarov Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblər YENİLƏNİB VİDEO

Azad olunmuş ərazilərə olan avtobus reyslərinin may ayı üzrə biletləri satışa çıxarılır

Bəzi qan təzyiqi dərmanları gözə zərər vura bilər

Anar Bağırov: Artıq vəkil olmaq hüquqşünaslar üçün bir prestij məsələsidir

“Euronews”: Bakı limanı ticarət və logistika sahəsində qlobal lider rolunu daha da möhkəmləndirmək əzmindədir VİDEO

Yol hərəkəti qaydalarını pozan 196 piyada haqqında inzibati protokol tətbiq olunub

Əliyar Ağayev “Panatinaikos”un oyununa təyinat alıb

Məhəmməd Füzuli yaradıcılığına həsr olunmuş tədbir keçirilib

Penitensiar xidmətin rəisi Türkiyədə beynəlxalq tədbirdə iştirak edib

KOBİA sədri: Naxçıvanda sahibkarlar kənd təsərrüfatına investisiya yatırmaqda maraqlıdırlar

Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanışlıq YENİLƏNİB VİDEO

Masallıda qida sahəsində işləmək istəyən vətəndaşların müraciətlərinə baxılıb

Keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib

® “Caspian Energy Club” və AISA-nın təşkilatçılığı ilə “CEO MeetUp HSE day” keçirilib

"Gəncə və gəncəlilər" layihəsi növbəti dəfə Xalq artisti Fikrət Verdiyevə həsr olunub

BMU-da tələbələr üçün “Karyera günü”

Türkiyənin “ASELSAN” şirkəti ixrac həcmini 1 milyard dollara çatdırmağı planlaşdırır

Qırğızıstan Prezidenti Sadır Japarovun Azərbaycana dövlət səfəri başa çatıb

Azərbaycanı Prezident Kubokunda təmsil edəcək taekvondoçular açıqlanıb

Həftəsonu “Kənddən Şəhərə” yarmarkaları təşkil ediləcək

Milli Məclisin sədri Türk Dövlətləri Parlamentlərinin Xarici Əlaqələr Komitələri sədrlərinin iclasının iştirakçıları ilə görüşüb

Türkiyə universiteti ilə ATU arasında birgə elmi-tədqiqat işlərinin aparılması planlaşdırılır

Fransızların çoxu Makronun Aİ qərarlarına real təsir göstərdiyinə inanmır

Məktəblilərlə ekoloji maarifləndirməyə dair söhbət aparılıb

Azərbaycanın bədii gimnastları beynəlxalq turnirində mübarizə aparacaqlar

Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər

“Sabah”ın kapitanı: Hələ mövsümü özümüz üçün uğurlu adlandıra bilmərik